Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib

18.07.2013 [11:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib.
Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və Ramazan bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına və Ramazan bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, Onun da salamlarını və təbriklərini Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1086 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31