Ölüm əleyhinə qiyam
23.08.2025 [11:44]
Alber Kamünün “Taun” romanı haqqında
Əvvəli ötən saylarımızda
Əsərin əvvəlində intihara cəhd göstərən qaçaqmalçı Kottar taun epidemiyası yayılandan sonra sosial maskasını dəyişir. Şərin qol-qanad açması üçün şeytani situasiyanın yaranması vacib şərtdir. Bayaqdan əməllərinin ifşa olunacağından, tutulacağından qorxan Kottar indi sevinir ki, tək özü yox, bütün şəhər qorxu altında yaşayır, həşərat sürüsü kimi şəhərə doluşan əcəl toxumları hamını təqib eləyir. Artıq Kottarın qanunsuz əməlləri heç kimin vecinə deyil, üstəlik, fəaliyyətini bir az da genişləndirib daha çox qara pul qazanmaq üçün ideal şərait yaranıb. Bir sözlə, hamını öldürən ölüm Kottara ikinci nəfəs verir, həyat verir, insanlıq qənimi iblis ona təzə bazar açır. Onun bulaşıq ehtirası, qəddar tamahı əcəl meyvələriylə, şər mikroblarıyla yemlənir.
Şeytan ordusu yorulub-usanıb yavaş-yavaş qışlasına çəkilməyə başlayanda Kottarın dərdi təzələnir, çünki quldur xislətli bu qaçaqmalçı ictimai mənafeyə düşmən kəsilib, həmişə onun əleyhinə işləyib. Camaat yasa batanda Kottar bayram eləyir, hamıya xoş üz göstərir, camaat sevinəndə onun iblis fabrikinə dönmüş beynini qara tüstü-duman sarır. Ölüm yerini həyata verməyə başlayanda Kottar silaha sarılıb hələ taunun cəngindən qurtulmamış, xoşbəxtliyə susamış insanların üstünə ölüm saçır. Bu, əslində onun yarımçıq qalmış intiharının ardıdır, Kottar şərin həmləsinə ona görə davam gətirib ki, özünü məhz öz əliylə məhv eləsin. Şər hər zaman canını didib-dağıtmağa, özünü puça çıxarmağa meyilli olur. Suç duyğusu cəza tələb eləyir, qurban istəyir. Kottarı da ya türmədə, ya da dəlixanada tənha, əzablı ölüm gözləyir.
***
Qapalı şəhərdə ilişib qalmış qərib jurnalist Ramberin də davranışının motivləri maraq doğurur. Parisli jurnalistin ölümcül tələdən çıxmaq imkanı yarandığı məqamda qəfildən fikrini dəyişməsi, Oranda qalıb ölətlə cəngə çıxan orduya qoşulması onun hansı cəhətlərindən xəbər verir - cəsarətindənmi, fədakarlığındanmı, insansevərliyindənmi? Çox güman ki, bunların heç birindən. Geridə qoyub gəldiyi xoşbəxt həyatına qovuşmasından ötrü üzünə qapı açılanda Ramber birdən anlayır ki, dara düşmüş insanları bu vəziyyətdə qoyub qaçsa, bir də heç vaxt həyatından zövq ala bilməyəcək, özünə hörmətini biryolluq itirəcək, vicdanıyla ömürlük əlbəyaxa qalacaq. Əlbəttə, belə yaşamaqdan ölüm yeydir, yox, ölməyib sağ qalsa, öz xoşbəxtliyindən ikiqat həzz alacaq. Bu da bir növ eqoizmdir, bəlkə də mənəvi əsasdan məhrumdur, ancaq ictimai mənafe baxımından nəinki zərərli deyil, hətta faydalıdır.
Ramber bizə tanış personajlarla söhbətində belə deyir: “Təkbaşına xoşbəxt olmaq ayıbdır... Əvvəl elə bilirdim mən bu şəhərdə yadam, burada mənlik bir iş yoxdur. İndisə içimdə belə bir hiss var ki, istər-istəməz mən də buralıyam, mən də sizlərdən biriyəm. Bu fəlakətin hamımıza eyni dərəcədə dəxli var”.
Yerli Kottardan fərqli olaraq gəlmə Ramber camaatın dərdinə, qayğısına könüllü şərik çıxır, onların mənafeyini öz nəfinə çevirə bilir. Ölümün həmləsi qarşısında beyni qəfil aydınlanan, ekzistensiyası kənar aləmdən arınıb dilə gələn jurnalist anlayır ki, hamının xəstəliyə düçar olduğu dünyada sağlam qalmaq, hamıya bədbəxtlik üz verən yerdə xoşbəxt yaşamaq nəinki mümkün deyil, həm də böyük əxlaqsızlıqdır. Universal mahiyyət daşımayan, hamının olmayan xoşbəxtlik əsl xoşbəxtlik deyil, yalançı firavanlıq, ötəri illüziyadır. Çörəyi xalqın fəlakətindən çıxan, insan cəsədlərinin, siçovul leşlərinin üstündə ziyafət quran Kottarın timsalında biz bunu gördük.
***
Taun - şərin, absurdun, ölümün rəmzidir. Ana təbiətin yetirdiyi, həyatın bəslədiyi taun mikrobları heç vaxt ölmür, bu isə o deməkdir ki, şər dünyanın, təbiətin daimi halıdır, ara-sıra kükrəyib zəlzələtək varlığın dayaqlarını sarsıdır, sonra da yavaşıyıb sellər kimi torpağın təkinə hopur. Şeytan mürgüləyəndə yer üzündə dinclik, əmin-amanlıq bərqərar olur, ta yeni bir sunami dalğası baş qaldırana qədər. Şər əbədi, yenilməz bir qüvvədir, üstəlik də həyata yad, gəlmə deyil, şər həyatın, təbiətin öz balasıdır. Ölüm həyatla qoşa yaranır, ölüm həyatın əkiz qardaşı, varlığın ikinci (əslində birinci) üzüdür, ona görə də ölümü ləğv eləmək mümkün deyil, çünki ölümü hansısa möcüzəli üsulla aradan qaldırsan belə, həyat da onun qoltuğunda gedəcək. Odur ki, ölüm də, şər də həyatın ayrılmaz parçası, absurd dünyanın iki kor gözündən biridir.
Əsərin sonlarında doktorla astma xəstəsi olan qoca pasiyenti arasında belə bir atüstü mükalimə baş verir:
“Rie qoca xəstəsinin mənzilinə çatanda toran qovuşmuşdu. Şəhərdən gələn şadyanalıq sədaları otağa da dolurdu, qoca həmişəkitək qabdan-qaba boşaltdığı noxudları sayırdı (qoca Qran cümlə cilalamaqla, bu qoca da noxud saymaqla absurda müqavimət göstərir - F.U).
- Lap yaxşı eləyirlər. Camaatın şənlənməyə haqqı var, gərək həyatın hər üzünü görəsən, - dedi qoca. - Bəs sizin kolleqanız niyə görünmür, doktor? Olmaya başında bir iş var?
Eşikdən partlayış səsləri gəldi, ancaq bu dəfə xatası yoxuydu, uşaqlar fişəng atırdılar. Həkim qocanın xışıldayan sinəsini dinşəyə-dinşəyə cavab verdi:
- Kolleqam öldü.
- Bahooo, - qoca dilxor oldu.
- Taun apardı.
Qoca bir az susub dilləndi:
- Həə, yaxşılar həmişə qabağa düşürlər. Həyatın üzü budur. O kişi nə istədiyini yaxşı bilirdi.
Həkim aparatını çantasına qoya-qoya soruşdu:
- Bunu niyə deyirsiniz?
- Heç, elə-belə. O, boş-boş danışan oğul deyildi. Hər halda mənim könlümə yatırdı. Eləcə xoşuma gəlirdi. Baxırsan, biriləri deyir: “Taun aləmi bürüyüb, taun bizə bəla gətirib”. Az qalırlar buna görə orden-medal istəyələr. Axı taun nə olan şeydir? O da həyatın bir üzüdür, vəssalam.
- İnqalyasiya eləməyi unutmayın.
- Narahat olmayın. Mən hələ çox yaşayacağam, çoxlarını yola salacağam. Mən axı yaşamağı bacarıram...”
Belə görünür ki, “yaşamağı bacaran” bu hiyləgər qoca sağalmaz xəstəliyini özü üçün peyvəndə çevirib, onun nəfəs yollarında yuva qurmuş viruslar, mikroblar yad cisimləri orqanizminə buraxmır, beləliklə onu ən qorxulu epidemiyadan qoruyur. Əslində bu, qocanın öz ixtirası da deyil, onu öz emalatxanasında yoğurub yapıb bu dünyaya göndərmiş ana təbiətin bicliyidir...
***
Kamü şərin varlığını, yenilməzliyini, ölməzliyini təsdiqləsə də, inadkar moralist kimi onunla barışmır, insanı ölümlü, absurd həyata qarşı qiyama çağırır. Qiyam xaosu şəkilləndirmək, boşluğu məzmunla doldurmaqdır. Kainat özlüyündə mənasız, dəyərsiz olsa da, insan ona məna, dəyər qazandırmaq gücündədir. Qiyam ölümə, yoxluğa, heçliyə qarşı peyvənddir.
Doktor Rie ilə dostları taunla mübarizənin faydasız olduğunu bilsələr də, mübarizədən çəkinmirlər, çünki şərə qarşı qiyam, ölümlə barışmamaq onların bu dünyadakı varlığına məzmun verir, yaşamına bəraət qazandırır. Nə olsun ki, həyatın ötəri sevincləri, dünyanın keçici zövqü-səfası müdam təhdid, təhlükə altındadır. Bu amansız təhdidlər, təhlükələr arasında həyatı yaşatmaq, heybətli fələyin hüzurunda xəzan vurmuş yarpaq qədər siqləti olmayan fani canları şərin vahiməsindən, ölümün qorxusundan arındırmaq, aramsız matəm içində ruhun müvazinətini, ciddiliyi, təmkini, kədərə bükülmüş olsa da, təbəssümü qoruyub saxlamaq, iblisə qarşı qiyam bayrağı qaldırmaq - əgər bacarırsansa, budur əsl müdriklik, budur gerçək qəhrəmanlıq. Doktor Rie kimi qəhrəmanlığa heç bir iddian olmasa belə...
...Bir zaman Mövlana da fələyin gərdişinə qarşı metafizik qiyama qalxmışdı: “Mən bir saman çöpüyəm ki, kainatın cazibəsinə üsyan edirəm! Mən bir toz zərrəsiyəm ki, Allaha üsyan edirəm!..”
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11

YAP xəbərləri
11 Sentyabr 16:07

YAP xəbərləri
11 Sentyabr 15:35

Sosial
11 Sentyabr 15:26

Sosial
11 Sentyabr 13:37
