AMEA Mərkəzi Elmi Kitabxanasına Mir Cəlal Paşayevin kitabları hədiyyə edilib
13.03.2021 [10:16]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva tərəfindən, XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin beşcildlik və görkəmli ədibə həsr olunmuş ikicildlik kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Elmi Kitabxanadan məlumat verilib. Bildirilib ki, beşcildliyə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan Mir Cəlalın yığcam janrlarda yazılmış əsərləri daxil edilib. Hekayə Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənib. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar - oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilib.
Digər orijinal tərtibatlı ikicildlik kitab Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilib. “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı birinci cilddə Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb. Kitabın ikinci cildi isə “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, şəxsi arxivindəki əlyazmaları və epistolyar irsi toplanıb.
Azərbaycanın elm dünyasının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin bütöv bir obrazını özündə ehtiva edən bu kitablar, MEK oxucularının böyük marağına səbəb olacaq və elmi tədqiqat işlərinin aparılmasında dəyərli mənbə kimi istifadə ediləcək.
Xəbər lenti
Hamısına baxElm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20

