Aida İmanquliyeva - Azərbaycanda ilk şərqşünas professor
06.10.2018 [10:48]
“Azərbaycan qadını” dedikdə gözlərimizin önündə hansı obraz canlanır? Ev xanımı, gözəl ana və həyat yoldaşı? Bu stereotipi yox etmək üçün sizə Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı Aida İmanquliyeva haqqında danışacağam. Oktyabrın 10-da bu heyrətamiz taleyə malik qadının doğum günü Azərbaycanda növbəti dəfə qeyd olunacaq.
Bu fikirlər AZƏRTAC-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayevanın www.russia-on.ru internet saytında yerləşdirilmiş məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva Bakıda, görkəmli Azərbaycan jurnalisti, pedaqoqu, Əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya gəlib. Nəsir İmanquliyev XX əsrin ortalarında populyar olan “Bakı” və “Baku” axşam qəzetlərinin əsasını qoyub. İnternetin və müxtəlif xəbər telekanallarının olmadığı həmin illərdə bakılılar işdən sonra axşam saatlarında satışa çıxarılan “Bakı” qəzetini almaq üçün köşklərin qarşısında növbəyə dururdular. Yəqin ki, jurnalistika ilə bağlılığı olan bir çoxları bilirlər ki, ötən əsrdə gün ərzində baş verən aktual xəbərlərin toplandığı gündəlik qəzeti buraxmaq heç də asan deyildi. Nəsir İmanquliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində dərs də deyirdi. Orta nəsildən olan azərbaycanlı jurnalistlərin bir çoxu Nəsir müəllimin tələbələri olub.
Orta məktəbi qızıl medalla bitirən Aida xanım Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb bölməsinin ilk tələbələrindən biri idi. O, sonra təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda davam etdirib.
Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin üzvü, SSRİ-də Şərq ədəbiyyatının tədqiqatı üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü, Azərbaycanda və bütün Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas tədris kursunu yaradanlardan biri olub. O, üç monoqrafiyanın (“Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”), 70-dən çox elmi məqalənin müəllifi və Şərq ədəbiyyatı haqqında yazılmış bir çox məqalənin redaktoru olub. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.
Aida İmanquliyeva gözəl övlad, həyat yoldaşı və ana idi. Onun ömür-gün yoldaşı Arif Paşayev fizika sahəsində görkəmli alim və Milli Aviasiya Akademiyasının rektorudur. Ailədə iki qız övladı böyüyüb. Ailənin böyük qızı - Nərgiz Paşayeva da həyatını elmə həsr edib. O, akademik, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım milyonlarla insanın məhəbbətini qazanıb. O, xeyriyyəçiliklə çox məşğul olur, onu tez-tez insanların, xüsusən yardıma və qayğıya ehtiyacı olan uşaqların arasında görmək olar. Mehriban xanım Əliyeva “Rossiya 1” televiziya kanalına müsahibəsində jurnalistin “Sizin ağladığınız hallar olurmu?” sualına cavabında deyib: “Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam. Bu itki, yəqin ki, məni çox möhkəmlətdi”.
Təəssüf ki, Aida xanım həyatdan çox tez, 53 yaşına çatmadan köçdü. Zərif və şəfqət dolu qəlbi olan bu xanım-alim ətrafındakı insanların problemləri ilə maraqlanır, hamıya qayğı və nəvazişlə yanaşırdı. Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan çox gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, əsl aristokrat qadın idi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə elmi əsərlərində yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50

