/ / Strateji Araşdırmalar Mərkəzinin dövri nəşri olan “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsi çapdan çıxıb
Strateji Araşdırmalar Mərkəzinin dövri nəşri olan “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsi çapdan çıxıb
01.02.2014 [09:10]
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsi işıq üzü görüb.
SAM-dan AzərTAc-a bildiriblər ki, redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevin olduğu “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsinin Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki ilə başlayan “Milli inkişafın strateji prioritetləri” başlıqlı bölməsində müasir dövrün səciyyəvi xüsusiyyətləri, xüsusən də qloballaşmanın ölkələr arasındakı münasibətlərə köklü düzəlişlər etməsi, Azərbaycanın beynəlxalq və regional münasibətlər sistemində aparıcı dövlətə çevrilməsi, siyasi modernləşmə proseslərinə yeni metodoloji - xronopolitoloji baxış, Azərbaycanın gender siyasəti kimi mövzular ətraflı təhlil edilib. Bu bölmədə: AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Bəxtiyar Əliyevin “Siyasətin tükənən romantikası (sosial-psixoloji yanaşma)”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun “Siyasi modernləşmə proseslərinə xronopolitoloji baxış - yeni analitik metod kimi”, filologiya üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Sahibə Qafarovanın “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gender siyasəti yüksək nəticələr verməkdədir” sərlövhəli məqalələri yer alıb.
Jurnalın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” başlıqlı ikinci bölməsində Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları, ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi arxasında həyata keçirdikləri gizli planlar, onların “yer üzünün ilk xristian etnosu və dövləti”, “xristianlığın ilk şəhid milləti” kimi ortaya atdıqları iddialar və tarixi reallıqların saxtalaşdırılmasına yol açan cəhdləri, Azərbaycanın və Türkiyənin “erməni məsələsi” ilə bağlı beynəlxalq münasibətlər sistemində qarşılaşdıqları problemlər, Qərb və türk sivilizasiyalarının və geosiyasi maraqların toqquşması və s. bu kimi aspektlər nəzərdən keçirilib. Bu bölmədə Emin Şıxəliyevin “Ermənilərin “din” strategiyasının əsas istiqamətləri” sərlövhəli məqaləsi öz əksini tapıb.
“Qlobal və milli iqtisadi sistemlərin aktual məsələləri” adlanan üçüncü bölmədə Vüsal Qasımlının “İqtisadi modernizasiyanın nəzəri-metodoloji əsasları”, Ceyhun Abbasovun “Azərbaycanın regional iqtisadi mövqeyinin xərclər-buraxılış modeli vasitəsilə təhlili”, Zaur Vəliyevin “Dövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi”, Mahir Hümbətov və Xanım Əkbərovanın “Azərbaycanda lizinq bazarı” sərlövhəli məqalələrində müvafiq mövzular araşdırılıb.
“Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” başlıqlı dördüncü bölmədə Fətəli Abdullayevin “Beynəlxalq miqrasiyanın geosiyasi aspektləri”, Elçin Mehdinin “Avropa İttifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri”, Aqil Əhmədovun “Azərbaycan-İsrail münasibətləri: reallıqlar və perspektivlər”, Azad Qəribovun “Mərkəzi Asiya-Çin münasibətləri: Çinin regionda yüksəlişi”, Elnarə Qəribovanın “Avropa İttifaqı üçüncü dövlətlərlə əlaqələrini necə qurur: assosiasiya sazişlərinin növləri, xüsusiyyətləri və hüquqi əsasları” sərlövhəli məqalələri əksini tapıb.
“Müasir hüquqi və sosial dövlət quruculuğu” başlıqlı bölmədə Leyla Əliyevanın “Avropa konstitusiyaları və dünyəvilik prinsipi”, Adil Vəliyevin “Cinayət məsuliyyətinin diferensiasiyasında cinayət hüququ prinsiplərinin yeri və rolu”, Lalə Səfərəlinin “Korporativ investisiyalarda məşğulluq və sosial yönümlülüyün hüquqi şərtləri”, Səadət Məmmədovanın “Qaçqınlar və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial siyasətinin prioritet istiqaməti kimi”, Nəcibə Mustafayevanın “Azərbaycanda hüquqi dövlət quruculuğunda qanunvericiliyin və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi”, Natiq Abdullayevin “Mediasiya: beynəlxalq və milli təcrübə” sərlövhəli məqalələrində qeyd olunan mövzular ətraflı araşdırılıb.
Jurnalın “Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar” başlıqlı bölməsində Məhərrəm Zülfüqarlının “Milli dəyərlər uğrunda mübarizənin tarixşünaslığı (1969 - 1982-ci illər)”, Rəfail Əhmədlinin “XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühit və siyasi hərəkat”, Ruhiyyə Məmmədovanın “Mədəniyyətlərin ənənə və müasirlik prizmasından təhlili” məqalələrinə yer verilib.
“KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi” başlıqlı bölmədə Ramil Vəlibəyovun “KİV-in və sosial şəbəkələrin kütləvi şüurun idarə edilməsində rolu” və Almaz Nəsibovanın “Sosial şəbəkələrin ənənəvi mediadan üstünlüyü və media təmsilçilərinin sosial şəbəkələrdəki fəaliyyətinin müsbət və mənfi tərəfləri” başlıqlı məqalələri verilib.
“Strateji Təhlil” jurnalının 7-8-ci nömrəsinin sonuncu - “Mövqe” başlıqlı bölməsində Rüfət Əzizovun “Kiçik və orta sənaye biznesində gənc menecerlərin rolu (“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunur)” məqaləsində müəllifin mövzuya dair yeni baxışı öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06

