/ / AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimatı olub
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimatı olub
21.06.2014 [11:12]
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimatı olub.
AzərTAc xəbər verir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, bu kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur. Azərbaycan dilinə tərcümə olunmuş sənədlərin orijinalları fars, ərəb və Osmanlı-türk dillərindədir. Şah İsmayıl, ümumiyyətlə, Səfəvilər mövzusunda son dövrlərdə qələmə alınmış araşdırmalarda həmin sənədlərin bəzilərinə istinadlar olsa da, onların şərhləri ilə birgə tam mətnlərinin tərcüməsi ilk dəfədir ki, həyata keçirilir.
Vurğulanıb ki, Şah İsmayıl Xətai Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Hakimiyyətdə olduğu illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə mübarizə aparan Şah İsmayıl Xətainin xidmətləri milli tariximizin müxtəlif dönəmlərində həmişə bir örnək olaraq qalıb və qalacaq.
Yeni kitabın Şah İsmayıl Xətainin dövlət və millət qarşısındakı xidmətlərinin öyrənilməsi baxımından əvəzsiz bir mənbə olduğunu söyləyən İsa Həbibbəyli deyib ki, bu əsərdə tarixin unudulmaz mərhələsi olan o dövrün hadisələrinə yeni bir prizmadan yanaşılıb. Kitabda Şah İsmayılın xarici siyasətinin əsas məqamlarını özündə əks etdirən bir çox dövlət başçıları ilə yazışmaları üzə çıxarılaraq işıq üzü görüb. Bu, həm də Şah İsmayıl Xətainin bir dövlət xadimi kimi dövrün hadisələrinə olan münasibətinin obyektiv dəyərləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı, “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır. Akademik R.Mehdiyevin dərin məzmunlu, sistemli, obyektiv elmi məqaləsində Şah İsmayılla bağlı bütün zamanlarda insanları düşündürən bir çox vacib suallara tutarlı, aydın cavablar verilir. R.Mehdiyevin istinad etdiyi əsas mənbə isə ilk dəfə bu kitab vasitəsilə elmi dövriyyəyə daxil edilən Səfəvi - Osmanlı və digər ölkələrlə olan yazışmalardır. Kitabda ilk dəfə olaraq ümumilikdə 53 tarixi-diplomatik sənəd toplanıb ki, onların 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu məktubdur. Bu sənədlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin təşəbbüsü ilə dünyanın müxtəlif arxivlərindən toplanaraq ölkəmizə gətirilib. Bu kitabda sənədlərin həm orijinal mətni, həm də tərcümələri verilib. Həmin sənədlər Səfəvi-Osmanlı münasibətlərini, o dövrdəki beynəlxalq münasibətləri, Şah İsmayıl Xətainin diplomatiya sahəsindəki mövqeyini çox aydın şəkildə təsəvvür etməyə imkan yaradır. Bu mənada akademik Ramiz Mehdiyevin dərin məzmunlu məqaləsi Şah İsmayıl Xətainin diplomatik fəaliyyəti haqqında çox sanballı tədqiqat işidir.
Bu kitabın ərsəyə gəlməsi üçün AMEA-nın Şərqşünaslıq İnstitutundan, Bakı Slavyan Universitetindən və AzərTAc-dan təcrübəli mütəxəssislər cəlb edilib və nəticədə mükəmməl, olduqca orijinal bir əsərin hazırlanmasına müvəffəq olunub.
İ.Həbibbəyli vurğulayıb ki, kitabda müstəqil Azərbaycan dövlətinin tarixi ənənələrinin obyektiv qiymətləndirilməsi konsepsiyası ortaya qoyulub. Bu, müstəqil bir ölkənin özünün tarixi keçmişini obyektiv öyrənmək zərurətindən qaynaqlanıb. Bu, milli dövlətçilikdə varislik ənənəsinin elmi şəkildə öyrənilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Kitabda əksini tapan dövlətçilik konsepsiyanın müasir dövrümüzdə memarı isə xalqımızın Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevdir. Bu konsepsiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə, obyektiv şəkildə, qətiyyətlə həyata keçirilir.
Dövlətin həyata keçirdiyi, Ulu öndərimizin ideyalarından doğan və Prezident İlham Əliyevin uğrunda mübarizə apardığı bu konsepsiyanı tarixi və elmi cəhətdən, məzmunca dolğun bir formada işləmək isə bizim elm adamlarının üzərinə düşür. Məhz akademik Ramiz Mehdiyev dövləti və elmi təmsil edən görkəmli alim və ictimai xadim kimi bu sahədəki mövcud boşluğu aradan qaldırıb, böyük bir kollektivi işə cəlb edərək dəyərli bir kitab ortaya qoyub.
Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu ilə çap edilmiş “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının Azərbaycanın ictimai və humanitar elmlərinə sanballı töhfə olduğunu deyən AMEA-nın vitse-prezidenti vurğulayıb ki, bu əsər tariximizin mühüm bir mərhələsi olan Səfəvilər dövrünün öyrənilməsi baxımından əvəzsiz mənbədir.
Tədbirdə kitabın elmi məsləhətçisi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “Tarixi-diplomatik irs və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.
Alim vurğulayıb ki, akademik Ramiz Mehdiyevin topluya yazdığı dərin məzmunlu şərh-məqalə Səfəvilər dövlətinin fəaliyyətinin hərtərəfli araşdırılaraq fundamental şəkildə tədqiqi üçün yeni perspektivlər açır. Məqalədə haqlı olaraq göstərilir ki, tariximizin öyrənilməsi, eyni zamanda tanıdılması ilə bağlı vacib məsələlər sırasında Azərbaycan Səfəvilər dövləti, onun zəngin irsi xüsusi yer tutur. Azərbaycanın tarixi torpaqlarını ilk dəfə vahid mərkəzdə birləşdirməyə nail olmuş səfəvilərin istər dövlətçiliyimizin, istərsə də mədəniyyətimizin inkişafındakı rolu həqiqətən çox əhəmiyyətlidir. Zaman-zaman zəifləməsinə baxmayaraq, 200 ildən artıq bir dövrdə nəinki Qafqazın, eləcə də bütün Yaxın Şərqin siyasi həyatında həlledici söz sahiblərindən biri olmuş Səfəvilər dövlətinin qoyub getdiyi tarixi irsin ölkəmizdə mükəmməl şəkildə öyrənildiyini demək çətindir. Toplu ilə tanış olarkən bu qənaətə gəlirsən. Səfəvi dövlətinin bir çox qaranlıq cəhətlərinə, Sultan Səlimlə Şah İsmayıl Xətai münasibətlərinə, Türkiyə sultanlığı ilə Azərbaycan Səfəvi dövləti arasındakı münaqişələrə yol açan məsələlərə bu kitabda verilmiş sənədlər tam aydınlıq gətirir.
Görülmüş işi yüksək qiymətləndirən V.Məmmədəliyev deyib ki, bu nəşr Azərbaycan tarixşünaslığının, xüsusilə Səfəvi dövlətinin tədqiqatı üçün böyük bir təkandır. Çünki burada çox qiymətli faktlar vardır ki, onları təhlil etmədən səfəvilər hakimiyyətinin milli mədəniyyətimiz, Azərbaycan dövlətçiliyi üçün gördüyü işləri dəyərləndirmək olmaz. Səfəvilər dövlətinin tarixinin araşdırılmasında həm obyektiv tədqiqatlar, həm də onu farslaşdırmaq, Azərbaycan tarixindən ayırmaq kimi cəhdlər də olmuşdur. Bu kitab onlara tutarlı cavab vermək baxımından çox qiymətlidir.
Təqdimat mərasimində kitabdakı tarixi arayışların müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Vurğulanıb ki, bu yeni nəşr Azərbaycan dövlətçiliyinin tarixində ilk mərkəzləşmiş dövlətin əsasını qoymuş Şah İsmayıl Səfəvinin diplomatik və siyasi fəaliyyətinə həsr olunub. Bu kitab Səfəvilər dövlətinin tarixinin öyrənilməsi və bu sahədəki boşluğun doldurulması baxımından olduqca əhəmiyyətlidir.
E.Əmirov bildirib ki, akademik Ramiz Mehdiyevin tövsiyəsi, dəstəyi ilə çox qısa zamanda belə dəyərli bir kitabın işıq üzü görməsi hörmətli filosof alimimizin Azərbaycan tarixinə sonsuz sevgisinin nəticəsidir. Prezident Administrasiyasının rəsmisi kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvi Tofiq Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və başqaları çıxış edərək böyük zəhmət və sonsuz vətənpərvərlik hissi ilə hazırlanmış “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının Azərbaycan tarixinin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu vurğulayıblar.
Qeyd edilib ki, bu kitab tarixin bir çox qaranlıq mətləblərinə işıq salıb və hər zaman elm adamlarını düşündürən məqamlara aydınlıq gətirib.
Alimlər bu sanballı kitabın hazırlanmasına təşəbbüs göstərdiyinə və qısa zamanda bu işi reallaşdırdığına görə kitabın elmi redaktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə minnətdarlıqlarını bildiriblər.
Vurğulanıb ki, “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunmuş 400 səhifəlik bu nəfis tərtibatlı kitab geniş oxucu marağına səbəb olacaq və Azərbaycan tarixşünaslığında I Şah İsmayıl mövzusu ətrafında illərdən bəri hökm sürən ciddi problemlərdən bir çoxunun həllinə aydınlıq gətirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20

