Binəqədi rayonundakı Heydər Əliyev adına park yenidənqurmadan sonra istifadəyə verilib
04.07.2013 [01:53]
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına istirahət parkında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən yüksək standartlar səviyyəsində infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan, Binəqədi rayonunun ərazisində yerləşən istirahət parkı tamamilə yenidən qurulub. Parkın giriş hissəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni inşa edilən inzibati binasının qarşısında Ulu öndər Heydər Əliyevin bürüncdən ucaldılmış abidəsi diqqəti cəlb edir.
Bildirilib ki, burada paytaxt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılıb. Park 4,5 hektar sahəni əhatə edir. Əvvəllər mövcud olan, lakin baxımsızlıq üzündən yararsız hala düşmüş parkın yenidən qurulmasına 2012-ci ilin avqust ayından başlanılıb. Yenidənqurma işlərini yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislər həyata keçiriblər. Parkdakı yararsız tikililər sökülüb, kommunikasiya xətləri dəyişdirilib.
Qeyd olunub ki, parkın yerləşdiyi ərazinin mürəkkəb relyefi nəzərə alınmaqla tikintidə landşaft memarlığından istifadə edilib. Dünyanın müxtəlif ölkələrindən gətirilən çoxillik bitkilər əkilməklə yaşıllıq zolaqları salınıb. Parkda əvvəllər mövcud olan ağac növlərinin bir qismi saxlanılıb. Bununla yanaşı, 60 min kol, 10 min sarmaşıq, 600-dən çox uzunömürlü ağac əkilib. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Gənclərin istirahəti və asudə vaxtlarını səmərəli keçirməsi üçün parkın mərkəzi hissəsində yerləşən İnternet kafedə hər cür şərait yaradılıb. İstirahət məkanının ən yüksək ərazisində 85 metrlik platforma quraşdırılıb. İstirahət guşəsinin bu hissəsində fərqli ölçülərdə 70-dən çox kürəşəkilli xüsusi fənərlər quraşdırılıb. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən məharətlə istifadə olunub. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə də yaradılıb. Fəvvarə parka xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada, həmçinin müxtəlif tədbirlərin keçirilməsi üçün avanqard üslubda səhnə və amfiteatr formasında oturacaqlar quraşdırılıb. Çoxsaylı güzgülərdən ibarət kürə formalı memarlıq elementi də parka yaraşıq verir. Parkın işıqlandırılması da mükəmməl formada həyata keçirilib. Belə ki, parkın gecə işıqlandırılması üçün ətrafa füsunkar yaraşıq verən 2630 lampa quraşdırılıb.
Dövlətimizin başçısı parkda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

