Azərbaycan-Qırğızıstan: Qarşılıqlı əlaqələrin geniş gündəliyi
26.04.2024 [10:00]
Dost ölkələr olan Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı maraqlar əsasında qurulan əməkdaşlıq əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkədə həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində möhkəm tarixi zəmin üzərində qurulan və artıq strateji xarakter alan münasibətlərin daha da dərinləşdirilməsinə böyük siyasi iradə və istək var. Bu baxımdan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də ölkəmizə dövlət səfərinə gəlməsi və səfər çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi, mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələrin genişlənməsinə yeni impuls verəcək. Buna əminliyini bildirən Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bildirib: “Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək”.
Dövlət başçılarının formalaşdırdığı yaxşı ənənə
Dünya praktikasına nəzər saldıqda görürük ki, hazırda liderlərin bir-birlərinə münasibəti dövlətlərarası siyasətə birbaşa təsir göstərir. Bu mənada deyə bilərik ki, Prezident İlham Əliyevlə Prezident Sadır Japarovun həm ikitərəfli, həm də çoxtərəfli platformalarda sıx təmasda olmaları, bir-birlərinə səmimi münasibət bəsləmələri Azərbaycan-Qırğızıstan əlaqələrinin daha yüksək dinamika ilə irəliləməsinə güclü təsir göstərir. “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb” deyən dövlətimizin başçısı təkcə son illərdə baş tutan səfərlərə diqqət çəkib: “Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim”
Belə təmaslar izsiz ötüşmür. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətlidir.
Digər faktlar da sadalamaq mümkündür. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Həmin tədbirə Prezident İlham
Əliyevi dost ölkələrdən olan həmkarları dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunub. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial var. Ən başlıcası isə qardaş ölkələrlə, o cümlədən də Qırğızıstanla qarşılıqlı fəaliyyət möhkəmləndirilir.
İqtisadi-ticari sahədə fəal əməkdaşlıq
Səfər çərçivəsində baş tutan tədbirlərdə iki ölkə arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq qurulmasından məmnunluq ifadə olunub. Ticarət dövriyyəsi dəfələrlə artıb. Mütləq rəqəmlər hələ çox böyük olmasa da, potensialın artması tendensiyası mövcuddur. Səfər çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavənin imzalanması əlamətdar hadisədir. Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırılıb. Bu da onunla şərtlənir ki, çoxlu müraciət var. Verilən məlumata görə müraciətlərin sayı 40-ı ötüb. Bir sıra layihələr icra mərhələsindədir. İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Bu kimi faktlara istinadən bəri başdan demək mümkündür ki, 100 milyon dollar da son hədd olmayacaq. “Biz müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdik”, - deyə Prezident İlham Əliyev bildirib.
Əməkdaşlıq üçün energetika, nəqliyyat sahələrində də böyük potensial mövcuddur. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.
Daha 18 sənəd
İki dost ölkənin dövlət başçılarını qarşılıqlı səfərləri çərçivəsində bir qayda olaraq yeni sənədlər imzalanır. Bəhs olunan səfər çərçivəsində daha 18 sənəd imzalanıb. Dövlət başçıları həmçinin yeni sənədlər üzərində iş aparıldığının da mesajını veriblər. Prezident İlham Əliyev və Prezident Sadır Japarov tərəfindən “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nın və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”nin imzalanması xüsusi əhəmiyyət daşıyır. “Görüşümüzün yekunlarına dair Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Bəyannamə imzalandı. Bu sənədin imzalanması praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir”, - deyə Prezident Sadır Japarov mətbuata verdiyi Bəyanatında vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

