Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak edib
28.05.2013 [12:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak edib.
Paytaxt Bakı və ətraf qəsəbələrin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı yol infrastrukturunun müasirləşdirilməsini əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə inşa olunur, yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri tikilir.
İki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birləşdirən Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsaitin ayrılması bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunub. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənib, müasir işıqlandırma sistemi qurulub, yol boyu 3 qovşaq tikilib. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması, ilk növbədə, əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı yeni yolda avtomobili idarə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun əvvəlki vəziyyətini, tikinti zamanı və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıb.
Dövlətimizin başçısına yol boyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verilib.
Xəbər lenti
Hamısına baxDin
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22

