Azərbaycan və İranın universitetləri arasında əlaqələr daha da inkişaf edəcək
31.08.2018 [09:12]
Bakı Dövlət Universiteti ilə Təbriz Universiteti arasında “Əməkdaşlıq Haqqında Memorandum” imzalanıb
Avqustun 29-də Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə İranın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə İranın Elm və Tədqiqatlar Nazirliyinin nümayəndələri, parlamentin deputatları, Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliənnağı Hüseynov, Türkiyənin baş konsulu Çağlar Fəxri, Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak ediblər.
Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi çıxış edərək rəhbəri olduğu təhsil ocağının tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Qeyd olunub ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir. Universitetdə tarix, ədəbiyyat, fizika-riyaziyyat, kimya-biologiya, tibb, hüquq və başqa fakültələr fəaliyyət göstərir. Bu fakültələrdə hər il minlərlə peşəkar mütəxəssis hazırlanır. Təhsil müəssisəsinin məzunları öz bilik və bacarıqlarına əsaslanaraq ölkə həyatının bütün sahələrində təmsil olunurlar. Universitet İranın Şərqi Azərbaycan vilayətinin ictimai-siyasi və iqtisadi həyatında da önəmli rol oynayır.
Sonra İranın elm və tədqiqatlar nazirinin müavini, Təbriz şəhərinin imam-cüməsi, Şərqi Azərbaycan vilayətinin valisi və başqaları çıxış edərək Təbriz Universitetinin elmin inkişafına verdiyi töhfələrdən danışıb, bu təhsil mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər, o cümlədən təhsil sahəsində də inkişaf edir. BDU Təbriz Universiteti ilə yanaşı, Tehran Universiteti ilə də sıx əməkdaşlıq əlaqələri yaradıb. Birgə proqramlar və qrantlar üzrə qarşılıqlı əlaqələr davam etdirilir, eləcə də tələbə mübadiləsi həyata keçirilir. Bunlarla yanaşı, doktorantlara birgə elmi rəhbərlik edilir.
Hər bir universitetin yubileyi həm də onun hesabatıdır. Təbriz Universiteti də 70 illik fəaliyyətinin hesabatını bu gün verir və tarixə nəzər saldıqda böyük uğurların əldə edildiyinin şahidi oluruq.
Rektor diqqətə çatdırıb ki, yeni elmi layihələr həyata keçirilərək birgə tədqiqatlar aparılır. Nanotexnologiyalar, ekologiya, molekulyar biologiya və başqa sahələrdə birgə layihələr üzrə elmi tədqiqat işləri davam etdirilir. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan Abel Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb. Elm sahəsində əməkdaşlıq xalqlarımızın tərəqqisinin əsasını yaradaraq onun inkişafına stimul verir. Cəmiyyətin inkişafında və yeni nəslin yetişməsində universitetlər mühüm rol oynayırlar. Qarşılıqlı əlaqələrin daim irəliləməsi ali məktəblərdə tədrisin və təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Bu baxımdan Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrinin, o cümlədən İranın ali təhsil məktəbləri ilə əlaqələrini intensivləşdirmək və daha da inkişaf etdirmək niyyətindədir.
Rektor Təbriz Universitetinin professor-müəllim heyətinə işlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Təbriz Universitetinin 70 illik yubileyində Azərbaycandan iki akademikin iştirak etməsini hər iki dövlət arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq bu gün hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə, o cümlədən elm və təhsil sahəsində də inkişaf edir. Akademik İranın elmi mühitində Təbriz Universitetinin xüsusi yerinin olduğunu bildirib. Qeyd edib ki, uzun illər aparılan elmi tədqiqatların nəticəsidir ki, bu gün Təbriz Universitetinin müəllimlərinin məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur. Təbriz Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında yaradılan əlaqələrin tarixinə nəzər salan akademik İsa Həbibbəyli qeyd edib ki, bu əlaqələr universitetlərin futbol komandalarının oyunundan başlayıb. Bu gün isə hər iki universitet birgə elmi layihələr və tələbə mübadiləsi həyata keçirir. Tarixi ənənələrə malik olan Təbriz Universitetində yüksək səviyyəli kadrlar hazırlanır. Bu təhsil ocağı təsadüfən belə bir yüksək səviyyəyə çatmayıb. Universitetin inkişafında bir sıra alimlər, o cümlədən də Rza Purməhəmmədi əhəmiyyətli rol oynayıb. Ömrünün 20 ilini universitetə rəhbərlik etməkdə keçirən professor Rza Purməhəmmədi İranda savadlı və geniş dünyagörüşünə malik yeni nəslin yetişməsinə nail olub. Məhəmmədhüseyn Şəhriyarın, Şəms Təbrizin yubiley tədbirlərinin birgə keçirildiyini deyən İsa Həbibbəyli Azərbaycanın ali təhsil müəssisələri ilə Təbriz Universiteti arasında əməkdaşlığın davam edəcəyini bildirərək, ali məktəbin müəllim-professor heyətinə uğurlar arzulayıb.
Yubiley tədbiri çərçivəsində universitetlər arasında qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək üçün BDU rektoru akademik Abel Məhərrəmov və Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi “Əməkdaşlıq Haqqında Memorandum” imzalayıblar.
Sonra xatirə hədiyyələri təqdim olunub.
Tədbir Təbriz Simfonik Orkestrinin iştirakı ilə mədəni proqram ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17

