Almaniya hökuməti iqlim hədəflərinə çatmaq üçün yeni proqram qəbul edib
26.03.2026 [08:50]
Almaniyanın Federal Nazirlər Kabineti 2030-cu ilədək 25 milyon ton karbon emissiyasının azaldılmasını nəzərdə tutan iqlim mühafizəsi proqramını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Ətraf Mühit Nazirliyinin rəhbərliyi ilə hazırlanmış proqram 2030-cu və 2040-cı illər üzrə iqlim hədəflərinə nail olunmasına imkan verəcək. Neft və qazdan asılılığın azaldılması üçün 67 tədbirin əksini tapdığı proqram ölkənin 2045-ci ilədək iqlim neytrallığına çatmaq məqsədinə daha da yaxınlaşmasını təmin edir.
Proqram çərçivəsində bərpaolunan enerji mənbələrinin inkişafı prioritet kimi müəyyən edilib. Xüsusilə, quruda 12 qiqavatlıq əlavə külək enerjisi gücünün yaradılması planlaşdırılır. Bu, 2030-cu ildə təbii qaz və kömürdən istifadənin əhəmiyyətli dərəcədə azalmasına və 6,5 milyon ton karbon dioksid emissiyasının qarşısının alınmasına imkan verəcək.
Nəqliyyat sektorunda bərpaolunan enerjinin payının artırılması və elektromobillərin təşviqi nəzərdə tutulur. Yeni proqram çərçivəsində 800 minədək elektrik avtomobilinin alınmasına dəstək verilməsi üçün 3 milyard avro vəsait ayrılıb. Eyni zamanda, yaşayış binaları yaxınlığında enerjidoldurma məntəqələrinin genişləndirilməsi planlaşdırılır.
İctimai nəqliyyatdan istifadənin artırılması da proqramın əsas istiqamətlərindəndir. Ölkədaxili qatarlarda istifadə imkanı verən “Deutschlandticket”in davamlı tətbiqinin ildə təxminən 1 milyon ton karbon emissiyasına qənaət etməyə imkan verəcəyi qeyd olunub. Bundan əlavə, binaların enerji səmərəliliyinin artırılması, ekoloji tikinti layihələrinin təşviqi və sənayedə innovativ texnologiyaların tətbiqi vasitəsilə emissiyaların azaldılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

