2016-cı ilin dövlət büdcəsi də ermənilərə xoş günlər vəd etmədi
02.10.2015 [10:22]
İşğalçı ölkədə aclıq və səfalət, eləcə də yüksək miqrasiya gələn il də davam edəcək
Ermənistan hökumətinin dünən keçirilən iclasında işğalçı ölkənin 2016-cı il üçün dövlət büdcəsi təsdiq olunub. Bu gün isə əsas maliyyə sənədi ölkə parlamentində müzakirəyə çıxarılacaq. Yerli analitiklərin fikrincə, ötənilki kimi, gələn ilin dövlət büdcəsi də ermənilərə xoş günlər vəd etmir.
Belə ki, sənəddə dövlət büdcəsinin gəlirləri 1 trilyon 219,5 milyard, xərcləri isə 1 trilyon 411,9 milyard dram müəyyən edilib. Nəzərə alsaq ki, postsovet məkanında ən aşağı dəyərdə olan milli valyuta məhz Ermənistandadır və hazırda 1 ABŞ dolları 472 drama bərabərdir, o zaman gözümüzün qarşısındakı bu rəqəmlər kifayət qədər “əriyir”. Başqa sözlə, gələn il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 milyard 583 milyon ABŞ dolları, xərcləri isə 2 milyard 991 milyon ABŞ dolları dəyərində proqnozlaşdırılıb.
Bu rəqəmlərə istinad edən erməni analitiklər gələn il də ölkədə tənəzzülün davam edəcəyini, əhalinin güzəranının builkindən daha pis olacağını proqnozlaşdırırlar. Eyni zamanda, ölkədə miqrasiya axınının sürətlə davam edəcəyini vurğulayırlar. Belə ki, ölkədəki korrupsiya və rüşvətxorluq, eləcə də işsizlik səviyyəsinin durmadan artması sadə vətəndaşları çətin vəziyyətə salıb. Ölkənin xarici borclarının təqribən 5 milyard ABŞ dollarına yaxınlaşması Ermənistan hökumətini çətin vəziyyətə salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Hər ötən ay Ermənistan xarici borclarının üstünə yenisini əlavə edir. “www.news.am” saytının yazdığına görə, Dünya Bankının (DB) Direktorlar Şurasının oktyabrın 1-də keçirilən iclasında Ermənistana daha 21 milyon dollarlıq kreditin verilməsinə dair qərar qəbul olunub. Həmin vəsait dövlət sektorunda modernləşdirmə islahatlarının aparılmasına sərf olunacaq. Müqaviləyə əsasən, artıq üçüncü tranşda ayrılan həmin kredit hesabına hökumət elektron idarəetməni gücləndirməlidir. Lakin yerli analitiklərin fikrincə, DB-nin bundan əvvəl iki tranşda ayırdığı vəsaitlər hakimiyyəti zəbt etmiş korrupsioner rejim tərəfindən necə havaya sovrulmuşdusa, növbəti kreditin də aqibəti eyni olacaq. Dövlət idarəetmə sistemində kosmetik islahatlar aparılacaq, vəsaitlərin böyük hissəsi isə hakimiyyətdə təmsil olunan ayrı-ayrı oliqarxların cibinə axacaq. Nəticədə xarici borclar dövlətin və xalqın “belinə yüklənəcək”. Ekspertlərin fikrincə, Serj Sarkisyan rejimi əgər ölkənin gələcəyi, xalqın rifahı haqqında düşünsəydi, uzun illər mənfəətlə işləyən iri dövlət müəssisələrini dəyər-dəyməz qiymətinə xarici səhmdarlara, o cümlədən Rusiya şirkətlərinə satmazdı. Elə son hadisələr bunu bir daha isbatlayır. Belə ki, uzun illər “Ermənistan elektrikşəbəkə”yə sahib olan Rusiyanın “İnter RAO” şirkəti müəssisəni yenidən satmaq qərarına gəlib. Ötən gün isə Ermənistanın ictimai xidmətləri tənzimləyən dövlət komissiyasının iclasında “İnter RAO” “Ermənistan elektrikşəbəkə”nin “Taşir” şirkətlər qrupuna daxil olan “Liomand holdinq”ə təkrar satılmasına razılıq verib. Yerli KİV-lərin yazdığına görə, Kiprdə ofşor şirkət kimi qeydiyyatdan keçmiş “Liomand holdinq”ə Rusiyada yaşayan erməni əsilli Samvel Karapetyan rəhbərlik edir. Analitiklərin fikrincə, Serj Sarkisyanın avqustun 1-dən elektrik enerjisi tariflərini hər kVt/saat üçün təqribən 50 dramadək artırmaq məsələsi, əslində, dolayısı ilə elə buna xidmət edirmiş. Baş verənlərin fonunda həftəsonu Yerevanda ümumrespublika etiraz mitinqi təyin olunub. Yenidən paytaxt küçələrinə axışacaq sadə vətəndaşlar, eləcə də müxalifət təmsilçiləri Serj Sarkisyan rejimindən ölkəni və xalqı xilas etməyi tələb edəcəklər.
Bir sözlə, görünən odur ki, Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət erməni xalqına xoş heç nə vəd etmir və Ermənistanı bir dövlət kimi məhvə aparır. Ermənilərin korrupsiyalaşmış belə üsul-idarəyə nə qədər dözə biləcəklərini isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

