Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ədəbiyyatçıların böyük “yığıncağı”

Ədəbiyyatçıların böyük “yığıncağı”

25.02.2023 [12:10]

97 il əvvəl - 26 fevral 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay yığışmışdı. Bu, türk dünyası üçün möhtəşəm mədəni-irsi hadisə idi

Şahanə XANKİŞİYEVA

“Söhbətin” məğzi...

Sovet dönəmində fərqli respublikalarda yaşayan türklərin dil, ədəbiyyat, tarix sahələrində fəaliyyət göstərən yazarlar, şairlər?, ədəbiyyatçılar və dilçiləri bir araya gələrək əlifbanın aqibəti haqqında, gələcəyə dair fikirləri müzakirə edib, qərar  almaq istəyirdilər. Bu məqsədlə 1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi. Türkologiya tarixində qısaca Bakı Konqresi kimi tanınan Birinci Türkologiya Konqresinin əhəmiyyəti dilçiliklə, əlifba ilə bağlı idi. 1926-cı il fevralın 26-sında Bakıdakı İsmailiyyə Sarayında Birinci Türkoloji Qurultay işinə başladı. Qurultayda 131 nəfər nümayəndə iştirak edib.  İclasa  Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik edib. Qurultayın Rəyasət Heyətində isə Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, Bəkir Çobanzadə, Avropa alimlərinin nümayəndəsi professor F.F. Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin,  professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunv, Yakutiyadan İsidor və başqa mütəfəkkirlər olub. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə Rəyasət Heyətinə fəxri üzv seçilib. Qurultayın gedişində bir çox elmi məruzələr edilmişdi. Məruzələr əsasən türk xalqlarının ortaq dil, ortaq mədəniyyət və ədəbiyyata malik olduqları ilə bağlı faktlarla zəngin idi. Ancaq maraqlı müzakirələrdən biri də erməni dilçisi R.Y.Açaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusunda məruzəsi idi. Mövzusu türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu. Məruzədə əski ermənicədən yeni ermənicəyə keçidin əsas səbəbinin türkcə ideyası başlıca yer tuturdu. Obyektivliyi ilə seçilən bu məruzə yaşadığımız günlərdə təcavüzkar erməni ideologiyasına qarşı güclü elmi arqumentdir.

Birinci Bakı Türkoloji Qurultayıda türk dillərinin yeddi böyük problemi müzakirə obyekti oldu və böyük qərarlara imza atıldı. Bunlar əlifba, termin, tədris-metodika məsələləri, 4)imla-orfoqrafiya, qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi, ulu dil nəzəriyyəsi, türk dillərinin tarixi problemləri, Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi idi. Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya əsas yer tuturdu. Qurultay bitdikdən dərhal sonra bu tarixi hadisənin gedişi haqqında Azdövlətkinoda sənədli film çəkilmişdi. “1-ci Türkoloji Qurultay” filmi 1926-cı ildə istehsal olunub.  Film Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavidin iştirakı ilə çəkilmişdi.

Nəticədə...

Məhz bu qurultaydan sonra rəsmi şəkildə  latın qrafikalı əlifbaya keçid reallaşdı. Buna qədər respublika ərazisində ərəb yazısından istifadə olunurdu. Qurultayın qərarına əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Beləliklə,  müxtəlif türk respublikaları ərazisində

1929-1939-cu illərdə latın qrafikalı əlifbadan istifadə edildi. II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar bəzi səbəblərdən baş tutmadı.

30-cu illərin sonunda Sovet İttifaqı rəhbərliyi tərəfindən latın qrafikalı əlifbanın dəyişdirilməsi yönündə işlərə başlanıldı. 1939-cu ildə isə SSRİ-nin  respublikalarında ümumi kiril əlifbasından istifadə qərarı qəbul edildi. Təəssüf ki, problem bununla bitmədi. Qurultaydakı çıxışlarından bir neçə il sonra ana dilini ən yaxşı şəkildə ifadə etmək üçün əlifba, orfoqrafiya qaydaları və tədris problemlərini müzakirə edən alimlər əsassız ittihamlarla ölümə, həbsə və ya sürgünə məhkum ediliblər. Qurultayın bir çox iştirakçısı  millətçilik, əks-inqilabi fəaliyyətində günahlandırıldı, repressiya edildi və öldürüldü.

Nəsildən-nəslə...

2005-ci ilin noyabr ayının 5-də  Prezident İlham Əliyev bu tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən 2006-cı ildə Bakıda Birinci

Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi. 10 ildən sonra isə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30