CƏMİYYƏTİN MƏNƏVİ TƏŞƏKKÜL VƏ İNKİŞAFINA KAMİL YAZIÇI BAXIŞI...
03.10.2015 [11:22]
İLYAS ƏFƏNDİYEVİN VƏFATINDAN 19 İL ÖTÜR...
“İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır.
Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır”.
Ümummilli lider Heydər Əliyev
(Azərbaycanın bir qrup mədəniyyət xadiminə
Dövlət mükafatlarının verilməsi zamanı çıxışdan.
“Ədəbiyyat və incəsənət”, 1980, 23 may)
* * *
İlyas Əfəndiyev yazıb-yaratdığı bütün dövrlərdə - ümumi şəkildə desək, sovetlər dönəmində də, müstəqillik illərində də ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri olub. Sovetlərin də, müstəqilliyin də təbəddülatlı illərində, sabitlik və inkişaf dönəmlərində ustad yazıçının qəlbi ilə qələmi öz idealına, sənət kredosuna sadiq qalıb. Təsadüfi deyil ki, İlyas Əfəndiyev haqqında yazan aydınlar onun ilk hekayələrinin işıq üzü gördüyü illərdən ta ömrünün son illərinədək yalnız ədəbi ustalıqla deyil, habelə şəxsiyyəti qorumaq ustalığı ilə də fərqləndiyini qeyd edirlər. Zatən şəxsiyyət və sənət ikiləşməsi içində olanların yaradıcılıq faktları ədəbi-tarixi akta çevrilmir... çevrilsə də, uzunömürlü olmur. İlyas Əfəndiyev nəsri öz mövzuları ilə, diapozonu, üfüqü ilə bəlli bir radius içində qalmır, dünəndən bu günə, bu gündən sabaha səslənir. Bu səslənişi həm varlığın təsdiqi, həm də çağırış kimi qiymətləndirmək yanlış olmazdı.
Belə ki, İlyas Əfəndiyev yazıçı kimi şöhrət qazanmamışdan öncə pedaqoq idi və həm işi, peşəsi etibarı ilə, həm də vaxtı ilə zəngin olmuş, sonradan çərxi-fələk əli ilə məişət qayğıları ilə yüklənmiş ailəsinin irəli çıxanı, məsuliyyət daşıyanı olmaq etibarı ilə “yaşından irəli” boylanan insan taleyi yaşayıb... Bu da onu daha erkən qələm təcrübələrindən öyüdçü, doğruyolçu, halallıq, xeyirxahlıq carçısı kimi tanıtmaq üçün təbii xarakterli əsaslar verir. “Çağırış” sözünə qayıdıb, bir daha vurğulamaqda yarar var ki, İlyas Əfəndiyev sanki bütün əsərlərində “Sizin yaşadığınız əsr sizinlə birgə ölür, övladlarınızı yeni əsrə hazırlayın!” müdrik çağırışını tirajlayır, o kəlama yeni çalarlar, gözəlliklər qatırdı...
İlyas Əfəndiyevin yaradıcılıq üfüqünün genişliyi onu yenicə ədəbi yaradıcılığa başladığı illərdən etibarən ədəbiyyatda məhz yenilikçi kimi tanıtmışdır və beləliklə o, sovetlərin əsas yaradıcılıq metodu olan sosializm realizminin standartlarından uzaqlaşmağı bacarmışdır... İlyas Əfəndiyev yaradıcılığını təhlil edənlər belə bir fikrə ortaq çıxırlar ki, o, sosializmin iqtisadi, əxlaqi yöndən korladığı ictimai münasibətləri (dəyərləri!) qiymətləndirməyi qarşısına məqsəd qoymuş, bu planda milli və mənəvi dəyərlərə böyük önəm vermişdir. Mövzu və üslub baxımından çağdaşlarından seçilən yazıçı Azərbaycan ədəbiyyatında sosrealizmin bütün qaydalarının eniş dövrü kimi bildiyimiz, şərti adı ilə, yeni nəsrin qabaqcıllarından olub. Daha çox 60-cılar ədəbi nəslində “fontan vuran”, təzahür edən bu yenilik(çilik) məhz İlyas Əfəndiyev və onun azsaylı ədəbi nəsildaşlarının sayəsində daha öncədən (və 60-cı illərdən sonra da...) ədəbiyyatımızda öz təcəllasını göstərmişdi... Örnək göstərim, ustad ədibin qəhrəmanları sosializmin diktə etdiyi “müsbət qəhrəman tipi”nin təqlidi deyildi. Onun qəhrəmanları həm yazıçının, həm də dövrün ədəbi özəlliklərinin üzə çıxarılması baxımından önəm daşıyır.
İlyas Əfəndiyev məhz ideyalı yazıçı idi - onun milli idealı Bütöv Azərbaycan, ümumən ədəbi şəxsiyyəti bütöv(lük) sözləri ilə ifadə edilə bilər...
Maraqlıdır ki, doğulduğu il I Dünya savaşının başladığı ilə düşən İlyas Əfəndiyev qələmini, yaradıcılığını böyük anlamda Dünya Barışına həsr edib, haqqın nazilsə də üzülmədiyini anlatmağa həsr edib... Başqa bir təsadüf də, onun türk peyğəmbərinin adını və əfəndi soyadını daşıması ilə bağlıdır...
* * *
“Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən möcüzə, imdad gözləmə..!” - bu, İlyas Əfəndiyevin öz sözüdür. Yenə onun sözüdür, deyir: “Tam inkişaf etdikdə insan təbiətə yaxınlaşır, onun sirlərinə daha dərindən valeh olmağa başlayır, özünü və özü ilə bağlı olan cəmiyyəti daha dərindən dərk edir”.
* * *
Ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyasını müqayisə edən Nazim Hikmət: “...onların arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi baxımından bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması baxımından isə ayrılıq vardır. - Bir-birinə həm oxşayırlar, həm oxşamırlar”, - deyə yazmışdır...
Mirzə İbrahimov isə “Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir... İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib xüsusiyyətlərə - dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz”.
Akademik Kamal Talıbzadənin müşahidələrinə görə, “Lirik-romantik üslub İlyas Əfəndiyevin ...fərdi üslubu kimi formalaşmışdır. Bu yaradıcılıq üslubunun formalaşmasında ədibin mövzuları, surətləri də əsas amillər kimi iştirak etmişdir...
Məhəbbət İ.Əfəndiyevin əsas mövzusu, gənclər isə qəhrəmanları, baş surətləridir.
Məhəbbət bir çox mühüm sosial problemlərin həlli üçün yol açır, gənc qəhrəmanların arzu və diləkləri, onların xəyalları, ürək dünyası ilə bağlı olan əməlləri bədii problemin həllinə romantik bir ruh aşılayır; qəhrəmanların emosional özünüifadəsi bədii təsvirin ümumi fonunda üstünlük təşkil edir, onların lirik-romantik hisslərinə geniş meydan verilir”.
“İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş verən təbəddülatı əks etdirməyə çalışan, psixoloji ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun əsərlərində, xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt xatirinə düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanların səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda görünən konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə zənginləşdirir” - bu sözlər isə mərhum Xalq yazıçısı, İlyas Əfəndiyevin ədəbi nəsildaşı İsmayıl Şıxlıya aiddir.
Yeni nəsil ədəbiyyatşünaslarından (“... “Sən həmişə mənimləsən” pyesi çağdaş Azərbaycan dramaturgiyasında lirik-romantik psixologizmin örnəyi kimi” adlı irihəcmli araşdırma yazısı ilə çıxış edən) Xanverdi Turaboğlu isə belə yazır: “...Həyat faktı, mövcud gerçəklik dramaturqun bədii-estetik qavrayışında ələnərək məxsusi ədəbi yaşam qazanır.
İlyas Əfəndiyevin dram əsərlərinin daxili struktur quruluşunu diqqətlə araşdırarkən vahid bir sənət prinsipi ilə qarşılaşırıq.
Bu prinsip dramaturqun özünə məxsusdur. Ona görə də həmin prinsipi fərdi yaradıcılıq prinsipi kimi də qəbul edə bilərik... O, iki fərqlənən qatı, konteksti üz-üzə qoyaraq, onların kəsişmə, toqquşma nöqtəsində yeni bir məna, qat kontekst yaradır. Belə bir üslub prinsipi hər hansı sənətkara bir neçə məqsədə çatmağa kömək edir”.
İlyas Əfəndiyev haqqında yazılmış, yazılan bu və başqa fikirlərlə tanış olduqca, onun öz sözləri yada düşür: “Tənqidçi həqiqi sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər yazıçı bu kəşfə layiqdirsə)..!” Məncə, bir çox ədiblər, tənqidçilər İlyas Əfəndiyevi dərindən duyub, dərk edib, sonra fikir bildiriblər...
Və nəhayət... sonda bu anım yazısını ustad nasirin öz sözləri ilə tamamlamaq istərdim: “Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur... Lakin hər bir həqiqi sənətkarı yaşadan, birinci növbədə, onun əsərləri və xalqıdır”. Vəssalam...
Əkbər QOŞALI
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

