Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

22.08.2026 [13:37]

Futbol üzrə Türkiyə Superliqasında II tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion “Qalatasaray” səfərdə Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin də çıxış etdiyi “Əruzurumspor”un qonağı olub. Görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Roland Şallai, Yunus Akgün və Viktor Osimhen (2) vurublar.

Matça ehtiyatda başlayan Axundzadə 55-ci dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qalatasaray” liderliyə yüksəlib. Xalı olmayan Superliqanın debütantı “Ərzurumspor” isə sonuncu pillədə qərarlaşıb.

Turun digər oyunları avqustun 22-23-də keçiriləcək.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31