Prezident İlham Əliyev Saatlı, Beyləqan və İmişli rayonlarına səfər edib
30.10.2012 [07:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirib.
Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak edib. Məlumat verilib ki, ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Şahmat Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıqlarını verib.
Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub. Xəstəxananın həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları yaradılıb.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı 2013-cü ildə inşasına başlanılacaq və istismara veriləcək avtomobil yolları, eləcə də körpünün yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verib.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı körpünün üzərindən ətrafı seyr edib.
Azərbaycan Prezidenti görülmüş işləri yüksək qiymətləndirib, yeni salınacaq yolların keyfiyyətlə və vaxtında tikilməsi ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli liderimizin abidəsini ziyarət edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonra Azərbaycan Prezidenti Aran iqtisadi rayonunun sosial-iqtisadi göstəricilərini, Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış olub.
Şahin Mustafayev Prezident İlham Əliyevin tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar görülən işlər barədə də məlumat verib.
Sonra Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin akt zalında Aran iqtisadi zonasından olan sahibkarlarla müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev, “Qarabağ Taxıl” müəssisəsinin rəhbəri Rəcəb Orucov, “Araz” damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif Heydərov və Füzuli soyuducu anbarının rəhbəri Aydın Hüseynov məruzələrlə çıxış ediblər.
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının açılışında iştirak edib.
Dövlətimizin başçısı sarayın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.
Dövlətimizin başçısı Mədəniyyət Sarayının foyesindəki fotoguşə ilə tanış olub. Bu fotolarda Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət əksini tapıb. Mədəniyyət xadimləri bu gün də ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Guşədə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolar böyük maraq doğurur.
Prezident İlham Əliyev Mədəniyyət Sarayının böyük zalı ilə tanış olub.
Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı avtomobil yolunun sxematik planını əks etdirən stendə baxıb. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Yol ilə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri ilə görüşüb.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev kompleksin idarəetmə mərkəzi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və situasiya planı layihələrini əks etdirən stendlərə baxıb.
Dövlətimizin başçısı kompleksin təməlini qoyub. Prezident İlham Əliyev inşaatçılara uğurlar arzulayıb.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfərə gəlib. Dövlətimizin başçısı İmişli şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstəsi qoyub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı yeni mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə Heydər Əliyev Parkında aparılmış yenidənqurma işləri ilə tanış olub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə parkda görülmüş işlərlə bağlı məlumat verib. Dövlətimizin başçısına Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər Mərkəzinin planı təqdim olunub.
Prezident İlham Əliyev İmişli rayonunda yeni yaradılan Bayraq Meydanı ilə də tanış olub. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olub.
Əsaslı təmir işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşüb.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli şəhərində Şahmat Məktəbinin açılış mərasimində iştirak edib.
Məlumat verilib ki, şahmat məktəbinin tikinti sahəsi 570 kvadratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılıb. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı şahmat məktəbində yaradılmış şəraitdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “Araz” damazlıq quşçuluq fabrikinin açılışında iştirak edib. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, eyni zamanda, İmişli rayonu ərazisində illik istehsal gücü 4 min ton olan broyler fabrikinin və illik 110 milyon əmtəə yumurtası istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələşdirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Kraun KO” taxıl anbarı kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev müəssisəni işə salıb. Anbardan ilk məhsul maşınlara yüklənib. Dövlətimizin başçısı taxıl anbarı kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 28-də Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib. İmişli rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti İmişli şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin situasiya planını və İmişli şəhər su anbarları kompleksinin baş planını əks etdirən stendlərə baxıb.
Dövlətimizin başçısı rəmzi olaraq suyun şəhərə verilməsini təmin edən qurğunu işə salan düyməni basıb. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

