/ / ADA Kitabxanasında S.Frederik Starın “İtirilmiş maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü” kitabının təqdimatı keçirilib
ADA Kitabxanasında S.Frederik Starın “İtirilmiş maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü” kitabının təqdimatı keçirilib
23.06.2018 [09:29]
İyunun 22-də ADA Universitetinin Kitabxanasında tanınmış amerikalı tarixçi, Amerika Xarici Siyasət Şurası nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru S.Frederik Starın Azərbaycan dilinə tərcümə edilmiş “İtirilmiş maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü ərəb istilasından Teymurləngədək” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, ictimai-siyasi, elm, mədəniyyət xadimlərinin, ziyalıların iştirak etdikləri tədbirdə kitabın “Ön söz”ünün müəllifi, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və S.Frederik Star çıxış ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev deyib ki, tanınmış amerikalı tarixçi Frederik Star müvafiq tarixə aid təfərrüatların ümumdünya sivilizasiyasına verdiyi töhfəni fərqli yanaşmada təqdim edir. Müəllif İslam mədəniyyətinin yaranması, inkişafı və Qərb intibahına təsirində türkdilli və farsdilli xalqların müstəsna xidmətlərinin köklərini araşdırır, avropalıların qeyri-ərəb əsilli İbn Sina, Tusi, Nizami Gəncəvi, Rumi, Ömər Xəyyam və digər tarixi xadimlərin irsindən bəhrələndiyini göstərir.
S.Frederik Star son illər bu kitaba marağın artdığını bildirib. Qeyd edib ki, kitab hazırda 23 dilə, o cümlədən Orta Asiya xalqlarının dillərinə, türk, fars, uyğur və digər dillərə tərcümə edilməkdədir. Kitabın Tehranda fars dilində təqdimatı gözlənilir. “Biz Orta Asiya deyəndə keçmiş Sovet İttifaqında olan ərazini deyil, daha geniş, mədəni cəhətdən vahid bir regionu - Orta Asiya regionunu nəzərdə tuturuq. Demək olar, belə bir termin, yəni böyük Orta Asiya, geniş Orta Asiya ifadələrini işlədə bilərik. Bu, daha çox mədəni məfhumdur, nəinki siyasi. Böyük Orta Asiyada Azərbaycanın yeri haradadır? Azərbaycan ərazisində yaşayan alimlər, mütəxəssislər, ziyalılar regionda fikir mübadiləsinə böyük töhfə veriblər. Məsələn, Nizami Gəncəvi Azərbaycandan kənara çıxmasa da, onun ideyaları, əsərləri Orta Asiya regionunda da geniş yayılıb. “Leyli və Məcnun” əsəri üçün Xəzər dənizi sərhəd ola bilməz. Yaxud Nəsirəddin Tusi müasir Azərbaycan ərazisində yaşamayıb, lakin onun tikdiyi rəsədxananın bənzərini Teymurləngin oğlu öz ölkəsində tikdirib. Əlbəttə ki, bu iki rəsədxana arasında fərqlər olub. Marağa rəsədxanasında 40 min kitabdan ibarət nəhəng kitabxana olub və bunu Nəsirəddin Tusi yaratmışdı. Oraya hər yerdən ziyarətçilər gəlirdilər. Deməli, mədəniyyətlər sərhəd tanımır”, - deyə S.Frederik Star vurğulayıb.
Müəllif çıxışında, həmçinin müasir Azərbaycan elminin taleyinin çox gözəl əllərdə olduğunu və ölkənin bundan sonra da çiçəklənəcəyini bildirib.
Tədbirin sonunda Hafiz Paşayev S.Frederik Stara ADA Universitetinin adından plaket təqdim edib.
Qeyd edək ki, kitabın tərcüməsi və nəşri ADA Universitetinin dəstəyi ilə həyata keçirilib. Əsəri ingilis dilindən universitetin professoru Nəriman Qasımoğlu tərcümə edib, redaktoru Fərda Əsədovdur. 2017-ci ildə “Qafqaz” nəşriyyat evi tərəfindən çap edilmiş fundamental elmi kitabda 15 fəsil və arxiv illüstrasiyaları yer alıb. “Ön söz”də bildirilir ki, bu elmi əsərdə “doğma əcdadlarımızın da vaxtilə mühüm və əvəzsiz rol oynadığı müsəlman Şərqi sivilizasiyasının tarixi araşdırılır. Müəllif bu tarixə aid təfərrüatların ümumdünya sivilizasiyasına verdiyi töhfəni Qərb tarixşünaslığında stereotipləşmiş mövqedən fərqli yanaşmada təqdim edir”.
Əsəri maraqlı edən başqa bir məqam da var: müəllif İslam mədəniyyətinin inkişafı və Qərb intibahına təsirində türkdilli və farsdilli xalqların müstəsna xidmətlərinin köklərini araşdırır, bu yöndə konkret faktlara söykənən maraqlı fikirlər irəli sürür. Məsələn, necə odlu ki, ərəblərin Mərkəzi Asiyaya yürüşlərinin doğurduğu yeni situasiyaya uyğunlaşaraq, getdikcə İslama yiyələnən türkdilli və farsdilli xalqlar qısa zamanda İslam mədəniyyətinin öncüllərinə çevrildilər. Müəllifin tədqiqatı bütün bunları maraqlı tarixi faktlarla izah edir.
Tarixdən məlum olduğu kimi, Avropa ölkələrinin ümumi inkişafı XVIII əsrdə maarifçilik hərəkatından başlanır. Bu hərəkatı şərtləndirən əsas amillər ondan ibarət idi ki, həmin ölkələrdə intellektual mühit çiçəklənmə dövrünə qədəm qoyur və hakim dini-doqmatik məfkurəni sorğulama məzmununda yeni fikir cərəyanları yaranırdı. Kitabı oxuduqca Avropa maarifçilik hərəkatının bizə məlum olmayan xüsusiyyətləri ilə müsəlman Şərqi coğrafiyası üçün maarifin əlamətləri arasında paralellər aparmalı olursan. Müəllif oxucularını tarixən davamlı inkişafa gətirib çıxarmayan, tənəzzülə uğrayan və bu səbəbdən “İtirilmiş maarif” adlandırdığı sivilizasiya faktının fərqli və zəngin xüsusiyyətləri üzərində düşünməyə sövq edir.
Xəbər lenti
Hamısına baxAnalitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35

