Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib

Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib

16.03.2026 [20:14]

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri səhər saatlarında Ər-Riyad və Şarqiyyə regionlarını hədəf alan 15 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarında bəri ümumilikdə 64 PUA-nı zərərsizləşdirib. PUA-ların əksəriyyəti Şarqiyyə regionu üzərində vurulub. Sözçünün sözlərinə görə, təkcə 2 saat ərzində adıçəkilən regionu hədəfə alan 34 PUA məhv edilib.

İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatları genişləndirilib.

Paylaş:
Baxılıb: 275 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30