Azərbaycan neft sənayesinin inkişafı baxımından dünyanın aparıcı ölkələrindəndir
27.09.2014 [10:33]
BANM-da təhsil almağa üstünlük verən Prezident təqaüdçüləri peşəkar kadr kimi bu sahədə çalışmaq istəyirlər
Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsildə də genişmiqyaslı islahatlar həyata keçirilir. Bunun nəticəsi olaraq son illər təhsil sistemində ciddi uğurlar əldə edilir. Avropa təhsil sisteminə inteqrasiya edən təhsilimizin bütün pillələrində nəzərəçarpacaq inkişaf özünü göstərir.
Bu inkişafı şərtləndirən cəhətlərdən biri də ali məktəblərə marağın artması və bu yöndə böyük rəqabətin mövcudluğudur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları zamanı abituriyentlərin yüksək bal toplamaları buna sübutdur. Son illər qəbul imtahanlarında maksimal və buna yaxın bal toplayan gənclərin sayının artması ciddi uğurlardan xəbər verir. Onu da qeyd edək ki, Azərbaycan dövləti hər zaman yüksək biliyə malik və bacarıqlı gəncləri dəyərləndirir, onlara qayğı göstərir. Buna parlaq nümunə kimi Azərbaycanın dövlət başçısı tərəfindən ali məktəblərə qəbul imtahanı zamanı ən yüksək bal toplamış gənclərə Prezident təqaüdünün verilməsini göstərmək olar. Xatırladaq ki, 3 sentyabr 2001-ci ildə Ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Bu Fərmana uyğun olaraq, hər il qəbul imtahanlarında yüksək nəticələr göstərmiş gənclərə dövlət başçısının Sərəncamı əsasında “Prezident təqaüdü” verilir.
Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev “2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident təqaüdü 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə veriləcək.
Bu məsələnin əhəmiyyətini nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti yeni layihəyə start verib. Bu layihə çərçivəsində 2014-2015-ci tədris ili üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclərlə görüşərək, onları oxucularımıza təqdim edirik.
Onu da qeyd edək ki, Prezident təqaüdçülərindən 17-si Bakı Ali Neft Məktəbinin (BANM) tələbələridir. Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd, Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən müasir tədris planları və texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə, sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərə yaranan ehtiyacın ödənilməsi, eyni zamanda, ARDNŞ-nin fəaliyyətinin Azərbaycanda və ölkənin hüdudlarından kənarda genişlənməsi və onun beynəlxalq şirkətə çevrilməsi nəzərə alınaraq, müasir biliklərə yiyələnən və ingilis dilində təhsil alan mühəndis kadrların hazırlanmasıdır. Builki qəbul imtahanlarında ən yüksək - 700 bal toplayanlardan biri, Bakıdakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun Nazim oğlu İbrahimov da Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib. Ağdamın Ağdamkənd kəndindən məcburi köçkün ailəsinin üzvü olan Eltun daim dərslərinə məsuliyyətlə yanaşıb, ciddi hazırlaşıb və maksimal nəticəyə nail olub. “Azərbaycan nefti ilə dünyada məşhurdur. Bu sahə sürətlə inkişaf edir. Bu ixtisası seçməklə mən də mühəndis kimi fəaliyyət göstərmək istəyirəm. İnanıram ki, gələcəkdə yüksək ixtisaslı kadr kimi öz biliklərimi bu sahədə tətbiq edə biləcəm” - deyə, Prezident təqaüdçüsü vurğulayıb.
Elmir Adil oğlu Əbilov isə Sumqayıt şəhərində dünyaya gəlib, bu şəhərdə fəaliyyət göstərən Texniki və təbiət elmləri liseyinin məzunu olub. Builki qəbul imtahanlarında 695 bal toplayan Elmir BANM-in Neft-qaz mühəndisliyi ixtisasını seçib və bu ixtisas üzrə təhsil alır. “Bu ali məktəbi seçməyimin ciddi səbəbləri var. Bilirsiniz ki, Azərbaycanda neft və qaz sənayesi sürətlə inkişaf edir. Bu günlərdə 20 illik yubileyini qeyd etdiyimiz “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın hərtərəfli inkişafının kökündə dayanır. Mən də bu ixtisası seçməklə istəyirəm ki, yaxşı mühəndis olum. Neft sənayesində öz gücümü sınamaq istəyirəm. Digər tərəfdən, Ali Neft Məktəbinin yüksək standartlara uyğun təhsil verməsi bizi bu sahəyə daha da həvəsləndirir” - deyə, E.Əbilov qeyd edib.
Digər Prezident təqaüdçüsü İsmayıl İbrahim oğlu Əkbərov isə Bakının Gənc istedadlar liseyinin məzunu olub. Liseydə yaxşı oxuması ilə fərqlənən İsmayıl bir sıra uğurlu nəticələr göstərib. Belə ki, o, bəzi bilik yarışlarında iştirak edib, riyaziyyat fənni üzrə respublika olimpiadasının 3-cüsü, “Sabahın alimləri” layihəsinin fəal iştirakçısı olub. Qəbul imtahanlarında 685 bal toplayan İ.Əkbərov BANM-da Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alır: “BANM-da dərslər ingilis dilində keçirilir. Bu ali məktəb Avropa standartları səviyyəsində qurulub ki, bu da bütün gənclərin diqqətini cəlb edib. Ölkəmizin neft və qaz ixracatçısı kimi dünyada aparıcı yerlərdən birini tutduğunu nəzərə alsaq, bu sahənin perspektivinə görə, məhz bu ali məktəbi seçmişəm”.
BANM-in Neft-qaz mühəndisliyi ixtisasını seçən digər Prezident təqaüdçüsü Ayaz Araz oğlu Şərifov isə Ucar rayonunun Qazqumlaq kəndində dünyaya gəlib. Uşaqlıq illərində ailəsi Bakı şəhərinə köçüb və o, paytaxtın Binəqədi rayonunda yerləşən 3 saylı tam orta məktəbdə təhsil alıb. Qəbul imtahanlarında 687 bal toplayan Ayaz BANM-da aldığı təhsili ölkəmizin inkişafı üçün sərf edəcəyini deyib. Qeyd edək ki, Ayazın qardaşı İbrahim də ötən il yüksək bal- 690 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Hazırda hər iki qardaş BANM-da təhsil alırlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

