Qərib öldüm, bikəs öldüm, yad öldüm...
17.03.2023 [11:03]
100 il yaşadı
Şahanə XANKİŞİYEVA
Molla Vəli Vidadi və Vaqif...
Əşarü kəlamları mövzun, təbləri rəvan, dilləri açıq və sadə. Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühr etmiş olsa idilər, bişübhə, indiyə kimi onların əsərləri dəfələrlə çapdan çıxıb əbnayi-millət içində yayılmışdı
Firudin bəy Köçərli
100 il ömür sürən Molla Vəli Vidadi 1709-cu ilin bu günü - 17 martda Şəmkirdə dünyaya göz açıb.
Əliağa Şıxlinski “Xatirələrim” əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Molla Vəli Vidadinin qız nəvəsidir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Deyilənə görə, Molla Vəlinin atası Qazağa Cənubi Azərbaycandan köçüb və onun atası Səfəvilər dövründə yaşayan Həmzə Sultanın nəslindəndir. Atası Məhəmməd ağanın ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçür. İlk təhsilini Şəmkirdə alan Vidadi oxumağı davam etdirmək üçün Poyluya gedir. Ərəb, fars dilini mükəmməl öyrənən şair Poyludan vətəni Şıxlı kəndinə gələrək Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olur. Məhz buna görə də o, Molla Vəli adı ilə tanınır.
Rəvayətə görə...
Müasiri Əhmədağa ilə aralarında dostluq münasibəti olduğundan zarafatlaşırmışlar. Çox vaxtı şair ona kinayə ilə acı sözlər deyər, amma Əhmədağa inciməzmiş. Belə bir hadisə yaylaqda olan zaman baş verir. Belə ki, təbiətin seyrinə dalan zaman duman gəlib onları əhatə edir. Molla Vəli xofa düşür ki, azacaqlar. Amma Əhmədağa ona ürək-dirək verib deyir: “Qorxma, mən səni salamat yurdumuza apararam” və doğrudan da Vidadini salamat gətirib çıxarır. Bu barədə başqalarının yanında Əhmədağa özünü öyüb, zehn və fərasətini dedikdə Molla Vəli təngə gəlib deyir: “Ağa, bu qədər özünü öymə, bu bir böyük hünər deyil, qara mal da heç azmaz”,
Molla Vəlinin savadı hamıya məlum imiş. Hamı onu sayar, xatirini əziz tutarmış. Rəvayətə görə, Molla Vəli Vidadi Qazax mahalında ən nüfuzlu adam hesab olunduğundan İrakli xan bəzi ittifaqlarda Qazax mahalına dair məsələlərdə onun tədbir ilə iş görərmiş. Bu əhvalı Molla Pənah Vaqif eşidib Vidadinin şəninə şeir belə yazıb. Vidadi müəyyən müddət Qarabağ xanlığında yaşayaraq Tiflisdə - İraklinin sarayında xidmət edir, ancaq bizə məlum olmayan səbəblərə görə həbs edilir. Çıxdıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşayır. Onun həyatı ilə bağlı bəzi söyləmlər, rəvayətlər var. Bu rəvayətlərin bir qismi Cəbrayıl rayonunun Çələbilər kəndi ilə bağlıdır. Cəbrayıl şəhər sakini Hüseyn Əhmədov hələ 30-35 il öncə həmin əhvalatlardan birini vaxtilə Söyüdlü kəndində yaşamış 110 yaşlı mərhum Məmiş kişidən eşidibmiş. Rəvayətdə deyilir ki, M.V.Vidadi uzun müddət Cəbrayıl rayonunun Çələbilər kəndində yaşamış, buradakı məscid mədrəsədə dərs deyib, burada Dağtumaslı Dəli Kazımın bacısı ilə evlənib. M.V.Vidadi Çələbilərdə yaşayarkən Vaqif Qarabağda İbrahim xanın vəziri idi. Artıq onların əlaqələri elə bu ərəfələrdən var imiş. Vidadi Vaqifin müasiri, dostu, bəzi mənbələrə görə isə qohumu imiş.
“Könül həsrət, can müntəzir, göz yolda” - deyən M. V. Vidadi irsinin az bir qismi bizə məlumdur. Onu müasir dövrümüzlə 300 ilə yaxın bir zaman kəsiyi ayırır. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir. Vidadi yaradıcılığı şifahi və yazılı ədəbiyyatımızın əsasında təşəkkül tapıb. Onun Vaqiflə “Deyişmə”si də bunu aydın göstərir. Şairin “Dəli könül, gəl əylənmə qürbətdə”, “Ey həmdəmim, səni qana qəra eylər”, “Xəstə düşdüm, gələn yoxdur üstümə” kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı təsirlidir. Şairin yaradıcılığında vətənə, torpağa bağlılıq güclüdür. Vidadi real tarixi hadisələr əsasında yazdığı “Müsibətnamə” poemasında isə Şəki xanı Hüseyn xan Müştaqın xaincəsinə öldürülməsi mənsəb, şöhrət düşkünlərinə, nahaq qan tökənlərə lənət yağdırıb. Həmid Araslı yazır ki, Vidadinin bu müxəmməsi bir tərəfdən şairin küskün əhvalını əks etdirirsə, ikinci tərəfdən dövrün ictimai quruluşuna qarşı etiraz və istehzası açıq-aydın duyulur. Realist təsvirə meyl edən şairlərimizdən olan Vidadinin bəzi əsərləri rus dili ilə yanaşı, digər dillərə tərcümə olunub.
Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Molla Vəli Vidadinin əsərləri kütləvi tirajla çap edilib. Azərbaycanda bir çox mədəni-maarif müəssisəsinə, küçəyə Vidadinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında Molla Vəli Vidadi əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

