/ / “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib
06.12.2019 [09:51]
Dekabrın 5-də Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi açıb.
Kamran İmanov tədbirin mövzusunun aktuallığını qeyd edib, seminarın Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemindəki islahatları ilə bağlı olduğunu, bir tərəfdən dövlət başçısının məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət (ƏM) sahəsində apardığı islahatların dəstəklənməsi məqsədini daşıdığını bildirib. O, müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb.
Qeyd edilib ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business - 2020” hesabatında islahatçı 20 ölkə sırasına daxil edilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi - 2019” hesabatında Azərbaycan “qanunvericiliyin effektivliyi”nə görə 13-cü, “hökumətin dəyişikliklərə olan reaksiyası”na görə 5-ci və “hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə” görə isə 10-cu yerləri tutur.
Agentliyin rəhbəri bu cür kardinal dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını bildirib. Belə ki, son “Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. “Rəqabətqabiliyyətlilik İndeksi”ndə 92-ci yerdən 2016-2017-ci illərdə 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz - Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.
O bildirib ki, məhkəmə-hüquq islahatları ilə bağlı qarşımızdakı vəzifələrin icrası yeni yanaşmalar tələb edir, məsuliyyətimizi artırır və mövcud olan imkanlarımızdan daha səmərəli istifadə etməyi tələb edir. Bu il oktyabrın 15-də Prezident İlham Əliyev keçirdiyi müşavirədə qeyd etmişdi ki, mövcud olan potensialdan, sahədəki ehtiyatlarımızdan daha səmərəli istifadə etməliyik.
Agentliyin rəhbəri məhkəmə sahəsində əqli mülkiyyətin qorunması və hüquqların müdafiəsi ilə bağlı bir neçə istifadə olunmayan ehtiyatlar üzərində dayanıb, xüsusi olaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi” bölməsini və burada təsbit edildiyi kimi, “Qanunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir” bəndini xatırladıb, piratçılıq və kontrafaksiyanın bazarın, rəqabətin qatı düşməni olduğunu diqqətə çatdırıb.
Giriş sözünün yekununda K.İmanov məhkəmələrdə ƏM sahəsinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasların statistikasından və mövcud olan problemlərdən söz açıb, işlər və adlar üzərində dayanmadan baxılan mülki işlərin təhlilinin bir neçə nəticəyə gəlmək imkanı verdiyini, özü də çatışmazlıqların ilk dəfə səsləndirilmədiyini, lakin təəssüflər olsun ki, problemlərin hələ də qaldığını qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov seminarın aktual mövzuya - əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı, ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsinə həsr olunduğunu söyləyib.
Gündüz Kərimov deyib: “Məhkəmə-hüquq islahatlarının vacib tərkib hissəsi olan ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, məhkəməyə müraciət hüquqlarının genişləndirilməsi, hüquq vasitələrinin təminatı, məhkəmə iştirakçılarının hüquqlarının genişləndirilməsi, qanunvericilik tərəfindən verilmiş hüquqlardan, o cümlədən sübutların təminatı, iddiaların təmin tədbirləri, ekspertiza keçirmək imkanları və digər vasitələr Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qeyd olunub. Əqli mülkiyyət dünyada ən qiymətli dəyərdir. Çünki bu, insanın əqli nəticəsində yaranmış mülkiyyətdir. Dünyada mübahisələr, o cümlədən xüsusi hüquqda mübahisələrin bir çoxu mülkiyyətlə bağlı olub. Onun bir hissəsi isə əqli mülkiyyətlə bağlı olub. İqtisadiyyatın inkişafının təminatı, innovasiyaların cəlb edilməsi, innovativ inkişaf, dördüncü sənaye inqilabı, rəqabətqabiliyyətlilik anlayışları məhkəmə-hüquq islahatlarının məqsədlərindən biridir. Ölkədə investisiyanın təşviqi sahibkarların hüquqlarının müdafiələrinin genişləndirilməsi təminatına və məhkəmə prosesinin ədalətinə yönəlib. İqtisadiyyatın artımı, xarici investisiyaların təşviqi üçün məhkəmədə hüquqların təminatı ən vacib vasitələrdən biridir. İnnovasiya, əqli mülkiyyət iqtisadiyyatın vacib və tərkib hissəsi olduğuna görə mütləq sahibkar öz əqli mülkiyyətinin pozulmaması vasitələrini bilməlidir. Həmçinin onlardan əmin olmalı və məhkəmə vasitəsilə pozulmanın qarşısının alınması və vurulmuş zərərin ödənilməsinin təmin edilməsinə əmin olmalıdır. Məhz bu məqsədlə də dövlət başçısının tapşırığı ilə ölkədə bu sahədə aparılan islahatlarda iki paralel məhkəmə vasitəsi sistemi - kommersiya və inzibati məhkəmələr yaradılıb. Həm kommersiya, həm də inzibati məhkəmələr əqli mülkiyyət işlərinə baxmaq mandatına malik olacaq. Ona görə bu məhkəmələrdə ixtisaslaşmış hakimlərin olması çox vacibdir. Ölkədə bütün sahələrdə, o cümlədən məhkəmə sahəsində davamlı islahatlar aparılır”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verəcək. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit edilən əqli mülkiyyət hüququnun ölkəmizdə təmin olunması məqsədilə həm qanunvericilikdə, həm də onların icrası istiqamətində mühüm işlər görülür. Əqli mülkiyyət hüququnun müdafiəsi, o cümlədən əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması, hüquq pozuntularının qarşısının alınması Ombudsman fəaliyyətində prioritet istiqamətdir. Çünki bu hüquqların pozulması əqli mülkiyyət sahiblərinin hüquqlarının pozulması ilə yanaşı, cəmiyyətin inkişafına da öz mənfi təsirini göstərir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının milli qanunvericiliyi özünün sistemli xarakteri ilə səciyyələnir. Ölkəmizdə əqli mülkiyyətin, yaradıcılıq məhsulunun konstitusional səviyyədə qorunması bu fikri bir daha təsdiqləyir. O qeyd edib ki, Azərbaycan bu sahədə mühüm beynəlxalq konvensiyaların iştirakçısıdır. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmaqla bu təşkilatın əsas əqli mülkiyyət tələblərini milli hüquqa geniş şəkildə tətbiq edir. Beynəlxalq və milli səviyyədə əqli mülkiyyət sahəsi üzrə qanunvericilik normalarının əhəmiyyətli hissəsi bu istiqamətdə elmi tədqiqatların dərinləşməsinə, eyni zamanda, təhsilin və tədrisin sistemləşdirilməsinə təsir edir. Əqli mülkiyyət hüququ sahəsində təlim və tədrisin təşkili, elmi-praktik araşdırmaların aparılması üzrə bu tip öhdəliklər həm dövlət orqanları, həm də vətəndaş cəmiyyəti qurumlarının üzərinə qoyulub.
Elçin Babayev vurğulayıb ki, Azərbaycanda əqli mülkiyyət sahəsində elmi-nəzəri bazanın işlənib hazırlanması müvafiq kadr hazırlığının həyata keçirilməsi üzrə uğurlu fəaliyyət göstərən təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti öz yeri ilə seçilir. Universitetin Hüquq fakültəsində əqli mülkiyyət hüququ üzrə tədris çoxşaxəli şəkildə təşkil edilib.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov bildirib ki, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar əqli mülkiyyət məhsulları cəmiyyətin bütün sahələrində tətbiq olunur. Bu gün süni intellektin tətbiqi geniş yayılıb. O qeyd edib ki, ölkəmizdə bir neçə ildir elektron məhkəmə, elektron icra fəaliyyət göstərir. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” müvafiq Fərmanında da göstərilir ki, bu sahədə də elektron informasiya sistemi tətbiq olunmalıdır. Cəmiyyət yeni inkişaf mərhələsinə qədəm qoyub. Hüquq sahəsində aparılan islahatlar, məhkəmə sistemində çalışan hakimlərin bilik səviyyəsi bu inkişafın tələblərinə cavab verməlidir.
Daha sonra Kamran İmanov əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı sahəsində ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında geniş məruzə ilə çıxış edib.
Seminarda Haaqa Məhkəməsinin baş hakimi Edqer Brinkmanın “Əqli Mülkiyyət mübahisələri üzrə ixtisaslaşmış məhkəmə orqanlarının yeni formaları”, ÜƏMT-nin nümayəndəsi Nahal Zebarcadinin “ÜƏMT-nin fəaliyyəti və ÜƏMT-nin məhkəmələrlə işinin təşkili ilə tanışlıq” və “Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət sahəsinə aid mübahisələr”, Apelyasiya Şurasının sədri Günel Sevdimalıyevanın “Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının və əlaqədar olan məhkəmə qərarlarının icmalı və beynəlxalq təcrübə”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri” mövzularında məruzələri dinlənilib.
Seminar işini dekabrın 6-da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

