Ermənistan siyasi böhran ərəfəsində...
04.08.2015 [01:16]
Ermənistanda korrupsioner hökumət öz resurslarının tükəndiyi bir zamanı yaşayır. Uzun illərdir ki, Sarkisyanın rüşvətxor, qaniçən hakimiyyəti sadə ermənilərin bədbəxtliyi üzərində istismar aparatı kimi mövcuddur. Lakin son aylarda bu hakimiyyətin əməllərinə dözə bilməyən ermənilər kütləvi etirazlara başlayıb. İyunun 17-də İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Dövlət Komissiyası “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin sorğusunu təmin edərək, avqustun 1-dən elektrik enerjisi tariflərinin 16,7 faiz qaldırılmasına dair qərar verdikdən dərhal sonra İrəvan küçələri etiraz edən insanlarla dolub-daşdı. Bundan sonra güc tətbiqinə ümid bağlayan Sarkisyan ciddi nəticə əldə edə bilmədiyi üçün etirazçılara müraciət etdi. Küçələri boşaltmağı xahiş etsə də, bu “yalvarış” əks effekt verdi. İnsanlar öz mövqelərindən nəinki çəkilmədilər, hətta etiraz aksiyaları daha geniş xarakter aldı.
Ermənistan rəhbərliyi isə xalqın diqqətini sosial problemlərdən yayındırmaq məqsədilə erməni silahlı birləşmələrinin əliylə Azərbaycan Silahlı Qüvvələrilə təmas xəttində mövqelərimizə müxtəlif çaplı silahlardan atəş açmaqla təxribata başladı. Lakin bu avantürist plan da Sarkisyana baha başa gəldi. Güclü Azərbaycan ordusu Sarkisyanın arzusunu gözündə qoydu. Azərbaycan əsgərlərinin cavab atəşi nəticəsində erməni ordusuciddi itki verdi. Ermənilərin gözündən düşməkdə davam edən Sarkisyan hakimiyyəti hərbi uğursuzluqlarla özünə qarşı nifrəti daha da artırdı.
İrəvanda elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı çıxış edən etirazçılar indi də “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin milliləşdirilməsini tələb edirlər. Maraqlı məqam ondan ibarətdir ki, paylaşdırıcı şirkət 100 faiz Rusiyanın “İnter RAO” korporasiyasına məxsusdur, onun törəmə müəssisəsidir. Rusiya özünün bütün rıçaqları ilə Ermənistanı Cənubi Qafqazda öz forpostu kimi saxlamağa çalışır. Heç təsadüfi deyil ki, ermənilərin sosial etirazı Rusiya KİV-lərində məsələni siyasiləşdirməyə qədər qalxıb.
Sarkisyan etirazçılara qarşı hər cür zorakılığa əl atmaqdan heç çəkinmir. Kütləvi həbslər, polisin aşırı dərəcədə güc tətbiqi, jurnalistlərin həbsi bu gün Ermənistanda adi hal alıb. Lakin insanların hüquqlarının “keşiyində” dayandığını söyləyən “Freedom house”, “Amnesty international”, “Human Rights Watch” kimi saxta hüquq müdafiəçiləri olan təşkilatlar Ermənistanda baş verənlərlə bağlı reaksiya vermirlər. Azərbaycan qarşı qərəzli mövqeyi ilə yadda qalan bu qurumlar obyektivlikdən uzaq olduqlarını bir daha göstərmiş oldular.
Təbii ki, Ermənistanın həm daxili, həm də xarici siyasətindəki amansız zorakılıq siyasətinin özünü “beynəlxalq hüquq müdafiə təşkilatı” adlandıran dairələrin təzyiqilə üzləşməməsi xüsusi maraq doğurur. Ermənistana qarşı bu qədər təəssübkeşlik göstərən həmin təşkilatlar regionda necə sülh yarada bilər?! Bu məntiqin əsasında nə dayanır?! Görünən odur ki, Azərbaycanın sülhməramlı siyasəti ermənilərdə özlərinə arxayınlıq, sözügedən beynəlxalq təşkilatlarda isə ölkəmizə qarşı laqeydlik tendensiyası yaradıb. Lakin Azərbaycanın bu gün olduqca güclü olan ordusu və bu ordunun arxasında dayanan güclü iqtisadiyyatı sübut edə bilər ki, Azərbaycanın öz haqlarını qorumağa, ərazi bütövlüyünü bərpa etməyə tam gücü çatır.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

