Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın Frankfurt şəhərində malyariya ilə bağlı xəbərdarlıq edilib

Almaniyanın Frankfurt şəhərində malyariya ilə bağlı xəbərdarlıq edilib

17.09.2026 [21:18]

Almaniyada Frankfurt hava limanının yaxınlığında yerləşən Şvanhaym rayonunda iki nəfərin malyariyaya yoluxması ilə əlaqədar səhiyyə qurumları tədbirləri genişləndirib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, yeni yoluxan şəxslərin hava limanında çalışmadıqları və bundan əvvəl malyariyanın geniş yayıldığı ərazilərdə olmadıqları müəyyən edilib. Onların xəstəliyə necə yoluxduqları və əvvəlki hallar arasında əlaqənin olub-olmadığı araşdırılır.

Frankfurt Səhiyyə İdarəsi hava limanında və xəstələrin yaşadıqları ərazilərin ətrafında ağcaqanad tələləri quraşdırıb. Tutulan həşəratların mütəxəssislər tərəfindən araşdırılması nəzərdə tutulur.

Qurum sakinlərə ağcaqanadlardan qorunmaq üçün bədəni örtən geyimlər geyinməyi və evlərdə qoruyucu torlardan yararlanmağı tövsiyə edib. Bununla yanaşı, səhiyyə qurumları Almaniyada malyariyaya yoluxma riskini aşağı qiymətləndirir.

Qeyd edək ki, iyuldan etibarən Frankfurt hava limanının altı əməkdaşında malyariya aşkarlanıb, onlardan ikisi xəstəlik nəticəsində vəfat edib.

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30