Məbəddən emalatxanaya
16.02.2024 [11:18]
Uilyam Folknerin “Ayı” povesti haqqında
Povestdə meşə, təbiət həyatın baş qəhrəmanı kimi təqdim olunur. İnsanlara elə gəlir meşə onların mülküdür, onu istədikləri kimi alıb-sata bilərlər, ancaq əslində insan təbiətin yox, təbiət insanın yiyəsidir. Meşə anasına güllə atan hər kəsi analıqdan məhrum eləyir. Ovçu gərək, Vaqif Səmədoğlu demiş, ayının gözüylə də özünə baxmağı bacarsın. Şübhəsiz, meşə ayıdan baxanda özünü daha yaxşı görür, quşların səsi, qarışqaların səssizliyi ana təbiəti insan ağlından daha dəqiq, daha sərrast ifadə eləyir. Ovçu meşənin insan üzünə çoxdan bağlanmış harmoniyasına yol tapmağa çalışır, ancaq təbiətə tuşladığı hər güllə onu qoynuna dalmaq istədiyi panteistik cənnətdən, özünü təbiətdə əritmək zövqündən bir addım da uzaqlaşdırır. Saf təbiətin simvolu ayını öldürəndən sonra sivilizasiya meşəyə hücum çəkir, yeniyetmə qəhrəmanın bir zaman ov ovlamaq üçün hüzuruna yeridiyi, xeyir-duasını aldığı meşəni onun gözü baxa-baxa doğrayırlar, canlı ağaclar cansız materiala çevrilir.
“Günəşin qatilliyi” yazısından
Aristokrat ailəsindən çıxsa da, Folkner, ali təhsil bir yana qalsın, düz-əməlli orta təhsil də almamışdı. Əvəzində özü özünə yaxşıca dərs vermişdi, antik müəlliflərdən, qədim dini mətnlərdən tutmuş yaşıdlarına qədər hamıdan, hər şeydən xəbəri vardı, hərçənd mütaliəli olduğunu danmaqdan, özünü dünyadan xəbərsiz sadə kəndli kimi aparmaqdan gizli bir zövq alırdı.
1949-cu ildə Nobel mükafatına layiq görüləndə əlli iki yaşlı Uilyam Folkneri ABŞ-da, demək olar, tanımırdılar, adını unutduğum bir tədqiqatçının Amerikanın cənub ştatlarında yazıb-yaradan müəlliflər, ortaya qoyulmuş ədəbi nümunələrlə bağlı kitabında onun adı belə çəkilməmişdi. Halbuki Avropada onun başına and içirdilər, Jan-Pol Sartr onu “söz tanrısı” adlandırmışdı, Alber Kamü onun “Rahibə üçün rekviyem” əsərini səhnələşdirmişdi. Bir sözlə, Folknerin şöhrəti öz vətəninə yalnız sivil dünyanı dolaşandan sonra yetişmişdi.
Bu şöhrəti yazıçı asan qazanmamışdı. Otuz yaşına çatanacan yazdığı iki romanla hələ özünü, öz yolunu tapa bilməmişdi. O illərdə yaşca ondan böyük dostu, arabir görüşüb söhbətləşdiyi yazıçı Şervud Anderson Folknerə dəyərli məsləhətlər verirdi. Belə məsləhətlərdən biri də bu idi ki, tanıdığı insanlardan, bələd olduğu həyatdan yazsın, savaş səhnələri yaratmaq, Nyu-York bogemasının işinə qarışmaq onluq deyil. Bundan sonra Folkner öz evinə qayıtdı, kiçik vətəninin timsalında ustadı Balzak sayağı xəyali bir ölkə yaratdı. Ölkəsinin adını Yoknapatofa qoydu - bir hindu qəbiləsinin dilində bu, “düzənlik boyu sakit axan çay” deməkdir.
Onun ölkəsinin ağdərili, qaradərili, qırmızıdərili əhalisinin cəmi sayı təxminən on beş min nəfərdir. Folkner onların hamısına eyni şəfqətlə, mərhəmətlə, bəzən də qəzəblə - eynən təsəvvüründəki Allahın öz yaratdıqlarına baxdığı kimi baxır. Hətta Yoknapatofanın xəritəsini də çəkmişdi. Heç kimə sirr deyil ki, qaradərili əhalinin çoxluq təşkil elədiyi bu cənub əyalətinin prototipi müəllifin öz dədə-baba yurdudur.
***
Bu səbəbdən onun əsərlərini şimal-cənub münaqişəsi kontekstində izah eləməyə çalışanlar çox olub. Vətəndaş müharibəsinə qədər Amerikanın cənubu quldarlığın, feodalizmin, aristokratizmin, mühafizəkarlığın, şimalı isə kapitalizmin, burjuaziyanın, texnoloji tərəqqinin, praqmatizmin rəmzi sayılırdı. Bunlar arasında mübarizə də köhnəliklə yeniliyin, durğunluqla inkişafın savaşı kimi qələmə verilirdi. Folknerin əsərlərinə də bu savaş kontekstində baxmaq tendensiyası vardı, elə indi də var. Belə baxış Folkner yaradıcılığına yanaşmanın ən asan, ən bayağı, həm də ən səmərəsiz üsuludur. Onun mənəvi boyunu bu arşınla ölçmək olmaz.
Eynən sələfi Balzakı da sosial orqanizmin tədqiqatçısı, ictimai münaqişələr salnaməçisi kimi təqdim eləyənlər çox olub. Bunu deyənlər Folknerlə Steynbekin, Heminqueylə Fisceraldın fərqini bilməyənlərdir. Yazıçı özü də əsərlərinə vulqar sosioloji baxışın tərəfdarı deyildi. “Emili üçün qızılgül” adlı məşhur hekayəsinin Amerikanın cənubuyla şimalı arasındakı barışmaz münaqişənin rəmzi kimi qələmə alındığını iddia eləyən tənqidçilərə o, belə cavab vermişdi: “Heç kim havadan asılı deyil, hər kəs öz keçmişinə söykənir, hamı həm keçmi¬şinin, həm də gələcəyinin məhsuludur. Cənubla şimal arasındakı mübarizə, heç şübhəsiz, mənim bunu hara qədər dərk eləməyimdən asılı olmayaraq mənəvi irsimin, qazandığım təcrübənin mühüm bir hissəsidir. Yazıçı içində olduğu mühitdən, adamlardan danışır, bildiklərini söyləyir. Əgər kişinin şimalı, onu öldürən qadının isə cənubu təmsil eləməsində rəmzi məna varsa, mən burada belə yanaşmanın, belə simvolikanın olmadığını deyə bilmərəm. Amma bu, müəllifin şüurlu cəhdi deyil. Yazıçı öz qarşısına belə bir məqsəd qoymamalıdır ki, bax, mən indi xarakterlərdən birinin şimalı, o birinin isə cənubu təmsil eləyəcəyi bir hekayə yazmaq istəyirəm. Buradakı münaqişə daha çox şimalla cənub arasında yox, bəlkə də Allahla Şeytan arasında gedən bir münaqişədir...”
Gerçəkdən də, əsərdəki sosial fon başqadır, müəllifin sosial problemlərin həllinə girişməsi bir başqa. Diqqətli oxucu sezməmiş deyil ki, mən bu silsilədən olan yazılarımda hələlik sosial təfəkkür, ictimai düşüncə yiyəsi olan şair-yazıçı-filosofların yaradıcılığına baş vurmağa cəhd göstərməmişəm. Belə müəlliflər həm sayca çoxdur, həm də onların əsərləri daha çatımlıdır. Mənim indiyəcən haqqında danışdığım müəlliflərin hamısı ya poetik, ya da mistik təfəkkür sahibləridir.
Folknerin yaradıcılığında da sosial mənzərə yalnız fon rolunu oynayır; başqa sözlə, onun yaratdığı, məsələn, zənci, ya hindu obrazları Amerikada qaradərili, yaxud qırmızıdərili əhalinin problemlərinin həllinə (tutalım, Biçer-Stounun “Tom dayının koması” romanında, Fenimor Kuperin silsilə romanlarında olduğu kimi) diqqət çəkmək, onların siyasi azadlığına töhfə vermək məqsədi güdmür (hərçənd Folknerin əsərlərindən də o cür humanist nəticələri dolayısıyla çıxarmaq olar), insan acılarının, travmalarının, qorxularının psixoloji, bundan da ötə psixoanalitik mənzərəsini yaratmaq niyyətinə xidmət göstərir.
Bir sözlə, Yoknapatofa Amerikanın yox, bütövlükdə dünyanın, onun əhalisi də ABŞ xalqının yox, cəmi bəşərin simvoludur. Folknerin Balzakdan əxz elədiyi bu üsuldan (şəbəkə üsulu - personajların müxtəlif əsərlərdə əsas, yaxud da epizodik rollarda zühur eləməsi) sonralar Selincer, Markes kimi böyük yazıçılar da yararlanacaqdılar.
***
“Ayı” povestini də dediyim cür bayağı üsullarla izah eləməyə cəhdlər göstərilib. Guya Folkner təbiət-cəmiyyət qarşıdurmasında tərəf tutur, guya yazıçı sivilizasiyaya, tərəqqiyə qarşıdır, təbiətin, Bazarov demiş, məbəddən emalatxanaya çevrilməsiylə heç cür barışmır. Folkner özü bu məsələyə münasibət bildirəndə demişdi ki, bunlar havayı söhbətlərdir, tərəqqiyə qarşı çıxmağın nə mənası, nə də faydası var, tərəqqi dayanarsa, dünya məhv olar. Bununla da, əslində, əsərinin bu yönümdə yozulmasına etirazını bildirmişdi.
Folknerin “Ayı”dan on il sonra yazılmış “Qoca və dəniz” povesti haqqında dediklərini eynilə onun öz əsərinə də aid eləmək olar. Folkner deyirdi ki, Heminquey özünün şah əsərində, nəhayət, Allahı tapıb, buna qədər onun qəhrəmanları vakuumda, çəkisizlikdə dolaşırdılar; Allah balığı da, qocanı da, akulaları da eyni dərəcədə sevir, onların hamısına eyni dərəcədə acıyır. O da “Ayı” povestində meşəyə, meşə sakinlərinə, insanlara özünün tapındığı, inandığı Allahın gözüylə baxmağa çalışıb. Ayı heyvanları, insanlar ayını ovlayırlar. Hər biri də özlüyündə haqlıdır. Başqa sözlə, insanın təbiətdə ona əlahiddə status verməli olan xüsusi üstünlükləri yoxdur, yəni insan məxluqatın əşrəfi, kainatın mərkəzi-filan deyil, yer üzündə belə bir mərkəz ümumiyyətlə yoxdur.
Folknerin allahı panteistik tanrıdır. Təbiətə qovuşmağa, meşələrdə azmağa, torpağa qarışmağa bütün varlığıyla can atan “oksfordlu zahid”in panteizm duyğusu bu əsərdə özünün ən dərin ifadəsini tapıb. Panteistik allahın olmağıyla olmamağının elə bir fərqi yoxdur, ancaq hər halda ümid verməsi baxımından olmağı olmamağından azca üstündür. Belə tanrı yaratdıqlarının ağrılarına, əzablarına biganədir, onların səsini, yalvarışlarını eşitməz. Onu qəddar fələkdən, demək olar, heç nə ayırmır.
Folknerin yeniyetmə qəhrəmanı meşəni özünə vətən bilir, öz cənnətinə baş vurub heyvanlarla, quşlarla, ağaclarla arasından sərhədi götürmək istəyir. O düşünür ki, meşə heç kimin şəxsi mülkü ola bilməz, o hamınındır, onu alıb-satmaq olmaz. Xüsusi ayinlərdən sonra təbiətin qapı-pəncərəsi, darvazaları gəncin üzünə açılır, meşə onu övladlığa götürür, ancaq günün birində sivilizasiyanın rəhmsiz maşınları o darvazaları əzib keçib ana təbiətin sərhədlərini də, qaydalarını da pozur. Meşə məbəddən, ana qoynundan emalatxanaya, fabrikə çevrilir, meşə sakinləri sığınacaqsız, müdafiəsiz qalırlar...
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

