Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir

24.09.2025 [22:19]

Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Müraciətlər oktyabrın 10-dək qəbul edilir.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması və məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28