Ermənistan yeni siyasi xaosa sürüklənir
09.06.2021 [09:14]
Seçki günü yaxınlaşdıqca Ermənistanda siyasi qarşıdurmalarla müşayiət olunan kütləvi aksiyalara start verilib. Eyni zamanda, hakim partiya və əsas müxalifət qüvvələri regionlarda təbliğat-təşviqat kampaniyasına başlayıblar. Erməni mətbuatı yazır ki, Paşinyanın iştirakı ilə keçirilən son mitinq və görüşlər insidentsiz ötüşmür.
Qeyd edək ki, Ermənistanın ilk prezidenti, “Erməni milli konqresi” partiyasından baş nazir vəzifəsinə namizəd Levon Ter-Petrosyan qarşıdan gələn parlament seçkilərini qeyri-adi hesab edir. “Aysor.am” yazır ki, sabiq prezidentin proqnozuna görə, bu seçkilər Ermənistan tarixində ən biabırçı və ən təhlükəli seçkilər olacaq.
Qeyd olunduğu kimi, Paşinyanın regiona səfərləri qalmaqallarla yadda qalır. Belə ki, Armavir vilayətinə səfəri zamanı Paşinyana “xain” deyən şəxsin döyülməsi və saxlanılması barədə xəbərlər yayılıb. “Hraparak” qəzeti yazır ki, seçkiqabağı təşviqatın ilk günü Paşinyanın tərəfdarları onun mühafizəçiləri ilə birlikdə Armavir vilayətində bir vətəndaşı döyüblər: “Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda eyni hadisə paytaxtın Şimal prospektində baş verib. “Paşinyan xaindir” qışqıran şəxs döyülüb, bir neçə gün əvvəl isə Vanadzorda Paşinyan haqqında mənfi fikir bildirən bir vətəndaş avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb”.
Hakim partiyadan olan daha bir mənbə bəhs olunan qəzetə açıqlamasında deyib ki, gələcəkdə maneəsiz kampaniyanı təmin etmək üçün Paşinyan küçədə ona qarşı çıxanları yerindəcə cəzalandırmaq əmri verib: “Ən böyük cəza isə 20 iyundan sonra Paşinyanı tənqid edənlərin payına düşəcək, hakimiyyət bu yöndə böyük planlar hazırlayır”.
Bu arada, “Seçki nəzarəti komitəsi”nin monitorinqi nəticəsində Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının bəzi hallarda seçki qanunvericiliyini pozduğu da məlum olub. “Past” qəzeti isə yazır ki, hüquq müdafiəçisi Ruben Melikyan, deputat Naira Zöhrabyan, QHT sədri Narek Samsonyan, Media müdafiə təşəbbüsünün rəhbəri Ağası Yenokyan, vəkil Anahit Sarkisyanın daxil olduğu “Seçki nəzarəti komitəsi”nin seçkilərdə saxtakarlıq və seçki pozuntularının qarşısını almaq üçün ictimai nəzarət həyata keçirmək cəhdi hakimiyyət dairələrində ciddi narahatlığa səbəb olub: “Əldə etdiyimiz məlumata görə, Qərbdən maliyyə alan ictimai təşkilatlara müraciət edən hakimiyyət “Seçki nəzarəti komitəsi”nə alternativ olaraq öz nəzarət sistemlərini yaratmaq istəyir”.
Yeri gəlmişkən, məğlub ölkədə hakimiyyət böhranı da davam edir. “Armenpress”in yaydığı məlumata görə, xarici işlər nazirinin müavinlərinin hamısı istefa verib. Yəni ölkə XİN-i başsız qalıb. Xatırladaq ki, “ArmLur.am” Araqatsotn vilayətinin polis rəisi Vahan Azqaşyanın da istefa ərizəsi yazdığı barədə xəbər yayıb.
Təşviqat kampaniyasına əleyhdarlarını cəzalandırmaqla başlayan Paşinyanın seçkidən sonra yeni repressiyalara rəvac verəcəyi proqnozlaşdırılır. Bu reallıq isə seçkidən sonra məğlub Ermənistanda yeni siyasi xaosun gözlənildiyini deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

