Kənd kitabxanası
28.02.2026 [08:50]
Taleyi, təxminən, kənd müəlliminin taleyi kimidir: öyrədir, yetişdirir,bir də görür ki, şəhər alıb apardı. İndi isə öyrətməyi də yoxdur, yaşlanıb və gələcəyi nisbətən dumanlıdır...
“Elmi-mədəni ictimaiyyət” dediyimiz təbəqənin bir çox nümayəndələrinin yolu bu və ya digər formada kənd kitabxanasından keçməmiş deyil. Sovet hökuməti kiril əlifbasını tətbiq edib, ona uyğun kitabxanasını da “ümmət”inin xidmətinə verdi. İndi həmin kitablar ya kiflənir, ya da “ölü can” kimi makulaturaya verilir...
Görəsən, ötən əsr boyu kirildə yaratdığımız, “yazıb-pozduğumuz” və tərcümə etdiyimiz irs tam şəkildə latın qrafikasına çevrilibmi? Belə bir statistika maraqlı olardı... Çünki, “Mədəniyyət -2040” konsepsiyasında kitabxana məsələsinə yanaşma çox dəqiqdir: “Kitabxana sistemində nəticələrə hesablanmış yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması, infrastrukturun təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin artırılması...”
Konsepsiya kitabxanaları ləğv etməyin deyil, təkmilləşdirməyin xeyrinədir. Təcrübə göstərir ki, kənd kitabxanası kəndin ümumi inkişafı ilə birbaşa bağlıdır. Yəqin ki, yanaşmalar da bu cür olacaq. Lakin hələ də fəaliyyət göstərən və ya yenidən təşkil edilən kənd kitabxanaları varsa, oralarda nə baş verəcək?
Əlbəttə ki, infrastruktur smart/elektron sistemə uyğunlaşdıqca, kitabxanaların da yaşamaq şansı artacaq.
Müasir dövrdə kənd kitabxanalarının modernləşdirilməsi onların yerli sakinlər və ehtimal edilə biləcək turistlər üçün rəqəmsal texnologiyalarla təmin edilməsidir. Üstəlik, hər bir kitabxananın məlumat bazasının zənginləşdirilməsi insanların fasiləsiz təhsilə çıxışının təmin edilməsi, çoxfunksiyalı mədəniyyət və təhsil mərkəzlərinə çevrilə bilməsidir. Məsələn, kənd kitabxanası həm də ünsiyyət (daha çox kommunikasiya) üçün, çayxanadan daha münasib məkana çevrilə bilərmi? Yəqin, çevrilə bilər. Bir halda ki, funksiyası çayxananı əvəzləmək, yox etmək olmasın...
Görəsən, bizim kənd kitabxanalarında rəqəmsal savadlılığın təmin edilməsinə ehtiyac qalacaqmı? Hər bir kitabxananın ərazisini zonalara - məsələn, uşaq, yaxud multimedia zonasına bölsək, nə baş verəcək? Kitabxananı icma görüşləri, müzakirələr üçün uyğun bir məkana çevirə bilərikmi? Qlobal rəqəmsal kitabxana resursları ilə birləşdirmək necə, mümkün olarmı?
Bütün bu suallara cavab o qədər yaxındadır ki, sadəcə yanaşmanı dəyişməklə uğurlu nəticələr əldə etmək reallıqdır. Avropada kənd (ucqar) informasiya mərkəzlərinin inkişafı və bu ərazilərdə xidmət göstərmək üçün mobil kitabxanalardan (təkərli kitab və sair) aktiv istifadə edilir. Bizdə isə keçmişdə, inkişaf zəncirindəki qırılmalar nəzərə alınmasa və bu boşluq tam şəkildə doldurulmasa, yeni kitabxanaların çayxananı əvəzləməyə başlayacağı ehtimalı var. Halbuki çayxanalardan imtina etmək heç də mədəniləşmək və ya maariflənmək hesab edilməməlidir. Yeni kənd kitabxanaları fasiləsiz təhsil və kommunikasiya məqsədli qurulsa, nə etnoqrafik dəyərlərə, nə də yerli icma mədəniyyətinə mənfi təsir göstərər.
Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının məlumatına görə, dünyada 569.600-dən çox kitabxana var. Bunlardan 440.000-dən çoxu Avropada, 125.000-dən çoxu isə Şimali Amerikadadır.
Əlbəttə, statistika mühümdür, lakin müasir dövrün gələcək üçün əsas göstəriciliyi daha çox funksionallıq olacaq. Kitabxana yoxdursa, gələcək də dumanlıdır. Məktəb nə qədər mühümdürsə, kənd kitabxanası da o qədər, təhsilin, gələcək inkişafın təməlidir - öyrədicidir. Əgər sizin kənddə ünsiyyət qurmağa kimsə uyğun kimsə, nə isə yoxdursa, kənd kitabxanası həm yaxın dost, sirdaş, həm də müəllim ola bilər. Bir də baxıb görərsən ki, ucqar bir kənddən heç vaxt kənara çıxmaq istəməyən uşaq kitabxananın balaca otağında mütaliə edib öyrənə-öyrənə, məsələn, dahi bir şahmatçıya çevrildi. Niyə də olmasın, axı dünya insan, fərd mərkəzli olmağa çalışır...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

