Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sərdar Berdiməhəmmədov Azərbaycan liderinə təbrik ünvanlayıb

Sərdar Berdiməhəmmədov Azərbaycan liderinə təbrik ünvanlayıb

20.12.2024 [16:50]

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Əminəm ki, bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31