Prezident İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfər edib
11.09.2012 [15:46]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatalada 750 şagird yerlik Nizami Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 1952-ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olub. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşüb. Azərbaycan Prezidentinin tapşırığına əsasən bu təhsil ocağı yenidən tikilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, iki su anbarı, transformator quraşdırılıb.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Zaqatala rayonunun Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evdə olub. Mayın 7-də baş vermiş zəlzələ zamanı bu ailənin də evi dağılmışdı. Mayın 9-da Azərbaycan Prezidenti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bölgəyə səfər edərkən bu ailənin üzvləri ilə də görüşmüşdü. Dövlətimizin başçısına məlumat verilib ki, evin əvvəlki sahəsi 170 kvadratmetr olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni evin ümumi sahəsi 240 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilib.
Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış olub, görülmüş işləri yüksək qiymətləndirib. Ev sahibi Mahir Soltanov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında iştirak edib. Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev cari il mayın 9-da zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər. Dövlətimizin başçısı bu kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi. Ümumi sahəsi 1350 kvadratmetr olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı tikilib, transformator quraşdırılıb.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev bağçanın kollektivinə uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçıları adından isə Əhməd Qurbanov dövlətimizin başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatala rayonunun Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək şəhid Ələddin Cavadov adına tam orta məktəb üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib. Əvvəlcə dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidenti yeni məktəb binasının gələcək görüntülərini əks etdirən stendə və layihə sxeminə baxıb.
Dövlətimizin başçısı məktəbin təməlini qoyub. Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət edib. Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür ediblər.
Zaqatala rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev zəlzələnin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaq üçün sentyabrın 9-da Qax rayonuna gəlib.
Dövlətimizin başçısı cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Qax rayonunun Güllük kənd sakini Abdulla Məmmədov üçün yeni inşa edilmiş fərdi evdə olub.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin baş vermiş zəlzələ ilə bağlı müvafiq komissiyası tərəfindən Qax rayonunda keçirilən baxış nəticəsində 3 min 336 fərdi evin və 19 sosial obyektin qəzalı vəziyyətdə olmasına dair rəylər verilib. Rayonun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində sökülən evlərin 266-da tikinti işləri aparılır.
Qeyd edilib ki, zəlzələ Güllük kəndinə daha çox ziyan vurub. Güclü yeraltı təkanlar nəticəsində bu kənddəki 550-dən çox fərdi evin, demək olar ki, hamısına müxtəlif dərəcədə ziyan dəyib. Mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər edərkən Güllük kəndində də olub, zərərçəkən sakinlərlə görüşmüşdü. O zaman Azərbaycan Prezidenti kənd sakini Abdulla Məmmədovun ailəsinə də baş çəkmişdi.
Dövlətimizin başçısı evdə yaradılmış şəraiti yüksək qiymətləndirib. Evin sahibi Abdulla Məmmədov ailəsi adından Azərbaycan Prezidentinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Yeni evin sakinləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Qax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 300 şagird yerlik Güllük kənd ümumi orta məktəbinin açılışında iştirak edib.
Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib. Daha sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlib. Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə son dövrlərdə Ulu öndərin abidəsinin ətrafında, ümumiyyətlə, Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Sentyabrın 9-da Prezident İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərkəzin layihəsini əks etdirən stendlərə baxıb. Prezident İlham Əliyev inşa ediləcək Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Şəki şəhər İcra Hakimiyyəti üçün yeni binanın maketi ilə tanış olub.
Dövlətimizin başçısına Şəki şəhərinin baş planı təqdim olunub. Prezident İlham Əliyevə tikintisi davam etdirilən binalar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında da məlumat verilib. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzinin təməlini qoyub.
Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə dördulduzlu “Shaki Palace” otelinin açılışında iştirak edib. Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, ümumi sahəsi 8 min kvadratmetr olan “Shaki Palace” otelinin tikintisinə 2007-ci ilin mayında başlanıb. Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərməsi nəzərdə tutulub. Oteldə 40-dək işçi çalışacaq.
Dövlətimizin başçısı otelin həyətindən Şəki şəhərinin ümumi mənzərəsini seyr edib. Prezident İlham Əliyev oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib.
Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində sentyabrın 9-da taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyev dəyirmanın iş prosesindən bəhs edən filmə baxıb. Dövlətimizin başçısına “Karat Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsullar barədə də məlumat verilib. Bildirilib ki, burada əsasən düyü, un, makaron, qarabaşaq və digər məhsullar istehsal olunur. Azərbaycan Prezidenti kompleksi işə salıb.
Dövlətimizin başçısı kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbədə Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində olub.
Ailə üzvləri dövlətimizin başçısını mehribanlıqla qarşılayıblar, onlara yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib. Dünən dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olub. Əvvəlcə dövlətimizin başçısı Mədəniyyət Evinin planını və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxıb.
Dövlətimizin başçısı Mədəniyyət Evinin kinoteatr zalına baxıb.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisinin son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxıb. Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı kompleksin texniki göstəricilərini əks etdirən stendlərə baxıb. Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev tüfəngdən hədəfə bir neçə sərrast atəş açıb. Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Qəbələdə tikilən “Tufan” dağ-xizək yay-qış istirahət kompleksində işlərin gedişi ilə tanış olub.
Sonra Prezident İlham Əliyevə Qəbələ rayonu ərazisində inşası planlaşdırılan “Aquapark” istirahət və əyləncə mərkəzi haqqında məlumat verilib. Prezident İlham Əliyev rayonda inşası nəzərdə tutulan “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə də tanış olub. Azərbaycan Prezidenti tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

