Özbək şeirində Puşkinlə Yesenin “davası”
29.04.2023 [11:20]
Kənan Hacı
Onunla ötən ilin oktyabrında Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Kitab Sərgisində qarşılaşdıq. Bundan əvvəl özbək şairi, dostum Rəhmət Babacan mənim bir neçə şeirimi özbəkcəyə tərcümə edib onun baş redaktoru olduğu “Kitab dünyası” qəzetində çap etdirmişdi. Qiyabi tanış idik. Həmin gün isə Bakıda qonaq idi, biz doğma insanlar kimi görüşdük. Bəşəriyyətə Əlişir Nəvai kimi söz ustadı bəxş etmiş özbək xalqının poeziyasını XXI əsrdə zərif çiyinlərində yaşadanlar sırasında onun məxsusi yeri var. Xasiyyət Rüstəm özbək şeirinin öncüllərindəndir. Azərbaycanda onun iki şeirlər kitabı nəşr edilib - “Qorxunc” və “Leyli ağaclar”.
Xasiyyət Rüstəm Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında böyük əmək sərf etmiş qələm adamlarındandır. Ədəbi əlaqələrin qüvvətlənməsində getdikcə daha böyük vüsət qazanan tərcümə ədəbiyyatının rolunu xüsusi qeyd etmək vacibdir. Xasiyyət xanımın rəhbərlik etdiyi “Kitab dünyası” qəzetində mütəmadi olaraq Azərbaycan şair və yazıçılarının əsərləri özbək dilində nəşr edilir. Onun sayəsində ədəbiyyatımızın yeni nəsil nümayəndələri Özbəkistanda kifayət qədər tanınır. Xalqlarımızın və ədəbiyyatlarımızın dərin tarixi köklərə malik olan dostluğu, əməkdaşlığı bu gün də yeni ədəbi nəsillər tərəfindən davam etdirilir.
Vaxtilə Özbəkistanda Azərbaycanı təmsil edən Maqsud Şeyxzadə iki qardaş ölkə arasında mənəvi körpü yaratmışdı. Mərhum xalq şairimiz Qabil onun haqqında yazdığı yazıda “Özbəkistanda başına and içiləsi kişi” ifadəsini işlətmişdi. Biz özbək şeirindən bəhs edərkən ötən əsrdə yazıb-yaratmış Qafur Qulamı, Abdulla Aripovu, Rauf Pərvini və digər söz ustadlarını da xatırlayırıq. Xasiyyət Rüstəm də həmin çeşmədən su içib.
Bu qısa tanışlıqdan sonra Xasiyyət Rüstəmin poetik dünyasına keçid etmək istəyirəm.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Bakıda nəşr edilən “Leyli ağaclar” kitabı şairin poetik yaradıcılığını demək olar ki, küll halında oxucuya təqdim edir. Özbək şeirinin milli-ədəbi qaynaqlarının gurşad çeşməsi başında hamıdan əvvəl Şərq intibahının ən uca zirvələrində qərar tutmuş Əlişir Nəvaini görürük. “Mənə ölüm yoxdur, nə qədər ki, var türk dili, türk şeiri - əvəzsiz əşar” deyən söz zadəganı. Təbii, Nəvaidən üzübəri özbək şeiri böyük inkişaf yolu keçib, müxtəlif təmayüllər, forma və məzmun dəyişimləri özbək şeirinə yeni paradiqmalar qazandırıb. Xasiyyət Rüstəm də özbək şeirinə yeni poetik əhval-ruhiyyə gətirən imzalardandır. Onun poeziyasında rus şeirinin gümüş dövrü şairlərindən Anna Axmatova, Marina Svetayeva rüzgarı dolaşır. Hadisələrin öncə daxili gözəlliyini və ya ruhunu ürəkdən duyub sonra sadə sözlərlə ifadə etmək bu poeziyaya xas olan xüsusiyyətdir.
Ayağım torpağa batdı,
Başımız torpağa yaxın!
İşim də qalmamış, baxın,
Həyat məni atdı keçdi...
Günahkar dedilər, yenə
Uymadım nifrətə, kinə.
Kimlərsə yazdı könlünə,
Kimlərsə unutdu keçdi...
Bir qadın qəlbinin intəhasız nisgili bu şeirdə zərif bir tülə bürünür. Onun minimalist esselərində Marina Svetayevaya olan sevgisi, rəğbəti ən məhrəm duyğularla ifadə olunub: “Ayna qarşısında bəzənərkən nədənsə gülümsədiyimi görüb çaşırdım. Bəzən aynadan Marina Svetayeva çıxıb gəlirdi”.
Marina Svetayevanın acı taleyi məni həmişə kədərləndirib. Xasiyyət Rüstəmin şeirlərini oxuyarkən içimə qəribə bir təsəlli hopur; yaxşı ki, eyni poetik toxumdan boy atmış digər bir qadın şairimiz onun poetik nəfəsindən qidalansa da taleyinə (əlbəttə, şəxsi taledən söhbət gedir) şərik çıxmadı. Nə yaxşı!..
Özbək şairəsini Svetayeva cazibəsində saxlayan nüanslar haqda danışası olsaq, bu yazının həcmi kifayət qədər böyüyəcək. Bu, başqa bir araşdırmanın predmetidir. Amma nədənsə özbək poeziyasında üzə çıxan gümüş dövrün izləri mənə həm də o dövrə mənsub olan üç şairin - Pasternakın, Rilkenin və Svetayevanın - bir-birinə yazdıqları məktubları xatırlatdı. Poeziyanın sanki göyə çəkildiyi XX əsrin 20-ci illərində bu üç şairin məktublaşması nəticəsində rus şeiri sanki küllərindən yenidən doğuldu. Svetayevanın Rilkeyə məktublarındakı heyranlıq Xasiyyət Rüstəmin Marinaya sevgisində də duyulur. Bu hissi bənzərlik onun poetik rənglər palitrasında xüsusilə sezilməkdədir.
Poeziya mütəmadi olaraq yenilənən prosesdir və öz yaradıcısından daim genişlik, novatorluq tələb edir. Ağac hər yaz yarpaqlarını yenilədiyi kimi poeziyanın da qabıq dəyişmə prosesi nəsillər bir-birini əvəz etdikcə davam edir. İstənilən şairin ədəbi əcdadı olur, əks halda onun poeziyası bünövrəsiz olardı. Köksüz və ənənəsiz şeir heç vəchlə öz varlığını qoruyub saxlaya bilməz. Xasiyyət Rüstəm özündən əvvəlkiləri oxuyub, lakin onları zərrəcə təkrarlamadan poeziya gülüstanında təzətər çiçəklər bitirməyi bacarıb, öz yolunu, öz dəst-xəttini yaradıb. O, klassik özbək poeziyasının ruhuna və ədəbi, metrik kanonlarına sadiq qalmaqla XXI əsr insanının hiss və duyğularını şeirə gətirir.
Deyirsən dəliyəm, - qoy olsun, neynək,
Mənə ləzzət verir çəkdiyim əmək;
Yuxudan oyadıb Kavabatanı
Puşkinin evinə göndərəm gərək.
Hələ bu nədir ki, var daha nələr...
İstəsən, bir soruş Axmatovadan.
Boris Posternakla olan görüşlər...
Gəzirik sən işdə olduğun zaman.
Bəlkə qar yağınca itirər izi,
Bəlkə də dünyanı edər xəbərdar.
Ancaq Marinayla sən... - ikinizin
Sirli baxışında özgə nəsə var.
Lirik məkanda sayrışan mənəvi impulslar oxucunun da qəlbində həyəcanlı duyğular oyadır. Yapon yazıçısı Yasunari Kavabatanı gecənin bir aləmində şirin yuxudan oyadıb Puşkinin evinə yollamaq poetik dəlisovluq deyil, bəs nədir?! Lirik “mən” Marina Svetayeva ilə üz-üzə gəlir və bu sirli baxışlardan poeziya yaranır. Müxtəlif dövrlərdə yaşamış iki qadın şair arasındakı ruhi bağlılıq bu məzmunda təcəlla edir.
Xasiyyət Rüstəm də ədəbi sələfi kimi öz mübhəm, sirli dünyasının dərinlikliklərinə baş vurub ələgəlməz hiss və duyğuları poetik şəkildə ifadə edir. Onun qısa, yığcam esseləri də poetik yüklüdür. Dzen fəlsəfəsinə görə, əsl yaradıcı qüvvə təbiətin özüdür. Şair isə insanla təbiət arasında mediumdur. Gerçək şairin alnında daha gözəl bir dünyanın nuru var.
“Sən hər hansı bir şəhərin deyil, mənə hər hansı bir ağacın adını söyləməliydin. Mən uçaraq gələrdim, uçaraq!”
Bu sətirlər özündə çoxmənalı yük daşıyan yapon haykularını, minimalist şeiri xatırladır. Hayku kimi də qəbul etmək olar bu prozaik ifadəni, frazanı. Minimalist şeirin Şərq dünyaduyumuna təbii uyarlıqla bütün canlı və cansızların birləşdiyi, əlaqədə olduğu, bir hissəsini insan təşkil edən aləmə üz tutması məhz insanla təbiət arasındakı pozulmaz ittifaqın bariz nümunəsidir. Minimalist şeirin bünövrə daşı olan təkmisranın, monoşeirin yaranma tarixi antik dövrə aiddir. Monoşeir ümumən şeirin küll halında bir hadisə, müxtəlif izmlərin, konsepsiyaların yoxlanıldığı məhək daşı rolunu oynayır. Xasiyyət Rüstəmin “Gündəliklər”inə səpələnmiş bu adda-budda fikirlər məhz poetik ovqatın məhsuludur.
Bu “ədəbi ibadətxana”da (ifadə Xasiyyət Rüstəmə məxsusdur) rus şeirinin həmişəcavan poeziya zadəganları Puşkinlə Yesenini üz-üzə dayanmış görürük. Onlar sanki dalaşmağa hazırdırlar, aralarında isə sülh göyərçini var. Bu, müəllifin özüdür. Bu relikviyalarda Pasternak da ara-sıra gözə dəyir, Axmatovanın da zərif kölgəsi sezilir. Müəllifin Tanrıya ünvanladığı suallar bəşərlə Yaradan arasındakı münasibətlər qədər qədimdir. Bitkin poetik fikirdən qopmuş bu fraqmentasiyalar şairin zərif ruhunun əsintiləridir.
Mən tanınmış özbək şairi Xasiyyət Rüstəmin “Leyli ağaclar” kitabını təravətli hislərin müşayiəti ilə oxudum. Həzin bir qüssə də gördüm, çılğın eşqin həyəcanlarına da şahid oldum, tənhalığın xəfif nisgilini də duydum. Poetik “mən” kitabda fantom kimi dolaşır və oxucunu öz təsiri altında saxlayır.
Xasiyyət Rüstəm poeziyası ilə tanışlıq Azərbaycan oxucusuna bir az doğma, bir az ekzotik hisslər yaşadacaq. “Leyli ağaclar”ın Azərbaycana səyahəti uğurlu olsun!
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

