ADİU-nun İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub
28.10.2014 [09:45]
Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak ediblər. Qonaqlar əvvəlcə İBİ-nin ofisində yaradılmış şəraitlə tanış olublar. ADİU-da İBİ üçün zəruri avadanlıqlarla təchiz edilmiş 4 ofisdə yaradılan şərait qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sektorunda ciddi islahatlar davam etməkdədir. Həmin strategiyada tələbələrin biznes biliklərinə və bacarıqlarına mükəmməl yiyələnməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib və tədbirlər planında öz əksini tapıb. ADİU-da innovasiyayönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir.
Qeyd olunub ki, 15 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə ADİU arasında İnnovativ Biznes-İnkubator yaradılması barədə müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, 15 iyul-1 dekabr tarixlərində İnnovativ Biznes-İnkubatorun fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İnnovativ Biznes-İnkubatorun internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startap artıq fəaliyyətə başlayıb.
Səriştəli kadrların hazırlanması baxımından inkubatorla yanaşı, növbəti layihə Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaradılmasına başladılan “Virtual müəssisə” layihəsidir. Bu “Virtual müəssisə” imkan verəcək ki, tələbələr virtual məkanda praktiki biliklərini formalaşdırsınlar və təkmilləşdirsinlər. Bununla əlaqədar dünyada ildən-ilə biznes-inkubatorun təkcə onun ərazisində yerləşən şirkətlərə deyil, həm də digərlərinə təklif etdiyi xidmətlərin sayı artır. Geniş müştəri dairəsinə xidmətlərin göstərilməsi biznes-inkubatorun səmərəliliyinin artması və maliyyə stabilliyinə xidmət edir.
Universitetdə Biznes Mərkəzi, Elm və İnnovasiyalar Mərkəzi yaradılıb ki, bunlar da Təhsil Nazirliyinin yeni konsepsiyasına uyğun olaraq ADİU-da tədris-elm-biznes üçbucağının formalaşmasına müsbət təsir göstərəcək. Rektor sonda ADİU-da yüksək keyfiyyətli, əmək bazarının tələblərinə cavab verən şəxsiyyət və səriştəyönümlü kadr hazırlığının təmin edilməsi üçün bütün gücü səfərbər edəcəklərini qeyd edib.
Sonra təhsil naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfə ADİU-da yaradılmış İnnovativ Biznes-İnkubator haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin ADİU-da yaradılması təsadüfi deyil: “Çünki bura gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İnnovativ Biznes-İnkubator tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssisələrində təhsil alan tələbələr də yararlanacaqlar”.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorun gələcək perspektivlərindən danışıb: “İnnovativ Biznes-İnkubator əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq. Ali təhsil müəssisələrində belə layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda, bu layihə gənclərin sahibkarlıq fəaliyyətlərinin önə çıxmasına kömək edəcək. “Gənclər siyasəti haqqında” Qanunda gənclərin işlə təmin olunması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə dair ayrıca bənd ayrılıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu və həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəncliyin hərtərəfli inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir”.
Sonra ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov çıxış edərək layihənin məqsəd və vəzifələri haqda qonaqlara ətraflı məlumat verib. Bildirib ki, İnnovativ Biznes-İnkubator “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına müvafiq yaradılıb. İnnovativ Binzes-İnkubator əsasən startaplar, Təlim Mərkəzi, biznes klinik və kovorkinq istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı icra etmək, ADİU-nun professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.
Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb” veb dizayn studiyasının təqdimatı olub.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

