Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bakının Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub

04.07.2013 [01:52]

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında Bakıda həyata keçirilən quruculuq işləri, ilk növbədə, paytaxtın inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar paytaxtın simasına xüsusi yaraşıq verir, müasirləşən şəhərimizin memarlıq quruluşuna əlavə çalarlar qatır. İndi Bakının bütün rayonlarında davam edən abadlıq-quruculuq işləri paytaxtın kompleks inkişafını təmin edir. Bu sırada son illərdə paytaxtın Binəqədi rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında İcra Hakimiyyətinin binasında yenidənqurmadan sonra yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Bundan başqa, müasir memarlıq üslubunda yenidən qurulan bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir.
Dövlətimizin başçısına məlumat verən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, bina 1970-ci illərin əvvəllərində inşa edilib. Sovet dövründə burada rayon partiya komitəsi yerləşib. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunub. Ötən illərdə binada əsaslı təmir işləri aparılmayıb. Keçən ilin mayından binanın tamamilə yenidən qurulmasına başlanıb. Bina bir mərtəbə artırılıb və müasir memarlıq üslubunda yenidən qurulub.
Diqqətə çatdırılıb ki, ümumi sahəsi dörd min kvadratmetr olan beşmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Heydər Əliyev adına parkın qərb hissəsində yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşıq verir. Binanın girişində Ulu öndər Heydər Əliyevin büstü qoyulub, divarda Binəqədi rayonunun inzibati xəritəsi asılıb. İş otaqlarının arakəsmələrində şəffaf, interyerdə isə Avropa ölkələrində istehsal olunan materiallardan istifadə edilib.
Prezident İlham Əliyev binanın yeməkxanası ilə tanış olub.
Vurğulanıb ki, inzibati binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılıb.
Prezident İlham Əliyev Binəqədi rayon İcra Hakimiyyətində sakinlərin müraciəti üçün yaradılmış “1646” xidməti ilə də tanış olub. Sakinlər İcra Hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilərlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan İcra Hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır. Yaradılan şərait rayon İcra Hakimiyyətində “elektron hökumət”in bir çox elementlərinin reallaşdırılmasına imkan verib. İnzibati binada, həmçinin elektron kargüzarlıq, sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər və digər texniki vasitələr quraşdırılıb. Bütün bunlar Binəqədi rayon İcra Hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədilə yaradılıb.
Prezident İlham Əliyev böyük akt zalı ilə də tanış olub.
Bildirilib ki, binaya bitişik 270 yerlik akt zalının divar və tavanında, zalın daxili tərtibatında müasir materiallardan istifadə olunub. Akt zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait var.
Sonra dövlətimizin başçısı təqdimat otağında elektron xəritə ilə tanış olub.
Qeyd edilib ki, burada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılıb. Sistem artıq rayon təsərrüfatının idarə olunmasında ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanıb. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqında operativ məlumatlar əldə edilir.
Prezident İlham Əliyevə son bir ildə rayonda görülən işlər barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, ötən dövr ərzində rayon ərazisində 6 yeni park salınıb, ikisi əsaslı təmir edilib, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilib. Rayonda 166 kilometr yol asfaltlanıb, 127 min kvadratmetrlik fasad işləri görülüb. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilib, 76 min kvadratmetrlik çəmənlik salınıb. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənib, işıqlandırılıb. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulub. Binəqədi və Biləcəri qəsəbələrində daxili və qəsəbələrarası yollar genişləndirilib. Bütün bunlarla yanaşı, vətəndaşlara elektron xidmətlərin göstərilməsi, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində də strateji layihələr həyata keçirilib. Artıq rayon İcra Hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi həyata keçirilir. Yeni sistemdə dörd - kargüzarlıq, kadr, ev təsərrüfatları və sosial iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər.
Dövlətimizin başçısı inzibati binada yaradılmış şəraiti yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 1090 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30