Paşinyan üçün güzəşt limiti tükənib
09.01.2019 [09:46]
Yerli ekspertlərin ümumi qənaətinə görə, 14 yanvardan sonra erməni cəmiyyəti ondan konkret iş tələb edəcək
Ermənistanda hakimiyyəti ələ keçirən Nikol Paşinyan növbədənkənar parlament seçkilərini keçirməyə tələssə də, indi o, daha çox parlamentin və hökumətin formalaşmasını yubatmaqla məşğuldur. Belə ki, əvvəlcə yeni seçilmiş parlamentin ilk iclasının yanvarın 7-də baş tutacağı elan edilsə də, sonradan bu iclasın vaxtı hansısa əlamətdar gün bəhanə edilərək yanvarın 14-nə təyin edilib. Həmin gün Ermənistanın baş naziri seçiləcək və Nikol Paşinyana bir neçə gün ərzində yeni hökumətin tərkibini prezidentə təqdim etmək səlahiyyəti veriləcək.
Hazırda erməni KİV-də daha çox parlamentin rəhbərliyi barədə proqnozlar və məlumatlar yayılsa da, hökumətin tərkibində dəyişikliklərin baş verəcəyi və yeni simaların ortaya çıxacağı ehtimalları da özünə yer tapır. Məsələn, ən çox indiki hakimiyyətin dayağı hesab edilən Polis Xidmətinin rəisinin yeni hökumətdə yer almayacağı barədə informasiylar yayılıb. Hətta N. Paşinyanın bu xidmətin indiki rəisi vəzifəsini icra edən Valeri Osipyanın işindən narazı olması və buna görə sonuncunun istefaya göndəriləcəyi bildirilir. “News.am” saytının məlumatına görə, V.Osipyan bu xəbərləri təkzib etməsə də, özünün bu aylar ərzində işinin öhdəsindən gəldiyini qabardaraq yeni hökumətdə həmin vəzifəyə iddialı olduğunu göstərib: “Mən bu barədə hələlik məlumatlandırılmamışam, amma qeyd edirəm ki, polis həmin aylarda yaxşı işləyib, mən bu fəaliyyəti müsbət qiymətləndirirəm. Söhbət mənim işimdən deyil, Polis Xidmətinin işindən gedir. İndiki məqamda bundan daha artıq heç nə deyə bilmərəm”.
Ümumiyyətlə götürəndə isə hazırda Ermənistan cəmiyyətində N.Paşinyanın özündən və komandasından razılıq əhval-ruhiyyəsi hökm sürmür. Çünki 9 dekabrda keçirilən parlament seçkilərindən sonra Ermənistanda bundan əvvəlki kriminal oliqarxiyanın və işğalçı xunta rejiminin hakimimiyyətinə son verilib. Yəni bundan sonra formalaşan hökumət artıq əhalinin haqlı tələbləri ilə üz-üzə qalacaq, ac-yalavac erməniləri N.Paşinyanın meydanlarda səsləndirdiyi populist bəyanatlar və boş vədlər doyuzdura bilməyəcək.
Buna görə də yerli ekspertlər də 14 yanvar tarixini işğalçı ölkədə keçid mərhələsinin başa çatdığı hədd kimi qiymətləndirirlər. Onların qənaətinə görə, 8 aylıq müddət ərzində cəmiyyət Paşinyan hökumətinin irili-xırdalı bütün uğursuzluqlarına göz yumub və artıq buna dözmək fikrində deyil. Üstəlik, bunlara yeniləri də əlavə oluna bilər. Məsələn “Aysor.am” saytı yazır ki, Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov konkret olaraq cəmiyyətdə hər gün artmaqda olan narahatlıqların bəzi səbəbləri barədə danışıb. Onun sözlərinə görə, bu sıraya çox sayda ilkin tələbat mallarının qiymətlərinin qaldırılması, N.Paşinyanın Ermənistan-Rusiya münasibətlərinin yaxşılaşması barədə bəyanatına baxmayaraq, Rusiyadan satılan qazın qiymətlərinin artırılması daxildir.
Digər tərəfdən, əhali son səkkiz ay ərzində N.Paşinyandan aydın siyasi və iqtisadi mesajlar eşitməyib. Bunun əvəzində diletant baş nazir guya 2019-cu ildə “iqtisadi inqilab”ın baş vercəyini elan edərək onun perspektivləri barədə heç bir məlumat verməyib. Ermənistanın siyasi və iqtisadi sistemlərinin hansı tərkibdə olacağı da məlum deyil.
Ermənistan cəmiyyətində narazılıqların yaranmasına səbəb olan digər məsələ N.Paşinyanın hibrid hakimiyyətinin bir çox nazirləri və qubernatorlarının öz sahələrində gözlənilən uğurlara müvəffəq olmadıqları halda, artıq yeni hökumətdə mövqelərini saxlamaqda iddialı olmalarıdır.
Bir sözlə, müşahidəçilərin ümumi qənaətinə görə, N.Paşinyan üçün keçid dövrü 14 yanvarda başa çatır. Onun yürütdüyü siyasətdəki səhvlərin sayı-hesabı olmadığından bu şəxsi hakimiyyətə gətirənlər qarşısında güzəşt limiti artıq tükənib. Bundan sonra erməni cəmiyyəti N.Paşinyanın komandasından konkret nəticələrin olduğu iş tələb edəcək. Yəni, Paşinyanı çətin günlər gözləyir və hazırda vaxt onun xeyrinə işləmədiyi üçün hökuməti formalaşdırmağa da tələsmir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15

