Ermənistanda daxili vəziyyət getdikcə gərginləşir
20.12.2018 [09:57]
Əhalinin ümidlərini puça çıxaran Paşinyan komandasının daxilində də ciddi narazılıqlar yaranıb
Ermənistanda yeni parlamentin ilk iclasının 7 yanvar 2019-cu il tarixinə planlaşdırılması ucbatından baş nazirin seçilməsi və yeni kabinetin təşkili gələn ilə qalıb. Lakin 7 aydır boş vədlərlə aldadılan əhalinin guya 1 aydan sonra nəsə dəyişəcəyinə inamı yoxdur. Sosial-iqtisadi sahə üzrə proqnozlar da yeni hökumətin bu sahədə əməli addımlar atması və nəticə əldə etməsi baxımından nikbin xarakterli deyil.
“Jamanak” qəzeti hakimiyyətə yaxın olan mənbələrə istinadən yazır ki, yeni ildən Ermənistan ciddi maliyyə problemləri ilə, hətta defoltla üzləşəcək. Qeyd olunur ki, bu iddianın əsası var və uzun müddətdir müxtəlif ekspertlər tərəfindən proqnozlaşdırılan proses artıq gecikdirilə bilməz. Mənbənin məlumatına görə, hakimiyyətin erməni milli valyutası olan dramın 20 faiz nisbətində devalvasiyası yönündə addım atması istisna olunmur.
Ekspertlər onu da vurğulayırlar ki, son 7 ayda hakimiyyətdə olan qüvvələr Ermənistanda bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə problemlərin həlli istiqamətində islahatların həyata keçirilməsi üçün heç bir proqram hazırlamayıblar. Bunu “1in.am” saytına açıqlama verən Erməni Milli və Strateji Araşdırmalar Mərkəzinin (ACNIS) direktoru Manvel Sarkisyan da etiraf edib. Onun sözlərinə görə, qeyd edilən problemləri həll etməyə kömək edəcək inkişaf planı olmayıb və bu yeddi ay müddətində ictimaiyyətə təqdim edilməyib: “Belə proqramlar olmayıb, sadəcə, siyasətlə məşğul olublar. İndi “iqtisadi inqilab”dan bəhs etsələr də, bu “inqilab”ın nə olduğu, necə həyata keçiriləcəyi məsələləri də yalnız şüarlarda mövcuddur”.
Mütəxəssislərin qənaətinə görə, uzun illər kriminal xunta rejimindən əziyyət çəkmiş insanlara bu şüarlar maraqlı deyil. Onlar hökumətin tətbiq edəcəyi proqramı və nəticələrini görmək, investisiya, iş və digər yeniliklər istəyirlər. Artıq onlar hansısa oliqarxın əllərindən pul alınması yolu ilə sosial-iqtisadi vəziyyətin yaxşılaşacağı barədə ilk vaxtlar qaldırılan hay-küyə də inanmırlar. Çünki bu tədbirlərin yarımçıq aparılması ictimaiyyətin gözləntilərinə cavab vermir. Ona görə də hazırda regionlar başda olmaqla Ermənistanda sosial-iqtisadi sahədə gərginlik hökm sürür.
Ermənistan ordusundakı vəziyyət də acınacaqlıdır. Hər gün işğalçı orduda hərbi qulluqçuların intiharı, bir-birini öldürməsi barədə xəbərlərin yayılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Son günlərdə yaralı vəziyyətdə hospitala çatdırılan 7 nəfər hərbçinin hansı şəraitdə xəsarət almalarının gizlədilməsi bu təşvişi daha da artırıb. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın 2016-cı ilin aprel döyüşlərində erməni tərəfinin məğlubiyyətinin və ciddi itkilər verməsinin əsas günahkarı hesab edilən general-mayor Arşak Karapetyanı özünə məsləhətçi təyin etməsi də bəzi dairələrdə böyük narazılıq doğurub. Qeyd edək ki, Ermənistan baş qərargahının kəşfiyyat idarəsinin sabiq rəhbəri A.Karapetyan o vaxt kəşfiyyatın ciddi səhvlərinə görə eks-prezident Serj Sarkisyanın sərəncamı ilə vəzifəsindən azad edilmişdi.
Onu da qeyd edək ki, təkcə əhali arasında yox, Paşinyanın rəhbərlik etdiyi blokda və onun indiki komandasının daxilində də narazılıq mövcuddur. “Hraparak” qəzetinin yazdığına görə, “Mənim addımım” blokunda vəziyyət qeyri-müəyyəndir: “Keçid həddinə yaxın yerlərdə olanlar deputat mandatı ala biləcəklərinə əmin deyillər. Bu günə qədər heç kim onlarla əlaqə saxlamayıb və çağırmayıb”. Qəzetin yazdığına görə, bir çox kadrın taleyi hələ də həll olunmayıb.
Paşinyanın komandasında təmsil olunanları narahat edən bir məsələ də məhz yeni hökumətdə 17 yox, 12 nazirliyin olacağı və bu səbəbdən üzdə olan bəzi iddialı kadrların komandadan kənarda qalmaq ehtimalıdır. Hətta səhiyyə naziri vəzifəsini icra edən Arsen Torosyanın durumu da müəmmalıdır. Halbuki A.Torosyan bu yaxınlara qədər əmək və sosial məsələlər nazirliyi ilə birləşdiriləcək yeni “super nazirliyə” başçılıq edəcəyinə əmin idi. Hazırda bu posta “Nork-Maraş” kardiologiya mərkəzinin direktor müavini Mikael Adamyanın adı hallanır. Əmək və sosial məsələlər naziri vəzifəsini icra edən Lilit Makuntsun isə parlament fraksiyasının rəhbəri olacağı güman edilir.
Göründüyü kimi, Ermənistandakı mövcud daxili vəziyyət “fırtınaqabağı sakitliyi” xatırladır. Hakimiyyətin yüksək eşelonunda təmsil olunmağa iddialı olanlar və yeni komandadan çörək gözləyən ac ermənilərin Paşinyana qarşı inamsızlığının artması bu təhlükəni daha da yaxınlaşdırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15

