Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Axios”: Tramp Konqresə aralıq seçkilərin nəticələrindən narahat deyil

“Axios”: Tramp Konqresə aralıq seçkilərin nəticələrindən narahat deyil

03.08.2026 [08:25]

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir göstərməyəcəyinə inanır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü dəstəyə malik olacağına əmindir.

Məlumata görə, Tramp 2028-ci il prezident seçkilərində üçüncü dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də, əslində, hazırkı Vitse-prezident Cey. Di. Vensin Respublikaçılar Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial vitse-prezidentliyə namizəd kimi isə Dövlət katibi Marko Rubionun adı çəkilir.

ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Səsvermə zamanı Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31