ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər
17.01.2026 [21:24]
Danimarkaya ikigünlük səfər zamanı ABŞ Konqresinin 11 üzvü Kopenhagendə mətbuat konfransı keçirərək bəyan ediblər ki, bu səfər onlara Danimarka ilə Qrenlandiya arasında münasibətləri, həmçinin Danimarka Krallığı daxilindəki vəziyyəti daha yaxşı anlamağa imkan verib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Qrenlandiyaya dəstəyin nümayiş etdirilməsinin vacibliyini və əldə olunmuş nəticələri Amerika ictimaiyyətinə və ABŞ administrasiyasına çatdırmaq niyyətini vurğulayıb. Bununla yanaşı, ekspertlərin fikrincə, amerikalı qanunvericilər gələcək siyasi addımlar barədə konkret cavablardan yayınırdılar.
Demokrat Partiyasından senator Kris Kuns qeyd edib ki, səfərin məqsədi ilk növbədə məlumat əldə etmək idi. Həmçinin konqresmenlər Danimarkanın ABŞ-ın müttəfiqi kimi strateji əhəmiyyətini vurğulayıb və nümayəndə heyətində Respublikaçılar Partiyasının təmsilçilərinin olmamasının bu ölkəyə və Qrenlandiyaya respublikaçılar tərəfindən dəstəyin olmaması anlamına gəlmədiyini bildiriblər.
“250 il ərzində Birləşmiş Ştatların Danimarkanın simasında yaxın müttəfiqi var”, – deyə o bildirib.
K. Kuns əlavə edib ki, ABŞ-ın Danimarkaya hazırkı münasibəti gələcəkdə Amerikanın beynəlxalq əlaqələrinə zərər vura bilər.
Qeyd edək ki, bu gün Danimarka və Qrenlandiyada adanın öz müqəddəratını təyin etmək hüququna dəstək məqsədilə kütləvi nümayişlər keçirilib.
Aksiyalar Kopenhagen və Nuuk da daxil olmaqla bir neçə şəhərdə baş tutub və amerikalı konqresmenlərin Danimarka paytaxtına səfəri ilə eyni vaxta təsadüf edib. Kopenhagendə etirazın mərkəzi nöqtəsi şəhər meriyası qarşısındakı meydan olub. Burada iştirakçılar Qrenlandiya bayraqları ilə adanın ABŞ-ın nəzarətinə verilməsi ideyasına etirazlarını ifadə edib və Qrenlandiya ilə həmrəy olduqlarını vurğulayıblar. Nümayişçilər bildiriblər ki, bu cür planları öz həyat tərzlərinə təhlükə hesab edir və adanın suverenliyinə hörmət olunmasını tələb edirlər.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15

