Ömür vəfa etsəydi...
25.07.2024 [11:10]
Sabir həyatının son anlarında nə xahiş etmişdi?
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin vəfatından 113 il ötür. Böyük satirik ədəbiyyat və mətbuatda “Sabir” nam-nişanı ilə məşhur olsa da, dövründəki nöqsanlara səbirlə yanaşmadı. Əksinə, qırmanc-qələmini bir an belə dincə qoymadı.
Millətinin işıqlı, etibarlı gələcəyi məsələsində isə səbr və dözümə yer yox idi. O da qeyd olunmalıdır ki, Sabir satirik cəbhəyə keçməzdən öncə Məhəmməd Füzuli və müəllimi Seyid Əzim Şirvaninin təsiri ilə qəzəllər yazmışdı. Yüksək şövqlə qələmə alınan 15-ə yaxın qəzəlində klassik ənənədən gələn, amma yüksək ifadə özəlliyinə, məna gözəlliyinə malik nümunələr yaratmışdı. Ancaq mühitin yaraları üçün qəzəliyyat müəyyən mənada effektini itirmişdi. Elə o forma və üslubda, lakin fərqli ruh və mövzuda nişangahı mövhumata döndərmək lazım idi. Sabir də bu böyük milli-demokratik düşüncə naminə fürsəti əldən vermədi.
Onunla eyni dövrdə yaşamış və son günlərində yanında olmuş ədəbiyyatşünas, “Nicat” Maarif Cəmiyyəti idarəsinin katibi Hacı İbrahim Qasımov görkəmli şairimiz haqqında xatirəsində yazır:
“İllərlə bir yerdə çalışdığım zavallı Sabirin ümidsiz bir halda Bakıya gəldiyini, “İslamiyyə” mehmanxanasına düşdüyünü eşitdim, möhtərəm şairin ziyarətini özümə borc bilib yanına getdim.
Sabir evdə çarpayının üstündə əyləşib meyvə yeyirdi. Mən onu bu halda görüncə pərişan oldum. Sabir o qədər dəyişmiş, arıqlamış və saralmışdı ki, onu təsvir etmək çətindir. Bir neçə dəqiqə danışmağa qüdrətim olmadı. Gözümün yaşını güclə saxladım ki, Sabir şəkkə düşməsin. O, mənə yer göstərdi, əhvalımı soruşdu. Razılıq etdim və dedim:
- Sabir, müsaidənizlə sizə bir təklifim var.
- Söylə.
- Sizin, şübhəsiz, maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum “Məlumat” qəzetində sizin nəfinizə bir ianə siyahısı açardım.
Sabir gülümsündü. Fəqət bu gülüş sevinc gülüşü deyildi. Bu, olduqca dərin və ağır bir gülüş idi. Dərin bir qüssə içində dedi:
- Hacı! Siyahı açmağa qətiyyən müsaidə etmərəm. Onsuz da mən son günlərimi keçirirəm. Yalnız qəzetdə yazarsan: Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir.
Onunla bu görüşüm son görüş oldu. İyulun 25-də Abbas Səhhətdən belə bir teleqram aldım: “Sabir vəfat etdi”.
Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də, 49 yaşında vəfat edib və Şamaxıda Yeddi Günbəz qəbiristanlığında dəfn olunub. Onun xatirəsinə hörmət əlaməti olaraq 1912-ci ildə həyat yoldaşı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə şeirləri “Hophopnamə” adı ilə kitab halında nəşr olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

