“Böyük sülh sazişi”ndən imtina: Nalbandyanın Bazel yalanları
13.12.2014 [11:40]
Dekabr ayının 4-5-i tarixlərində İsveçrənin Bazel şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçirilib. Burada Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan da nitq söyləyib. O, Azərbaycana münasibətdə yenə də qərəzli mövqedə qalaraq Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsində Bakını günahkar kimi təqdim etməyə, Azərbaycanda korrupsiyanın hökm sürdüyü haqqında fikir bildirməyə cəhd edib. Hətta rəsmi Bakı bu halı, guya, dövlətlərarası münasibətlərə də tətbiq etmək üçün fəallaşıb. Bütün bunlar erməni diplomatiyasının növbəti uydurmasıdır. Qısaca təhlil belə göstərir ki, burada əsas səbəb rəsmi İrəvanın “Böyük sülh sazişi” üzərində işləmək istəməməsidir.
İftira: erməni siyasətinin əsl siması
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasındakı çıxışı yalan və iftiralarla dolu oldu. Öz ölkəsinin daxili və xarici siyasətini obyektiv təqdim etmək əvəzinə, o, erməni siyasi ənənəsinə sadiq qalaraq, başqaları haqqında həqiqətə uyğun olmayan fikirlər söyləyib. Daha çox isə Azərbaycana qarşı ittihamlar irəli sürüb.
E.Nalbandyan həmin çıxışında ermənilərə xas olan iki xüsusiyyəti azərbaycanlılara şamil etməyə cəhd göstərib. Onlardan biri ksenofobiya, digəri isə korrupsiyadır (bax: Foreign Minister Edward Nalbandian Participated in the 21st OSCE Ministerial Council in Basel / www.mfa.am, 4 noyabr 2014).
Ksenofobiya başqa etnoslara nifrət əsasında ondan təhlükə gözləməyi ifadə edir. Bu psixoloji patologiya hansı xalqda var? İlk yada düşən ermənilərdir. Onlar əsrlərdir ki, qonşu xalqlara nifrət etdiklərini, onların mədəniyyətinə, ərazisinə iddialarını dilə gətiriblər və həmişə təhlükə mənbəyi kimi gördüklərini ifadə ediblər. İndi E.Nalbandyanın hansı əsasla Azərbaycan rəhbərliyini ksenofobiyada ittiham etdiyi aydın deyil.
Əslində, onun danışmaq üçün elə bir real arqumenti yoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbkarı rəsmi İrəvan və onun havadarlarıdır. ABŞ rəsmiləri açıq etiraf edirlər ki, erməni diasporunun Amerikanın daxili və xarici siyasətinə təsiri çoxdur və bu səbəbdən də Ermənistana qarşı “sərt güc” tətbiq edə bilməzlər. Bunun əsasında isə ikili standartlar siyasəti dayanır. ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin də mövqeyi buna oxşardır.
Bununla yanaşı, Minsk qrupunun həmsədr ölkələrinin başçıları bir neçə dəfə münaqişədə mövcud olan status-kvonun dəyişdirilməsi zərurətini vurğulayıblar. Bu, faktiki olaraq işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılması tələbi deməkdir. Ermənistan isə buna heç əməl etmir. İrəvan bu cür davranmaq üçün kimlərdən bəhrələnir? Məhz ikili yanaşmaların yaratdığı şərait onların özlərini şıltaq uşaq kimi aparmasına meydan açır.
Maraqlıdır ki, E.Nalbandyanın Azərbaycana qarşı növbəti dəfə qərəzli fikirlər söylədiyi Bazel iclasında Minsk qrupunun həmsədr ölkələri birgə bəyanat verib. Onu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir imzalayıblar. Bəyanatda deyilir: “Tərəflərin fikir ayrılıqlarını aradan qaldırması, etimadı bərpa etməsi və öz öhdəliklərini yerinə yetirərək münaqişənin yekun həllinə gətirib çıxaracaq danışıqlar prosesinə başlaması üçün fürsət yaranıb. Onların münaqişənin hərtərəfli həlli üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış, xüsusən Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini qəbul etmələri gözlənilir” (bax: Joint Statement by the Heads of Delegation of the OSCE Minsk Group Co-Chair Countries / www.osce.org, 4 dekabr 2014).
Məkrli niyyət: barış və sülhə yaradılan əngəllər
E.Nalbandyanın çıxışında Azərbaycanla bağlı dilə gətirdiyi fikirləri bu bəyanatda ifadə olunan cümlələrlə müqayisə etdikdə böyük uyğunsuzluq görünür. Rəsmi İrəvan faktiki olaraq barış mövqeyində olmadığını, əksinə, Azərbaycanı özünə düşmən gördüyünü bildirir. Ksenofobiyada ittihamın başqa mənası yoxdur. Bundan əlavə, erməni nazir digər məqamlardan da danışır.
O, Bakının “münaqişənin həlli ilə bağlı təhrif olunmuş təsəvvürlərə” malik olduğunu qeyd edir. Bu ağ yalana kimlərinsə inandığını deyə bilmərik. Lakin faktdır ki, artıq uzun illərdir rəsmi İrəvanın bu qeyri-konstruktiv, həqiqətdən çox uzaq mövqeyinə qarşı həmsədr ölkələr əsla reaksiya vermir. Belə şəraitdə onların hər hansı bəyanatının konkret nəticəsinin olacağına inanmaq çətindir.
Nəhayət, Ermənistanın xarici işlər naziri Azərbaycanın korrupsiyaya qurşandığını və onu dövlətlərarası münasibətlər müstəvisində tətbiq etməyə çalışdığını deyir. Bu absurd ittihamın heç bir əsasının olmadığı məlumdur. Məsələ burasındadır ki, rəsmi İrəvan belə ağılsız və əsilsiz iddialar ortaya atmaqla münaqişənin nizama salınmasının qarşısını alır, eyni zamanda, dünya ictimaiyyətində Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırır.
Faktlar təsdiq edir ki, korrupsiya bataqlığında batan ölkə məhz Ermənistandır. Ermənistan parlamentinin deputatı Nikol Paşinyan deyir ki, “Korrupsiya Ermənistanın milli brendidir” (bax: David Stepanən. Korrupüiə - naüionalğnıy brend Armenii / “Vestnik Kavkaza”, 29 may 2014). O, yeni hökumətin tərkibinə Ermənistanın 20 ən varlı adamından 5-nin daxil olduğunu qeyd edir, həmin sırada baş nazir O.Abramyanın, maliyyə naziri H.Xaçatryanın və iqtisadiyyat naziri K.Çşmarityanın adını çəkir. Bunlardan başqa, hökumət aparatının rəhbəri D.Arutyunyanın da çoxlu miqdarda sərvət topladığını vurğulayır (bax: əvvəlki mənbəyə).
Korrupsiya Ermənistanda o dərəcədə geniş vüsət alıb ki, təkcə 2013-cü ildə xarici borcu ödəmək üçün büdcədən 861 milyon dollar vəsait xərclənib. 2020-ci ildə bu rəqəmin 2 milyard Amerika dolları olacağı proqnozlaşdırılır. Ölkədə aparılan elmi tədqiqatlar da bu proqnozun özünü doğrulda biləcəyinə əsas verir.
Belə ki, son araşdırmalara görə, rəyi soruşulan Ermənistan vətəndaşlarının 43%-i rüşvət hallarının artdığına inandıqlarını bildirib, korrupsiyanın səbəbi kimi isə rəhbərliyi, siyasətçiləri və erməni xalqının mentalitetini göstəriblər (bax: Qrant Mikaelən. Obhestvo i korrupüiə v Armenii / “The Analyticon”, №8 (56), avqust, 2013).
Bu cür faktların sayını artırmaq olar. Ancaq erməni mütəxəssislərin özlərinin gəldikləri qənaətlər sübut edir ki, Ermənistan dövləti korrupsiya üzərində qurulub. Burada insanların öz hökumətindən, rəhbərlərindən qorxduğu bir həqiqətdir. Bu reallığın fonunda E.Nalbandyanın müxtəlif tədbirlərdə Azərbaycana qarayaxmaları mənasız görünmürmü?
Bütün bunlar İrəvanın növbəti dəfə münaqişənin həllinə mane olmaq üçün bəhanə axtardığını təsdiq edir. Məsələ bundan ibarətdir ki, Azərbaycan prezidentlərin Paris görüşündən dərhal sonra “Böyük sülh sazişi” üzərində işləməyə hazır olduğunu bəyan edib. Bu, ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında da ayrıca qeyd edilib. Görünür, Ermənistanı ən çox qorxudan da məhz bu məqamdır.
Təcavüzkar dövlət işğal etdiyi ərazilərə 50 minə yaxın əsgər yığıb, təhdidedici hərbi manevrlərlə, Azərbaycan haqqında yalan informasiyalar yaymaqla, bədnam “soyqırımı” nağılını müxtəlif beynəlxalq tədbirlərdə ortaya atmaqla mövcud problemin həllindən diqqəti yayındırmağa çalışır. Onun vəziyyəti daha da mürəkkəbləşdirmək və böyük dövlətlərin regiondakı geosiyasi maraqlarını qarşı-qarşıya qoymaqla qeyri-müəyyən vəziyyəti saxlamaq niyyəti göz önündədir. Doğrudur, bir sıra ekspertlər Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması və Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişə biləcəyini proqnozlaşdırırlar (bax: məs., Stanislav Tarasov. Karabaxskoe urequlirovanie: bequhie v labirinte / Regnum, 5 noyabr 2014). Burada Azərbaycan və Gürcüstanın “geosiyasi arxa cəbhə”yə atıldığı iddia edilir.
Bu kimi fikirlərin real vəziyyəti əks etdirmədiyini düşünürük. Əksinə, bunlar Ermənistanı hər hansı yolla məsuliyyətdən azad etmək cəhdləri kimi görünür. Çünki Azərbaycan öz haqqını beynəlxalq hüquq çərçivəsində tələb edir. Regionda geosiyasi mənzərənin dəyişməsi ərazi bütövlüyünü bərpa etməyi inkar etmir. Həmin səbəbdən erməni diplomatiyasının uğursuz cəhdləri heç bir nəticə verməyəcək. Gec və ya tez işğalçı dövlətin qoşunları Azərbaycanın ərazisindən çıxarılacaq.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

