Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Könüllülər koalisiyası” üzvlərinin növbəti görüşü avqustun 24-də olacaq

“Könüllülər koalisiyası” üzvlərinin növbəti görüşü avqustun 24-də olacaq

21.08.2026 [20:57]

Ukraynaya dəstək məqsədilə yaradılmış “Könüllülər koalisiyası”nın üzvləri avqustun 24-də yenidən görüşəcəklər.

AZƏRTAC Almaniyanın “Rheinische Post” qəzetinə istinadla bildirir ki, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Ukraynaya gələcək dəstək tədbirlərini müzakirə etmək üçün görüşə birgə ev sahibliyi edəcəklər. NATO görüşdə Baş katibin müavini Radmila Şekerinskanın videobağlantı vasitəsilə iştirakı ilə təmsil olunacaq. Görüşün yeri barədə hələlik məlumat verilməyib.

Görüşdə Ukraynaya hərbi və digər dəstəyin davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

“Könüllülər koalisiyası” Ukraynanın dəstəklənməsi məqsədilə Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılıb. Təşəbbüs Donald Trampın Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsindən sonra ilkin mərhələdə Ukraynadan uzaqlaşması fonunda irəli sürülüb. Hazırda koalisiyaya əsasən Avropa ölkələrindən olmaqla 37 dövlət daxildir. Koalisiyanın dövlət və hökumət başçılarının sonuncu görüşü iyulun ortalarında Parisdə keçirilib.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31