Ədəbiyyatımızın cənub həsrəti
04.11.2022 [10:50]
Güney Azərbaycana Şəhriyar babadan salam
MÜŞFİQƏ
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan!
Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
40 milyondan çox cənublu qardaşlarımızı o taylı, bu taylı Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın şeiri ilə salamlayırıq. Şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığına, əbəs yerə müraciət etməmişik. Bizim xalqın xəmiri qəhrəmanlıqla, azadlıq uğrunda mübarizə ilə yanaşı, həm də sözlə, şeirlə yoğrulub axı.
Cənub mövzusunda yazılan əsərlər ədəbiyyat tariximizin unudulmaz səhifələridir
Qələm sahiblərinin əbədiyaşar nümunələri oxucuların fikir intibahı ilə yanaşı, ruh yüksəkliyinə, onların ideyaca silahlanmasına da təkan verib. Hamıya məlumdur ki, ədəbiyyatımızda cənub mövzusuna həsr olunmuş saysız-hesabsız əsərlər yazılıb. Şair və yazıçılarımız taleyinə ayrılıq düşmüş xalqın tarixi faciəsini, unudulmaz yaralarını öz povest və romanlarında dərin ürək ağrısı ilə qələmə alıblar. M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov və başqalarının yaradıcılığında Cənubi Azərbaycan mövzusu mühüm yer tutur.
İranda baş verən məşrutə inqilabı Sabir yaradıcılığında Güney Azərbaycan mövzusunun təməl daşıdır. Sabirin “Nədir, aya, yenə üsyanları iranlıların?”, “Füzuliyə bənzətmə”, “Şurə gəlib şad olun, iranlılar!”, “Almaniya imperatoru Vilhelm deyir ki...” və s. kimi satiraları Güney Azərbaycanın ağrılı keçmişindən xəbər verən, bu gününə işarə edən tarixi sənədlərdir. Sabir bir yandan satirasının gücü ilə, bir yandan, qoyduğu sualla həm düşündürür, həm də cavabı özü göstərir. Onun “Doğrudan da, Məmdəli, qeyrət halal olsun sənə!” şeirində Məhəmmədəli şahın gündə yeni bir vəd verməsi, heç bir vədinə əməl etməməsi, dara düşən kimi Rusiyaya, ingilislərə müraciət etməsi, ölkədəki qarışıqlığın, talanların qarşısını almaması və digər “fəzilətli” cəhətləri “təqdir olunur”. “Səttərxana” adlı şeirində isə fədailərin Vətən uğrundakı xidmətlərini hərarətlə alqışlayır. Abbas Səhhətin də dediyi kimi, Sabirin şeirləri İran inqilabına bir ordudan ziyadə xidmət edib.
Həsrətdən doğulan misralar, sanki pərvazlanıb Arazın o tayına uçurdu
1920-ci ildə müəyyən ictimai-siyasi səbəblər ucbatından ailəsilə İrana köçən Mirzə Cəlil Məmmədquluzadə Cənubi Azərbaycanın mərkəzi Təbrizdə məskən salır. Güney Azərbaycanda azadlıq hərəkatının rəhbəri Şeyx Məhəmməd Xiyabani ilə görüşür, dərhal “Molla Nəsrəddin” jurnalının nəşrini təşkil edir. Dərginin ilk Təbriz nömrəsində Azərbaycan türkcəsində İran həyatının, Cənubi Azərbaycan mühitinin eybəcər cəhətlərini qamçılayan kəskin felyetonlar yer alır. Elə ilk nömrədəcə bomba təsiri bağışlayır, müdaxilələrə boyun əyməyən yazıçı geri çəkilmir. Başqa bir ifadəylə, jurnalın ilk nömrəsində dərc olunan “Təbriz... camaata hürriyyət müjdəsi verildi: belə ki, sərbazların ciyərçilik, qəssabçılıq və dilənçilik etmələrinə dövlət tərəfindən maneçilik yoxdur” xəbəri “İranda hürriyyət” hekayəsinə açılan pəncərə, epiqraf rolunu oynayan maraqlı müqəddimədir. C.Məmmədquluzadə “İranda hürriyyət” (1906) hekayəsini İranda və Cənubi Azərbaycanda baş verən məşrutə inqilabından sonra Məmmədəli şahın xalqa verdiyi yalançı hürriyyət vədi fonunda qələmə alıb. Bu tipli onlarca nəsr əsərlərində vətənin müstəmləkə zülmündən azad olması, millətin öz hüquqlarını anlaması barədə məsələlər qoyulub. Təbriz təəssüratları Mirzə Cəlilin “Dəli yığıncağı” adlı pyesində də əks olunub.
“İran Azərbaycanı” yox, “Cənubi Azərbaycan”
Məlumdur ki, Cənubi Azərbaycanda əsarətdə yaşayan soydaşlarımızın taleyi görkəmli ədib və ictimai xadim, Xalq yazıçısı, akademik Mirzə İbrahimovu həmişə düşündürüb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı, Mirzə İbrahimovun təşəbbüsü ilə 1976-cı ilin mayında Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatını öyrənən və tədqiq edən şöbə yarandı. Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda açıq yazmağa və danışmağa imkan verilmədiyi bir vaxtda Ədəbiyyat İnstitutunda xüsusi şöbənin açılması və “XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi” adlandırılması ədəbi hadisə idi. O vaxta kimi elmi və siyasi ədəbiyyatda işlənən “İran Azərbaycanı” termini əvəzinə “Cənubi Azərbaycan” anlayışını elmi dilə ilk dəfə Mirzə İbrahimov gətirdi, beləliklə, doğma vətənimizin paralanmış hissəsinin zəngin ədəbi-mədəni irsinin öyrənilməsinin təməlini qoydu.
Araz çayı, qalx aradan,
Qoy birləşsin Azərbaycan.
Araz çayı, suyun axar,
Gözəl qızlar sənə baxar...
Cəfər Cabbarlının “Araz çayı” mənzum pyesi Azərbaycanın parçalanması mövzusundadır. Pyes D.Bünyadzadə adına Dram Teatrının 1923-cü il repertuarına daxil edilsə də, “Qırmızı irtica” müdaxiləsi nəticəsində əsərin tamaşaya qoyulması yasaqlandı, hətta əlyazması it-bata salındı:
Araz, söylə nə üçün,
sən yol saldın buradan?
Yoxsa qorxdun azadlıq,
gəlib keçsin oradan?!
Ya ki, Azər yurduna,
salam etsin Savalan
Araz, rədd ol aradan,
bir olsun Azərbaycan!
Kimdir səni yaradan?
Böldün böyük Vətəni, Araz, böylə aradan...
Əbədiyaşar şeir nümunəsinin məzmunundan süzülüb gələn bu fikirlər Araz həsrətli, Araz ağrılı poeziyamızın şah damarında bu günədək döyünməkdədir. Zaman belə amansız ayrılıqların açdığı yaraları sağalda bilmədi.
“Dumanlı Təbriz”in başını qara buludlar almışdı
Məmməd Səid Ordubadi M.F.Axundov və Z.Marağalıdan sonra ədəbiyyatımızda Cənub mövzusunun ən parlaq nümunələrini yaratdı. Cənubi Azərbaycanı qarış-qarış gəzdiyi üçün İran inqilabçıları yaxından tanışlığı vardı. Səttarxanı, Bağırxanı görmüşdü, onların hansı amallar uğrunda mübarizə apardığını yaxşı bilirdi. 1933-1938-ci illərdə qələmə alınan “Dumanlı Təbriz” əsərində 1906-1911-ci illər Cənubi Azərbaycan inqilabı mövzuya alınıb. Demək olar ki, romanın qəhrəmanı Təbriz şəhərinin özüdür. İranda, Cənubi Azərbaycanda baş verən hadisələr obyektivliklə, tarixi həqiqətlərə heç bir müdaxilə etmədən, yamaq vurulmadan canlandırıb. Romanda İran monorxiyasının zəifliyi və çürüklüyü, dini mövhumatın baş alıb getməsi, əhalinin ağır vəziyyəti, inqilabi mübarizənin təsvirini tarixi dəqiqliklə əks edib. Beləliklə, müəllifin böyük cəsarətinin nümunəsi olan əsər həm də Sovet İmperiyasının repressiya tüğyanına qarşı bir cavab idi. Heç bir repressiya onu tutduğu bu şərəfli yoldan döndərə bilmədi. Ömrünün sonuna qədər bütöv və vahid Azərbaycan uğrunda savaşdı, öz ideyalarını əsərləri vasitəsilə gələcək nəsillərə miras qoydu.
“Arazın o tayı da, bu tayı da, mənim...”
Yazının müqəddiməsini M.Şəhriyarla, sonunu isə öz dəstəsiylə Araz çayını adlayaraq Cənubi Azərbaycana keçən Qaçaq Nəbinin “Atları yəhərlərin” filmində iranlı ağaya verdiyi cavabı ilə vermək istədik: “Arazın o tayı da, bu tayı da, mənim doğma el-obamdır. Elin o başı, bu başı olmaz! Bunu sırğa elə as qulağından!”
Söz yox ki, Qaçaq Nəbinin çıxışı bu gün də öz aktuallığını qoruyub saxlayır. Bizim aramızdan bir Araz axır. Fərqi yoxdur, birimiz o tayda, birimiz bu tayda... Hamımızın bir Vətəni var və hamımız azərbaycanlıyıq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44

