“Airbus” Ukraynanın “Brave1” platforması ilə müdafiə texnologiyaları üzrə əməkdaşlığa başlayır
02.07.2026 [19:58]
“Airbus” şirkət Ukraynanın müdafiə texnologiyalarını əlaqələndirən hökumət platforması “Brave1” ilə strateji əməkdaşlıq haqqında memorandum imzalayıb. Razılaşma “Brave1”in Qərb şirkəti ilə ilk sənaye tərəfdaşlığı hesab olunur.
AZƏRTAC xəbər verir ki, razılaşmaya əsasən, elmi tədqiqatlardan başlayaraq mövcud hərbi texnikanın modernləşdirilməsinə qədər müxtəlif layihələr üzrə birgə işçi qrupları yaradılacaq. “Airbus”un bəzi texnologiyaları Ukraynanın "Test in Ukraine" proqramına daxil ediləcək və real döyüş şəraitinə yaxın mühitdə sınaqdan keçiriləcək. Əldə olunan nəticələr birbaşa inkişaf qruplarına ötürüləcək.
2023-cü ildə yaradılan “Brave1” Ukrayna nazirlikləri, silahlı qüvvələri və özəl müdafiə şirkətləri arasında əlaqələndirici platforma kimi fəaliyyət göstərərək yeni texnologiyaların hazırlanması və tətbiqini sürətləndirir.
“Brave1”in əməliyyat direktoru İrina Zabolotna bildirib ki, “Airbus” kimi qlobal şirkətlə əməkdaşlıq Ukraynanın döyüş meydanında qazandığı təcrübəni beynəlxalq aviasiya sənayesinin bilik və texnologiyaları ilə birləşdirməyə imkan verəcək.
“Airbus Defence and “Space” şirkətinin icraçı komitəsinin üzvü Jo Müller isə vurğulayıb ki, Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq Avropanın kollektiv təhlükəsizliyinə töhfə verir.
Bu tərəfdaşlıq “Airbus”un Ukrayna müdafiə sənayesi ilə əlaqələrini daha da genişləndirir.
Şirkət iyun ayında Ukraynanın pilotsuz uçuş aparatları istehsalçısı “SkyFall” ilə də əməkdaşlığa başlamışdı. Həmin layihə çərçivəsində “Airbus” komanda-idarəetmə sistemləri üzrə təcrübəsini təqdim edir, “SkyFall” isə döyüş şəraitində sınaqdan çıxmış pilotsuz uçuş aparatları texnologiyalarını təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

