Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qaranlıq fələyin hökmü altında

Qaranlıq fələyin hökmü altında

14.10.2023 [12:20]

Frans Kafkanın “Məhkəmə”  romanı haqqında

Bu romanı dilimizə  orijinaldan çevirmiş böyük Vilayət Hacıyevin əziz xatirəsinə

Otuz yaşının tamam olduğu gün səhər tezdən bank işçisi YozefK.-nın yataq otağına qara paltarlı bir cüt naməlum şəxs dürtülübona həbsinə qərar verildiyini elan eləyir. K. əvvəlcə bunu işyoldaşlarının onun doğum günü münasibətilə qurduğu tamaşa, oyun sanır. Ancaq söhbət uzandıqca məsələnin ciddi olduğunusezir. Gələnlərdən biri onun səhər yeməyini iştahayla həzmi-rabedən keçirir, bununla da qəhrəmanın alışdığı yaşayışrejiminin pozulması prosesi başlanır.

Yozef K. iri bir bankın aparıcı əməkdaşlarındandır. O, çoxişgüzar adamdır, bütün gücünü, diqqətini karyerasına yönəldib, şəxsi həyata olduqca az vaxt ayırır. Subaydır, elə bir dost-aşnasıda yoxdur, ancaq kolleqaları, tabeliyindəki işçilər ona böyükhörmətlə yanaşırlar. Yeganə əyləncəsi pivə içmək, bir də ofisiantişləyən rəfiqəsiylə həftədə bir dəfə görüşməkdir.

Çağırılmamış qonaqlar deyirlər ki, yaxın zamanda ona istintaqıngedişiylə bağlı ətraflı məlumat veriləcək. Yozef çaşqınvəziyyətdədir, nədə suçlandığını anlaya bilmir. Məhkəməelçiləri ona sayğı göstərsələr də, suallarına aydın cavabvermirlər. Müfəttiş deyir ki, həbsi onun gündəlik həyatına təsirgöstərməyəcək, o yenə əvvəlki kimi işinə-gücünə gedib gələbilər. Tutduğu mənzilin sahibəsi Yozefə təskinlik verir, onunzənnincə, K.-nın həbsi nəsə dərin məna, yaxud da hansısa elmiməzmun daşıyır.

Aradan bir neçə gün keçsə də, Yozefin həyatında dəyişiklik başvermir, o, həbsdə olduğunu yavaş-yavaş unutmağa başlayır. Eləbu vaxt ona zəng vurub istintaq işinə dair dinləmənin qarşıdakıbazar günü keçiriləcəyini deyirlər. Yoxsul məhəllədəki birbinanın çardağı məhkəmə salonu yerinə istifadə olunur. Zal eynigeyimli, eyni görkəmli qaraqabaq adamlarla doludur. Yozef K. söz alıb özünə bəraət qazandırmağa çalışır, ancaq kütlə onaqulaq asmaq istəmir.

Müttəhim bütün ağırlığı öz çiyninə götürüb dolaşıq kələfiaçmağa, işin mahiyyətinə varmağa, müdafiəsini təşkil eləməyəçalışır. Yozefə deyirlər ki, onun işinə adi məhkəmə yox, aliməhkəmə baxacaq, di gəl, bunun nə demək olduğunu kimsəanlatmır. Müttəhim ona qarşı irəli sürülən ittihamın məntiqiniheç cür tuta bilmir, bu da getdikcə onu ruhdan salır.

Yozefin başına gələni eşidən əmisi onu yaşlı, təcrübəli, həm dəxəstə vəkilin yanına aparır. Vəkil işi uzun-uzadı araşdırıbmaterial toplasa da, proses heç cür irəliləmir. Bir tanışı Yozefəməhkəmə rəssamına üz tutmağı məsləhət görür, deyilənə görə, onun qanun keşikçilərinə təsir göstərmək imkanı var. Rəssamonu başa salır ki, Yozefin ittihamdan yayınmaq, tam azadlığaçıxmaq şansı yoxdur, ancaq məhkəmə prosesini təxirəsaldırmaq, yaxud uzatmaq olar.

Proses uzandıqca Yozef K.-nın xarakterində qəribə əlamətlər üzəçıxmağa başlayır. O, çəkingən, qaraqabaq adama çevrilir, işyoldaşlarından gen dolanır, müştərilərdən qorxur, bu səbəbdənişləri əməlli-başlı axsayır. Türmə keşişi ilə təsadüfi görüşüzamanı bəlli olur ki, ruhani işdən tam halıdır. Keşiş Yozefinvəziyyətinin ağır, çıxılmaz olduğunu ondan gizlətmir, onu başverənlərin labüdlüyünü qəbul eləməyə çağırır.

Üstündən bir il keçir, qara paltarlı kişilər yenə Yozefin ardıncagəlib onu şəhər kənarındakı xarabalığa aparırlar. Adamlardanbiri qoltuğundan uzun bir bıçaq çıxarıb onu Yozef K.-nınürəyinə sancır. Ölüm ayağında Yozef düşünür ki, yəqin özünüyaxşı müdafiə eləyə bilməyib, hansısa boşluqlara yer qoyub. Bununla belə müttəhim nədə ittiham olunduğunu, onu hansıməhkəmənin suçladığını, edamına kimin hökm verdiyini yenəanlamır, canını tapşırmamışdan öz aqibəti haqqında yalnız buifadəni beynindən keçirməyə macal tapır: “İti öldürən kimi”.

***

Kafka dünyanın ən müəmmalı, ən qapalı yazıçılarından biri, bəlkə də birincisidir. Onun bütün yaradıcılığı-romanları, novellaları, pritçaları, məktubları, söhbətləri bir amansızkonsepsiyanın başına fırlanır: dünya fani, fələk zalım, vəziyyətçıxılmaz, insan çarəsizdir. Bunca qədim həqiqəti yeni söz, yenifikir kimi dilə gətirmək yazıçıdan çox böyük hünər, böyükistedad istəyir.

Modernist yazıçıların çoxundan fərqli olaraq Kafka ateist deyil. Onun ?llahı var, ancaq bu ?llah, məsələn, Kafkanın çox sevdiyi, hamıdan uca tutduğu Hötenin ?anrısı kimi xilaskar ?llah deyil, əzici, qəddar, yaratdıqlarının başından basıb canına vəlvələsalan, müttəhim bəşəriyyətə ölüm hökmü kəsən hakim ?llahdır. Kafkanın ?llahı insanı daim suç duyğusunun basqısı altındasaxlayır, hər kəsi günahına izlədib ölümünə vurdurur. Ona görədə mən bu fövqəlbəşər gücün tanrı yox, Şərq-müsəlmanpoeziyasının təbiriylə fələk adlandırılmasının tərəfdarıyam.

Fələk elə əzazil bir qüvvədir ki, onun administrasiyası biryarpağı, bir qarışqanı, bir quşu belə hökmündən qıraqdaqoymur. Onun çarxı qarşısına çıxan hər şeyi rəhimsizcə əzibkeçir, bütün verdiyi canları qocalda-qocalda, çürüdə-çürüdə, qova-qova mənzil başına çatdırıb yenidən geri alır. Onunöhdəsindən yalnız Tanrı gələ bilər, ancaq Kafka belə bir ?anrınınvarlığına inanmır. Kafkanın ?llahı şeytandan əsla seçilmir.

***

Yüz ildir ədəbiyyat xiridarları arasında aparılan bir mübahisəhələ də çözümünü tapmayıb: Frans Kafkanın “Qəsr”də, “Məhkəmə”də təsvir elədiyi bədheybət, qorxunc qüvvə yerüstühakimiyyətinmi alleqorik obrazıdır, ya səmaviadministrasiyanınmı?

Əlbəttə, kimsə bu mübhəm mexanizmin hər an insanın başınaenən ağır çəkicini milyonların taleyinə saraylardan, qəsrlərdənsərəncam verən kralların, imperatorların yumruğu kimi, başımızın üstündə, çardağımızın altında gecə-gündüz ömrümüzəhökm oxuyan məhkəmələrin işini iki dünya müharibəsinindəhşətlərini qabaqcadan görən bir qərib yəhudinin ictimai-siyasiöncəgörməsi kimi qələmə versə, onu qətiyyən qınamaq olmaz. Bununla belə mən əminəm ki, Kafkanın qəsri də, məhkəməsi dəkainatdakı bütün zərrələri dayanmadan qabağına qatıb qovan, planetləri, ulduzları, qalaktikaları mütləq qaranlıqda gecə-gündüz çoban kimi otaran, lazım gələndə qurban verən amansızkosmik gücün rəmzidir.

***

Frans Kafka ona gələcək günlər adından təsəlli verməyə çalışandostuna əlini vərəmli sinəsinə qoyub belə demişdi: “Gələcək baxburdadır”. Dostu ondan elə düşündüyü halda nədən müalicəalmağa getdiyini soruşanda yazıçı cavab vermişdi: “Edamaməhkum olunmuş hər bir məhbus çalışır ki, hökmün icrasınımümkün qədər yubatsın”.

Kafkanın alter-eqosu olan Yozef K. da öləcəyinə inandığı andanedam hökmünün altına girmiş sayılır. Ona deyirlər ki, həbsinəqərar verildiyinə baxmayaraq hələlik həmişəki kimi sərbəstyaşaya, hökmün icrasına qədər gündəlik işləriylə məşğul olabilər. Müəllifin nəyə işarə vurduğu aşkardır: hər bir insanöləcəyini bilə-bilə heç vaxt ölməyəcəkmiş kimi ömür sürür, həyatdan qənimət götürməyə, dünyadan kam almağa çalışır.

Az sonra Yozef məhbus, məhkum olduğunu unudur, özünü yenəəvvəlkitək azad sanır. Doğrudan da, insan əgər öləcəyiniunutmasa, günü ah-vayla keçər. Fəqət tezliklə ona məhkəməqarşısına çıxmalı olduğunu xatırladırlar. Həqiqətən də, hər birdoğma, tanış insanın ölümüylə fələk bizə aqibətimizi, sonumuzudönə-dönə xatırladır. Qəbiristanlıqdan qayıdandan sonra isəyaddaşımız yenidən dumanlanır.

F.Uğurlu

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30