Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

28.06.2013 [02:28]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rumıniyanın Baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev özəl sektorda yaxşı əməkdaşlığın yaradılması, həmçinin iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı Rumıniyanın Baş naziri Viktor Pontanın Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Rumıniyanın Baş naziri Viktor Ponta ölkəsinin Avropa İttifaqında Azərbaycanın ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini qeyd edib. Azərbaycan Prezidentinin Rumıniyaya, Rumıniya Prezidentinin isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan Baş nazir ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də əhəmiyyətini qeyd edib.
Görüşdə birgə layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1069 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30