/ / Prezident İlham Əliyev Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
13.08.2013 [09:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil islahatlarının genişləndirilməsi və bu sahədə keyfiyyət dəyişikliklərinə nail olunması istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Bunun nəticəsidir ki, indiyə qədər ölkədə 2200-dən çox məktəb binası tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Yeni təhsil ocaqlarının inşası ilə yanaşı, mövcud məktəblər üçün əlavə tədris korpuslarının tikintisi geniş vüsət alıb. Son illərdə 2000-ə yaxın məktəb üçün əlavə korpus inşa olunub. Təkcə 2011-ci ildə Bakıda 60-dan çox məktəbin binası əsaslı təmir edilib. 2012-ci ildə 81 məktəbin binası təmir olunub, yeni korpuslar tikilib. Bu il ərzində isə 120 məktəbdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub ki, indi bu proses uğurla aparılır. Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri də bu sırada mühüm yer tutur.
Dövlətimizin başçısına məlumat verilib ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərib. 1941-1945-ci illərdə təxliyə hospitalına çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan sonra yenidən öz qapılarını şagirdlərin üzünə açıb. Uzun illər ərzində əsaslı təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını zərurətə çevirib. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində digər təhsil ocaqlarında olduğu kimi, bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa çatıb. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılıb.
Bildirilib ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunub və onların hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilib. Üç fənn laboratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Onu da qeyd edək ki, digər məktəblərdə olduğu kimi, bu təhsil ocağında da siniflərin istilik sistemi ilə təchiz olunmasına xüsusi diqqət göstərilib. Bundan əlavə, məktəbdəki idman zalı da yenidən qurulub, burada şagirdlərin idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb. Akt zalında isə məktəb həyatı ilə bağlı tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Gələcəkdə məktəbin ətrafında geniş abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə idman meydançasının, həmçinin akt zalının daha da genişləndirilməsi planlaşdırılır.
Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

