Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Bilik körpüsünün qurucuları!

Bilik körpüsünün qurucuları!

04.10.2025 [11:16]

Müəllim varsa, ümid var...

Müəllim olmaq sadəcə bir peşə deyil, eyni zamanda bir missiyadır. İnsan formalaşdırmaq, düşüncə yaratmaq, şəxsiyyət yetişdirmək missiyası. Müəllim həm bilik verir, həm tərbiyə edir, həm də ruh verir. O, məktəb divarları arasında, sanki görünməyən bir cəbhədə gələcəyin vətəndaşını hazırlayır. Bu, hər kəsin bacaracağı iş deyil. Çünki müəllimlik həm də fədakarlıq tələb edən sənətdir.

Cəmiyyətin bütün sahələrində uğur qazanan insanların arxasında müəllim dayanır. Unutmayaq ki, yaxşı həkimi də, ədalətli hakimi də, vətənpərvər zabiti də yetişdirən bir zamanlar məktəbdə dərs demiş müəllim olub.

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində xüsusi diqqət ayrılır. Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər verib. “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ümummilli Lider bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul edib. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi. Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən Ulu Öndər deyib: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”.

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, işğaldan azad olunmuş bölgələrimizi də əhatə edir.

Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni məktəblər, müasir təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.

Müəllimlərə dəyər vermək yalnız bir gün ilə məhdudlaşmamalıdır. Cəmiyyət olaraq gələcəyimizi düşünürüksə, müəllimə qayğını daimi etməliyik. Bu gün məktəbdə şagirdin gözlərinə sevgi ilə baxan, səhvini düzəltmək üçün izah verən, bəzən valideynlərdən daha artıq övladına qayğı göstərən müəllim varsa, demək, ümid var. O ümidin adına isə gələcək deyilir...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Oktyabr 11:43  

Sosial

YAP xəbərləri

MEDİA

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Dahi şəxsiyyət

03 Oktyabr 20:56

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İdman

8 qızıl ...

03 Oktyabr 13:07

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31