“Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
11.08.2021 [09:34]
ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva qaliblərə təbriklərini çatdırıb. Qaliblərlə qürur duyduğunu xüsusi vurğulayan Fərəh Əliyeva, həmçinin qeyd edib ki, müasir və dünyəvi idarəçilik modelini əhatə edən “Yüksəliş” müsabiqəsi kimi əhəmiyyətli layihənin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə təşkil olunması kadr islahatlarının mühüm istiqamətlərindən biridir. Fərəh Əliyeva çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Yüksəliş” müsabiqəsinin qaliblərinə təbrik məktubunu bir daha xatırladıb. Vurğulayıb ki, birinci xanım Mehriban Əliyevanın da dediyi kimi, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib. Müsabiqənin Təşkilat Komitəsinin sədri qaliblərə gələcək karyera yolunda uğurlar arzulayıb, onların hər birinin dövlətçilik ənənələrinin inkişafında, Qarabağın yenidən qurulmasında və dirçəlişində töhfəsi olacağına inamını ifadə edib.
“Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizin peşəkar və ixtisaslı kadrlarının müsabiqəyə marağını yüksək qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi ölkəmizdə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsidir. Fərhad Hacıyev əlavə edib ki, ölkəmizin təcrübəli, öz sahələrində kifayət qədər uğurlar əldə etmiş kadrlarına dövlətin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak etmək imkanının yaradılması onlar üçün böyük motivasiya qaynağı oldu. Fərhad Hacıyev qalibləri təbrik edib, onlara müsabiqəyə qatıldıqları üçün təşəkkürünü bildirib.
ADA Universitetinin rektoru Hafiz Paşayev “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib, müsabiqənin ölkənin yeni nəsil idarəçilərini seçmək istiqamətində təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Hafiz Paşayev, həmçinin qaliblərlə universitet tələbələrinin görüşlərinin təşkil olunacağını diqqətə çatdırıb. O, müəllifi olduğu “Yüksəlişə doğru” kitabını müsabiqənin qaliblərindən biri olan Orxan Quliyevə təqdim edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov müsabiqənin imtahan prosesində iştirakçıların imtahan vermək rahatlığını təşkil etməklə yanaşı, şəffaflığın yüksək səviyyədə təminatı üçün İşçi Qrupu heyətinə, Dövlət İmtahan Mərkəzinə təşəkkürünü bildirib. Nazir əlavə edib ki, müsabiqə sona çatsa da, qaliblərin gələcək fəaliyyəti üçün yeni mərhələ başlayır. Bilik və bacarıq kompetensiyaları yüksək olan idarəçilərə daim ehtiyac olduğunu vurğulayan Mikayıl Cabbarov qaliblərlə müxtəlif sahələrdə eyni komandada, uğurlu əməkdaşlıqlarda görüşməyi arzuladığını bildirib və onlara səmimi təbriklərini çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə əhatəli və idarəçiliklə bağlı peşəkar müsabiqə formatının ölkədə təşkilini yüksək qiymətləndirib. Nazir potensial kadrların dəstəklənməsi, onların təcrübələrinin ölkəmizin müxtəlif sahələrində tətbiqi, bilik və bacarıqlarının doğru hədəflərə yönləndirilməsi baxımından əlçatan fürsətin yaradılmasına görə ölkə başçısına təşəkkürünü bildirib, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu müsabiqənin bir parçası olmaqdan məmnunluğunu bildirib. O, müsabiqənin onlayn mərhələsində ölkəmizdə ilk dəfə olaraq bu qədər geniş tərkibdə iştirakçının eyni anda imtahan vermək prosesini təşkil etmək baxımından “Yüksəliş” müsabiqəsində yaxından iştirakın Dövlət İmtahan Mərkəzi üçün də faydalı təcrübə olduğunu qeyd edib. Məleykə Abbaszadə bildirib ki, müsabiqə həm də ölkənin müxtəlif qurumlarını və rəhbərlərini bir araya gətirdi, onlar arasında əlaqələri daha da möhkəmləndirdi.
Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsinin sədri və idarəçi rəhbərlər qaliblərə mükafatları və sertifikatları təqdim ediblər.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 775 nəfəri müsabiqəyə qəbul edilib. Müsabiqənin finalında idarəçiliklə bağlı bilik və bacarıqlarına görə seçilən 27 nəfər qalib elan olunub. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onların hər biri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51

