Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır
19.10.2012 [00:55]
Dünən Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra inkişaf edəcəyinə əminlik bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Sədr!
Bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz. Sizi və nümayəndə heyətinizi Azərbaycanda görməkdən çox şadam. Biz ikitərəfli və regional məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimiz davam edir. Səfəriniz dostluğumuzun və tərəfdaşlığımızın çox mühüm göstəricisidir. Biz bu yaxınlarda Çikaqoda görüşdük və bu səfərlə bağlı razılığa gəldik. Mən çox şadam ki, bu gün bu səfər reallaşmışdır. Əlaqələrimizin tarixində, bu, ilk səfərdir. Əminəm ki, səfəriniz münasibətlərimizdə yeni səhifə açacaqdır. Ümidvaram ki, biz həm siyasi, həm də iqtisadi sahələrdə fəal və səmərəli əməkdaşlıq üçün bir çox istiqamətləri müəyyənləşdirəcəyik.
Bu gün Sizinlə iqtisadi fəaliyyətin müəyyən istiqamətləri, birgə layihələrlə bağlı müzakirələr apardıq. Əminəm ki, biz buna nail olacağıq. Bizim, eyni zamanda, tarixlə bağlı çox yaxşı xatirələrimiz vardır. Sarayevo və Bakı Sovet İttifaqı dövründə qardaşlaşmış şəhərlər olublar. İndi isə düşünürəm ki, biz bu tərəfdaşlığı bərpa edirik.
Əminəm ki, səfəriniz çox maraqlı olacaqdır. Siz və nümayəndə heyətiniz ölkəmizi daha yaxından tanıyacaqsınız. Bir daha “Xoş gəlmisiniz!” deyirəm və Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzulayıram”.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Çox sağ olun, cənab Prezident!
Biz olduqca məhsuldar danışıqlar apardıq. Mən cənab Prezidentə də dedim ki, biz oxşar tarix yaşamışıq. Əvvəlcə kommunist rejimi dönəmində yaşamışıq. Daha sonra 1990-cı illər hər iki ölkə üçün çox əhəmiyyətli oldu. 1992-ci il ölkələrimiz üçün daha əlamətdar olub. Bizim əlaqələrimiz, niyyətlərimiz vardır. İndi biz əməkdaşlığımızı genişləndirmək üçün daha artıq işlər görməliyik. Çünki əlaqələrin indiki vəziyyəti xalqlarımızın istəyini tam əks etdirmir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək: “Azərbaycan ölkədən kənarda da çox fəal sərmayələr yatırır. Dost ölkələrə sərmayə qoyuluşları, şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də, düşünürəm ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Biz bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi elə bir dövrdəyik ki, bir-birimizi kəşf edirik”.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün əsas məsələdir: “Uzun illərdir ki, bizim ölkə Ermənistanın işğalından əziyyət çəkir. Bu, bir milyon azərbaycanlının doğma torpaqlarından sürgün edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə, işğal ilə üzləşdik. İyirmi ildən artıqdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi ermənilərin işğalı altındadır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması ilə bağlı bir çox qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ də icra olunmur. Bu münaqişənin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli bütün ölkələr üçün əlverişli olacaqdır”.
“Bizim ölkələrin bir çox oxşarlıqları vardır. Hər iki ölkə başqa bir dövlətin tərkibində yaşayıb. Müstəqilliyimizin əldə edilməsi bir sıra ciddi çağırışlar, problemlər və ölkələrimizə qarşı təcavüz ilə müşayiət olunub. Biz təcavüz, işğal və dağıntılardan əziyyət çəkmişik. Bu, həmçinin bizi birləşdirən cəhətdir”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, ölkələrimiz arasında fəal əməkdaşlıq vətəndaş cəmiyyətlərimizdən gələn təbii çağırışdır: “Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır. Biz yeni infrastruktur layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu layihələri gercəkləşdiririk. Azərbaycan bu regional əməkdaşlığın inkişafında çox maraqlıdır”.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç deyib ki, biz oxşar tarix yaşamışıq: “Hətta oxşar əlamətdar illər belə üst-üstə düşür: əvvəlcə kommunist rejimində yaşamağımız, daha sonra 1990-cı ildə ölkələrimizdə demokratiyanı inkişaf etdirməyə başlamağımız, 1992-ci ildə çətinliklərlə üzləşməyimiz və digər tarixlər. Bizim xalqlarımız, dövlətlərimiz soyqırımı problemi, təcavüzlə, ölkənin parçalanmasına yönələn cəhdlərlə üzləşib. Bosniya və Herseqovina sərhədləri güc vasitəsilə dəyişməyə cəhd göstərənləri heç vaxt dəstəkləməyəcəkdir. Bu məsələdə bizə güvənə bilərsiniz”.
Onun sözlərinə görə, Bosniya və Herseqovina Azərbaycana maraq göstərir: “Bosniya və Herseqovinada kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrinin inkişafına maraq vardır. Bizdə turizmin inkişafı üçün imkanlar mövcuddur. Amma biz, ilk növbədə, qarşılıqlı səfərlər həyata keçirməliyik”.
* * *
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç və xanımı Sebiya İzetbeqoviç Heydər Əliyev Fondunda olublar. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa və xanımına Azərbaycan xalqının Ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Bakir İzetbeqoviç və xanımı Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar. Fondla tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz Ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar. Ulu öndər Heydər Əliyevin Bakir İzetbeqoviçin atası, Bosniya və Herseqovinanın ilk Prezidenti Aliya İzetbeqoviçlə 1995-ci il oktyabrın 25-də Nyu-York şəhərində çəkdirdiyi şəkil qonaqlara xoş təsir bağışlayıb.
Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Ali qonağa Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.
* * *
Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Milli Məclisə gəlib. Parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.
Bakir İzetbeqoviç Milli Məclisin iclas zalına baxıb, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssürat yaradıb. Bakir İzetbeqoviç xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş olub.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

