Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18.05.2021 [09:13]
Məlum olduğu kimi, 20 iyun tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan edilən məğlub Ermənistanda siyasi böhran davam etməkdədir. Erməni mediasının yazdığına görə, qanunverici orqan buraxıldıqdan sonra da bəzi müxalif siyasi qüvvələrin hakimiyyəti əlində saxlayan Nikol Paşinyan iqtidarına qarşı ittihamları davam edir. Digər tərəfdən, seçkilərə gedən müxalif qüvvələr arasında da seçkiyə və hakimiyyətə münasibətdə fərqli mövqelər müşahidə edilir.
Qeyd edək ki, parlamentdəki müxalifətin növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı Paşinyanın planına sona qədər əməl etməsi də birmənalı qarşılanmır. Belə ki, “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyaları parlamentdə keçirilən baş nazir seçkilərində iştirak etməyib. Son nəticədə 2 dəfə baş naziri seçə bilməyən parlament buraxılmış hesab olunub. Amma Paşinyan hökuməti kimi, mövcud parlament də seçkilərə qədər öz fəaliyyətini davam etdirəcək.
Erməni mediasının yazdığına görə, Ermənistan müxalifətində seçkiqabağı ittifaq və blokların yaradılması prosesi də davam edir.
Bu arada, “İravunk” qəzeti yazır ki, seçki siyahılarının 26 may tarixinə qədər mərkəzi seçki komissiyasına təqdim edilməli olmasına baxmayaraq, bəzi siyasi qüvvələr hələ də axtarışdadırlar: “Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın “Azatutyun” partiyası, Zaruhi Bostancıyanın “Yerkir Tsirani” partiyası və digərləri heç bir siyasi qüvvə ilə blok yaratmaq barədə razılığa gələ bilmir”.
Xatırladaq ki, bu qüvvələr “Vətənin xilası naminə hərəkat”a daxil olan partiyalardandır və hərəkatın süqutundan sonra heç bir ittifaqa qoşulmayıblar.
Yerli medianın digər məlumatına görə, Paşinyanın komandası seçki qanunvericiliyini pozaraq artıq regionlarda seçkiqabağı kampaniyaya başlayıb. “Past” qəzeti yazır ki, hakim komandanın bölgələrdən seçilmiş nümayəndələri son bir həftə ərzində N.Paşinyanın göstərişi ilə regional seçki dairələrində olur: “Bölgələrdən gələn məlumatlara görə, hakim fraksiyanın deputatları regionlarda heç də yaxşı qarşılanmırlar. Mənbələrimiz artıq hakimiyyət nümayəndələrinin müsbət nəticə verməyən bir neçə görüş keçirdiyini bildirirlər”.
Beləliklə, seçkiyə gedən Ermənistanda siyasi xaos davam edir. Yerli ekspertlərin fikrincə, bəzi siyasi qüvvələrin fəaliyyəti nəticəsində müxalifətdəki parçalanma və Paşinyanın seçkilərdə inzibati resurslardan istifadə cəhdləri məğlub ölkədə qeyri-müəyyən vəziyyət yaradıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

