Qadın ədəbi qəhrəmanlar psixologiyada
03.04.2024 [11:20]
Ədəbiyyat və psixologiya... Bir-birinə bunca yaxın, bunca uzaq olan iki mühüm elm... İkisi də insanı öyrənən ədəbiyyat və psixologiya, əslində, bir-birinə o qədər yaxındırlar ki, istənilən zaman bir-birinə təsir edə, biri o birinin predmetinə çevrilə bilir. Baxmayaraq ki, ədəbiyyat insanın ruhuna, duyğu və düşüncələrinə təsir edən sənət növü, psixologiya isə onun psixoloji vəziyyətini öyrənən elmdir.
Məhz bu təsirin nəticəsidir ki, psixologiyada məşhur ədəbi qəhrəmanların adlarını daşıyan, xüsusiyyətlərini əks etdirən bir sıra pozğunluqlar, sindromlar var. Bu psixoloji sindromlar illər boyunca psixoloqlar tərəfindən öyrənilib, əlaqələndirilib. Əlbəttə, incəsənətdə bu araşdırma, öyrənmə prosesindən yan keçməyib. Bu psixoloji pozuntular zaman-zaman ədəbiyyatın, kinonun, teatrın mövzusuna da çevrilib.
Psixoloji sindromlar arasında məşhur qadın ədəbi qəhrəmanların adını daşıyan, onların özəlliklərini əks etdirən sindromlar da var ki, bəziləri cəmiyyətdə çox yayılsa da, bəzilərinə çox nadir rast gəlinir. Onlardan bəzilərini sizə təqdim edirik:
Alisa möcüzələr diyarında sindromu
Qeyri-adi və nadir xəstəliklərdən biri olan “Alisa möcüzələr diyarında” sindromunun adı Lewis Carroll tərəfindən 1865-ci ildə yazılmış nağıldan götürülüb. Sindromdan əziyyət çəkən insanların qavrama ilə bağlı ciddi problemləri olur: onlar ətrafdakı əşyaları və insanları inanılmaz dərəcədə kiçik və ya qorxulu dərəcədə böyük görürlər. Onlar ətrafdakı predmetlərin dəqiq və real ölçüsünü təyin etməkdə çətinlik çəkirlər. Sindromun əsas formaları makropsiya və mikropsiyadır.
Adətən bu xəstəlik 5-13 yaşlı uşaqlar arasında rast gəlinsə də, bəzi hallarda böyüklərdə də müşahidə edilir. Qaydalara əsasən, sözügedən bu sindrom müvəqqəti və epizodik olmaqla, qəfil peyda olaraq yoxa çıxa bilər. Lakin tibb təcrübəsində bir şəxsin uzun illər bu sindromdan əziyyət çəkməsi faktı da qeydə alınıb.
Alimlər bu sindromun yaranmasına səbəb olaraq miqren, şizofreniya, mononukleoz, epilepsiya və baş beyinin şişini göstərirlər.
Bu sindromun özəllikləri 1981-ci ildə çəkilmiş “Alisa möcüzələr ölkəsində” filmində göstərilib.
Yatmış Gözəl sindromu
“Yatmış gözəl” sindromu sinir sistemi ilə bağlı olan və həftələrlə davam edən həddindən artıq yuxululuq ilə xarakterizə olunan nadir nevroloji xəstəliklərdən biridir. Xəstəlik ilk dəfə 1786-cı ildə fransalı həkim Edme Pyer Şavo de Boşen tərəfindən aşkar edilib. Daha sonra isə bu xəstəliyi və onun yaranma səbəblərini 1925-ci ildə psixiatr Villi Kleyne araşdırmağa başlayıb. Bu səbəbdən xəstəliyin ikinci adı “Sindrom Kleyne”dir.
Bu xəstəlikdən hər 1 milyon insandan 2 və ya 3 nəfər əziyyət çəkir. Əsasən yeniyetməlik dövründə yaranan xəstəlik 25-30 il sonra keçir. Lakin bu sindrom və onun çarəsi hələ ki tam araşdırılmayıb.
“Yatmış gözəl” sindromundan əziyyət çəkən insanlar sutka ərzində 15-20 saatadək yatırlar. Oyananda isə iştahaları qabarır, çox əsəbi və emosional olurlar. Onların, həmçinin, hallyusinasiya gördükləri və şizofren olduqları qeyd olunur. İki həftədən bir ayadək davam edə bilən bu xəstəlik ildə 1-3 dəfə təkrarlanır.
Sindrom 1958-ci ildə işıq üzü görmüş “Yatmış Gözəl” filmində təsvir edilib.
Rapunzel sindromu
Bu sindromdan əziyyət çəkənlər uzun saçlarını yeyirlər. Belə bir psixoloji problemin ortaya çıxmasına əsas səbəbləri olaraq qayğı, stress, depressiya və sair göstərilir. Bu xəstəlik insanın fiziki və zehni sağlamlığına ciddi təsir göstərə bilir.
Rapunzel sindromundan əziyyət çəkən insanlar özləri də bilmədən saçlarını yeyə, qoparda və uda bilirlər. Bu da onun mədə və bağırsaq sistemində problemlərə gətirib çıxarır. Bəzi hallarda isə lap ağırlaşmalara səbəb olur. Bu cür insanlarda qismən saç itirmək, mədə bulantısı və qusma, qəbizlik və ya ishal, kilo itirmək, yaxud kökəlmək, ağızdan pis qoxunun gəlməsi, dəridə müəyyən yaraların ortaya çıxması kimi hallar müşahidə olunur.
Rapunzel sindromuna genetik və digər faktorların təsir etdiyi qeyd olunur. Yəni ailədə bu sindromdan əziyyət çəkən insan varsa, digərlərində də ortaya çıxmaq riski yüksəkdir. Saç yemək xəstəliyi kişilərdən daha çox qadınlarda rast gəlinir. Araşdırmalara görə, ən çox uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır.
Bu psixoloji pozuntu 2010-cu ildə işıq üzü görmüş “Rapunzel. Qarışıq hekayə” filmində təsvir edilib.
Madam Bovari sindromu
Psixologiyada “Bovarizm sindromu” deyə adlandırılan bu psixoloji pozuqluq adını fransız yazıçısı Qustav Floberin 1857-ci ildə qələmə aldığı “Madam Bovari” romanından götürüb. Bu termini ilk dəfə istifadə edən isə fransız filosof Julias de Qaultierdir. O, 1892-ci ildən etibarən psixologiyada öz yerini tutan bu termin insanın əslində olmaq istədiyi yerdə özünü görə bilməməsi, çata bilmədiyi şeylər (ehtiras, sevgi, həzz) haqqında müxtəlif xəyallar qurması deməkdir. İnsan çata bilmədiyi arzular səbəbiylə özünü məngənədə sıxılmış və çarəsiz hiss edir. Bu sindroma tutulmuş insanlar həyatlarını dəyişdirəcək, onları rutin və problemlərdən xilas edəcək mükəmməl insanın gələcəyi fikri ilə yaşayırlar. Yaşadığı iztirablara görə daim məyus olan insanın bütün bu du]yğuları Floberin əsərində təsvir etdiyi Madam Bovari xarakteri ilə səsləşir.
Flober dövründə çox böyük reaksiyalara səbəb olmuş əsəri “Madam Bovari” haqqında danışarkən deyir ki, mən bunu təkcə günümüzün gənc fransız qızları üçün deyil, bütöv bir insanlıq üçün yazıram. Bununla da müəllif qələmə aldığı əsərin anlaşılma və qəbul olunma dövrünün hələ çox uzun olacağını öncədən işarə edir. Və görünən odur ki, olduqca haqlı imiş.
Sindrom 2014-cü ildə çəkilmiş “Madam Bovari” filmində əks olunub.
Zoluşka kompleksi
Bu kompleksin əsas problemi qadının şüuraltı olaraq müstəqillikdən qorxduğu bir vəziyyətdir. Zoluşka kompleksi ilk dəfə qadınların müstəqillik qorxusunu araşdıran kitabın müəllifi Colette Douling tərəfindən aşkarlanıb.
Zoluşka kompleksinə düçar olmuş insanlar passiv şəkildə emosional və mənəvi bağlılıq axtarırlar. Daim buludlarda gəzir, böyük fantaziyalarla həyatını qurmağa çalışırlar. Əslində, cəsarətsiz, qəlbən tez inciyən, olduqca kövrək olurlar. Real həyat onlar üçün darıxdırıcı, boz görünür. Qlamur tərzə üstünlük verir, son model olsa da onu geyinməyə çalışırlar. Onlar düşünürlər ki, əgər bir gün həyatlarının şahzadəsi ilə qarşılaşarlarsa o zaman ən yüksək tərzdə görünməlidirlər. Ən acı hal isə belə insan ilə qarşılaşdıqları zaman bəyənilməmək kompleksi yaşayırlar və bunun üçün heç bir ciddi addım atmırlar.
Kompleksin özəllikləri 1947-ci ildə geniş auditoriyaya təqdim edilmiş “Zoluşka” filmində əks olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

