Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “The Guardian”: Starmer istefa tarixini bu gün açıqlaya bilər

“The Guardian”: Starmer istefa tarixini bu gün açıqlaya bilər

22.06.2026 [10:50]

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa tarixini bu gün elan edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Starmerin bazar ertəsi səhəri vəzifədən getmə cədvəlini açıqlayacağı gözlənilir. Nəşr yazır ki, bu addım Leyboristlər Partiyasının nümayəndəsi Endi Börnemə Starmerlə liderlik uğrunda açıq mübarizə aparmadan payıza qədər baş nazir postuna keçmək imkanı verə bilər.

Qəzetin iddiasına əsasən, Britaniya hökumətinin bəzi üzvləri Starmerin könüllü istefa verməyə razı olduğunu təsdiqləyiblər. Bildirilir ki, baş nazir əvvəlcə Börnemin onu həm Leyboristlər Partiyasının lideri, həm də hökumət başçısı vəzifəsindən uzaqlaşdırmaq cəhdlərinə müqavimət göstərmək niyyətində olub. Lakin “The Guardian”ın məlumatına görə, bir neçə nazir ona istefa verməyi məsləhət görüb və bundan sonra Starmer həftəsonunu gediş planının hazırlanmasına həsr edib.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30